Vətən Müharibəsi iştirakçısının həyat yoldaşı Prezidentə və I Vitse-prezidentə MÜRACİƏT ETDİ
Reportaj12 fevral 2021 13:01
Hazırda günahsız saxlanılan Vətən Müharibəsinin iştirakçısı, mayor Kazımov Ziya Məhəddin oğlunun həyat yoldaşı Prezident İlham Əliyevə və I Vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıb.
Unikal.org xəbər verir ki, hərbçinin həyat yoldaşı müraciətində Ziya Kazımovun 19 il müddətində Azərbaycan Silahlı Qüvvələrinin tərkibində xüsusi təyinatlı, snayper və kəşfiyyatçı komandir kimi qüsursuz xidmət ediyini və Ali Baş Komandan və Müdafiə Nazirliyinin yüksək zabit heyətinin əmrlərini layiqincə yerinə yetirdiyini və bu xidmətinə görə təltif olunduğunu bildirib.
Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan hərbçi xanımı Hərbi Prokurorluqda həyat yoldaşının işi ilə bağlı təhqiqatın obyektiv aparıldığına inamsızlığını bildirib. O, Prezidentə müraciətində Ziya Kazımovun böhtan atılaraq günahsız saxlanıldığını bildirib və bu işi şəxsi nəzarətinə götürməyini rica edib.

Müraciətdə qeyd edilib ki, Şuşa ətrafındakı yüksəkliklərin alınması zamanı mərmi partlayışı nəticəsində kəllə-beyin travması, kəskin yaddaş itkisi və xırda yanıqlar (sol ayaq, sağ və sol əl barmaqlarında) alaraq şəxsi heyəti tərəfindən döyüş sahəsindən çıxarılıb hospitala təxliyə edilən mayor 09 noyabr 2020-ci il tarixində hospitala qəbul olunduğu gün travmalı döyüşçünüz Bakı şəhər Prokurorluğunun əməkdaşı tərəfindən aldadılaraq hospitaldan Hərbi Prokurorluğa aparılıb:
"Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ağakişi Acalov və onun himayədarları həyat yoldaşımın xəstəliyindən istifadə edərək, 2017-ci ildə baş verən hansısa cinayət işini onun qarşısına qoyaraq imzalatmaq istəyiblər. Polkovnik-leytenant Ağakişi Acalov onun qol çəkmədiyini gördükdə, ona "Sən yaralısan və müalicəyə ehtiyacın var”, - deyib. Lakin sonra "Amma psixoloji vəziyyətin hospitalda səni saxlamağımıza imkan vermir. Kiməsə ziyan verə bilərsən. Gəl, sən bunu imzala ki, biz səni polis nəzarətində hospitalda müalicə edək. Yoxsa sənə kömək edə bilməyəcəyik”, - deyə aldatmağa çalışıb.

Həyat yoldaşımın qol çəkmədiyini gördükdə, onu general-mayor Şəfahət İmanovun yanına aparıblar. Onların nə istədiyini anlamayan həyat yoldaşım heç nəyə qol çəkməyəcəyini deyərək, hospitala göndərilməsini istəyib. Edilən təzyiqlərə baxmayaraq, həyat yoldaşımın imza atmadığını görən adıçəkilən şəxslər ona döyüşdən yayındığını deyiblər. Onun qarşısına "Biz sənə yaxşılıq edirik. Gəl ağıllı ol, ya səni vətən xaini kimi verəcəyik, ya da 2017-ci ildəki cinayət işinə imza at” şərti qoyulub.
Yoldaşım elə həmin gün, yəni 09 noyabr 2020-ci il tarixində general-mayor Şəfahət İmanovun göstərişi ilə tələm-tələsik məhkəməyə aparılıb. Bakı hərbi Məhkəməsinin hakimi Abbasov Rafiq Qaraxan oğlunun sədrliyi ilə məhkəmə keçirilib. Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Telman Əliyev həyat yoldaşıma guya dövlət tərəfindən təyin olunmuş vəkil kimi çıxış edib.

