Çingiz Qənizadə YAP-a üzv oldu
Maraqlı11 fevral 2021 10:38
Milli Məclisin sabiq deputatı Çingiz Qənizadənin Yeni Azərbaycan Partiyasına üzv olması barədə informasiya yayılıb.
modern.az saytı yayılan xəbəri dəqiqləşdirmək üçün Çingiz Qənizadənin özü ilə əlaqə saxlayıb.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə yayılan məlumatın doğru olduğunu bildirib.
Çingiz Qənizadədən bu seçimin nədən qaynaqlandığını soruşduqda, o, suallarımıza belə cavab verdi:
"Mən niyə YAP-ı seçdim?.. Müasir demokratik Azərbaycan Respublikasının banisi və qurucusu olan ulu öndər Heydər Əliyevin ən istedadlı yetirməsi və davamçısı kimi İlham Əliyev yeni əsrin yeni lideri olaraq, Azərbaycanımızı inamla irəli aparıb, ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsini təmin edib. Onun ölkəmizə rəhbərlik etdiyi dövrlərdə çevik və qətiyyətlə qəbul etdiyi qərarlar nəticəsində dövlətimizin artan inkişaf tempinə nəzər saldıqda bütün xalqımız bugünkü müstəqil, qüdrətli və stabil Azərbaycana görə ulu öndər Heydər Əliyevə və İlham Əliyevə minnətdardır. İlham Əliyevin dövlətimizə, xalqımıza və onun milli maraqlarına xidmət edən siyasətinin qayəsində duran əsas prinsiplərin - Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, milli və dövlət maraqlarının təmin edilməsi, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artırılması və xalqımızın sosial rifahının yaxşılaşdırılmasına yönələn addımları, bu istiqamətdə vermiş olduğu sərəncamlar, fərmanlar, qəbul edilmiş Dövlət proqramları, Strateji Yol xəritələri və s. kimi bütün işlər bizə bugünkü qüdrətli və dünyada artıq söz sahibinə çevrilmiş Azərbaycan dövlətini bəxş edib. Cənab Prezident - Azərbaycan Respublikasının Ali Baş Komandan kimi 17 il bundan öncə xalqımıza vermiş olduğu daha bir sözü və ən müqəddəs işi layiqincə yerinə yetirdi. Cəmi 44 gün ərzində Qarabağı işğaldan azad edərək, xalqımızın 30 illik həsrətinə son qoymuş oldu”.
Çingiz Qənizadə YAP-a üzv olmaq üçün Prezidentə müraciət etdiyini də bildirib:
"Mən hüquq üzrə fəlsəfə doktoruyam. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədriyəm. Ölkəmizin ictimai-siyasi həyatında aktiv fəaliyyətimlə seçilsəm də, heç bir siyasi partiyanın üzvü deyiləm. Prezidentin uzaqgörən siyasətini və gördüyü bütün işləri həmişə dəyərləndirmişəm. Onu da qeyd edim ki, mənim ictimai-siyasi fəaliyyətimi yüksək qiymətləndirərək, cənab Prezident 2017-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakıma görə "Şöhrət” ordeni ilə təltif edib. Lakin 44 günlük Azadlıq və Vətən müharibəsi zamanı İlham Əliyevin Ali Baş Komandan və Prezident kimi qətiyyətini, uzaqgörən siyasi taktikalarını və nəhayət bir Sərkərdə kimi qürurverici keyfiyyətlərini bir daha gördükdən sonra məndə belə bir sual yarandı: niyə İlham Əliyevin rəhbəri olduğu Yeni Azərbaycan Partiyasının üzvü olmayım?
Odur ki, mən partiya sıralarına qəbul olunmağım üçün YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyev cənablarına məktubla müraciət etdim. Bundan sonra prosedur qaydalar başlanıldı. Prosedura uyğun olaraq, Binəqədi rayonu ərazisində yaşadığım nəzərə alınaraq, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının Aparatı ərazi ilk partiya təşkilatı İdarə Heyətinin 09.02.2021-ci tarixli iclasının qərarı ilə partiya sıralarına qəbul edildim. 10 fevral 2021-ci il tarixdə isə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının İdarə Heyətinin iclasında partiya sıralarına üzvlüyüm təsdiq edildi. Beləliklə, mən bundan sonrakı siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası sıralarında davam etdirəcəyəm".
Oxşar xəbərlər
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Şamaxıda zəlzələ oldu
22 fevral 2026 10:47
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
