Şəhid Elvin: " Nişanlımı sizə əmanət edirəm" VİDEO
Qəbələnin Əmirvan kəndi Vətən müharibəsində 4 şəhid verib. Milliyyətcə ləzgilərin yaşadığı kəndin ikinci Qarabağ müharibəsində verdiyi qəhrəman şəhidlərindən biri də Abdurahmanov Elvindir.
Bu o Elvindir ki, çəkdiyi bir neçə saniyəlik video ilə hər kəsin yaddaşında qalmış, danışmadan belə baxışları ilə fikirlərini anlada bilmişdi.
"Qafqazinfo" xəbər verir ki, Abdurahmanov Elvin Əbülfəz oğlu 1996-cı ilin oktyabrın 1-də anadan olub. Bəhs etdiyimiz videonu da Elvin öz ad günündə çəkib. Amma həmin vaxt o, ad günündə hansısa restoranda yox, Füzuli-Cəbrayıl istiqamətində işğaldan azad edilən təpədə gözləmə mövqeyində olub. Ertəsi gün isə hücuma keçən zaman düşmən gülləsinə tuş gəlib. Yəni 24 yaşının tamam olmasından bir gün sonra...
.jpg)
Şəhidimizin atası Əbülfəz dayı əməkdaşımızla söhbətində bildirib ki, Elvin idmançı cüssəsinə malik olduğundan, zirehli gödəkçə əyninə tam oturmayıb. Nəticədə qarın hissəsi açıqda qalıb. Elə düşmən gülləsi də onun düz qarın nahiyəsindən dəyib. Həmin vaxt ərazidə şiddətli döyüşlər getdiyindən ağır yaralanan Elvini xəstəxanaya çatdırmaq mümkün olmayıb. Ərazidə ilkin tibbi yardıma baxmayaraq, o, bir neçə saatdan sonra şəhidlik zirvəsinə ucalıb.
.jpg)
2014-cü ildə orta məktəbdən məzun olan Elvin hərbi xidməti Naxçıvanda keçib. O, 2018-ci ildən etibarən YAŞMA-da qulluq edib. Gizir Abdurahmanov bunun üçün 6 ay kurs keçib, 500 nəfərin iştirak etdiyi təlimlərdə xüsusi təyinatlılar arasından seçilən 42 nəfərdən biri olub.
Döyüşlərdən iki il öncə nişanlanan Elvin Vətən müharibəsinin başlandığı gün telefonun qeyd yerində ailəsi üçün vəsiyyət də yazıb. Vəsiyyət kimi qəbul edilən bu qeyd hazırda şəhid evində yaradılmış guşənin bir yerində xatirə kimi saxlanılır:
"Əgər mənə nəsə olsa, mənim qırmızı fləş kartımda şəkillər var idi, onlar silinib. Onları geri qaytarın, xatirə olaraq qalsın. Bir də anamıza, atamıza, vətənimizə, millətimizə, bayrağımıza, namuslu, qeyrətli oğullardan olun. Hər kəsin həyatda arzusu var. Mənim də ən böyük arzum bir gün Vətənim üçün şəhid olmaqdır. Canım qardaşlarım, Allaha əmanət olun. Sizi çox sevirəm. Aytac (nişanlısı) sizə əmanətdir. Ona doğma bacınız kimi baxın. Onu öncə Allaha, sonra sizə əmanət edirəm".
.jpg)
Qeyd edək ki, Elvinin iki qardaşı var, onlardan biri xaricdə təhsil alır. Şəhidimiz Prezident İlham Əliyevin sərəncamı ilə "Cəbrayılın azad olunmasına görə," "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub. Onu da əlavə edək ki, kəndin digər şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Əfqan Abdurahmanov Elvingilin yaxın qohumudur.
Emin Səfərov





- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