Belə ki, Hərbi Prokurorluğun təsiri ilə hakim Rafiq Abbasov tərəfindən Şuşada döyüşlərin getdiyi gün - 09 noyabr 2020-ci il tarixində 2017-ci ilin cinayət işinə görə 3 (üç) il, bundan öncəki işə görə isə hospitala yenicə qəbul edilmiş döyüşçü barəsində ağır və xüsusilə ağır cinayət törədənlərə münasibətdə olduğu kimi 4 (dörd) aylıq həbs qətimkan tədbiri seçilib. Həyat yoldaşım həbsetmənin müddəti 09 noyabr 2020-ci il tarixindən hesablanmaqla, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında yerləşdirilib. Hərbi Prokurorluq tərəfindən xüsusi nəzarətə alınması istənilib, ailəsi ilə görüş və telefon danışıq hüququndan məhrum edilib. Həyat yoldaşımın barəsində həbs qətimkan tədbiri haqqında qərara baxdıqda, hakim Rafiq Abbasovun məhkəmə protokollarında saxtalaşdırma edərək həyat yoldaşımın özünü təqsirkar bildiyini yazdırdığı üzə çıxır”.
Müraciətdə həyat yoldaşının günahsız olduğunu vurğulayan hərbçi xanımı buna əmin olduğunu, iki övladı ilə həyat yoldaşının yolunu gözlədiyini bildirərək, Prezidentdən zabitin azad olunması üçün işin nəzarətə götürülməsini xahiş edib.

Qeyd edək ki, mayor Kazımov Ziya Məhəddin oğlunun hərbi hissəsinin "Lələ-illah” dağının qarşısındakı düşmən qüvvələrini məhv edərək həmin yüksəkliyi və düşmən mövqelərini almaqla başlayan döyüş yolu Cəbrayıl, Hadrut, Fizuli və Şuşayadək uzanıb. Xanımı həyat yoldaşının döyüş yolunu belə təsvir edib:
"60-a yaxın şəhid və 120-dən çox qazisi olan hərbi hissəsi ilə birlikdə "lələ-illah” dağının qarşısındakı yüksəklik və mövqeləri, Cəbrayıla gedən yolun üzərində yerləşən və ermənilər üçün xüsusi əhəmiyyətə malik "qırmızı manqa” adlandırılan düşmən mövqeyini, düşmənin Araz çayı boyunca möhkəmləndirdiyi mövqelərini, həmçinin 2-ci Ordu Korpusu komandirinin əmri ilə Milli qəhrəman, polkovnik Şükür Həmidovun sərəncamı altında digər hərbi hissələrimizin köməyinə gedərək, kənd Horadiz və Nüzgar kəndləri istiqamətində Ordumuzun hərəkətini 6 gün ərzində məhdudlaşdıran düşmənin iki mövqeyini bir günə darmadağın edərək hücumun davam etdirilməsinə şərait yaradıb.

Daha sonra 2-ci Ordu Korpusu komandirinin sərəncamında düşmənin arxasına keçərək Qarakollu, Qarazıllı,Yuxarı Rafadanlı, Aşağı Rafadanlı, Yuxarı Güzlək, Xatınbulaq, Mollavəlili, Qarğabazar və digər kəndləri, Şabandağ və başqa yüksəklikləri şəxsən öz hərbi hissəsi ilə birgə düşməndən azad edib. Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füziuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin etmişdir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda şərəflə döyüşərək, 44 günlük Vətən Müharibəsində düşməni yüzlərlə canlı qüvvə və texnika itkisinə məruz qoyub.

10-dan çox özüyeriyən top, 10-dan çox zirehli texnika, 20-dən çox avtomobil texnikası, çoxlu silah-sursat, əşya və əmlak, sənəd və sübut, xəritə və 2 erməni əsgəri komandirlik etdiyi hərbi hissə tərəfindən Azərbaycan ordusuna təhvil verilib.
Əgər mənim həyat yoldaşım 2017-ci ildə baş vermiş cinayət işində (4 il bundan öncəki) təqsirli bilinirsə, nə üçün bu müddət ərzində rütbə və vəzifələri artırılıb? Nə üçün hərbi hissə komandiri kimi müqəddəs döyüş tapşırığını yerinə yetirib?”

Zabitin xanımı müraciətinin sonunda prezident İlham Əliyevdən həyat yoldaşının işini şəxsi nəzarətə götürməyini xahiş edir.
Oxşar xəbərlər
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
Xəbər lenti
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
Video & Fotoqalereya
Video
Fotoqalereya
