Əbülfəs Qarayev ölkədən niyə çıxmaq istəyib?

Rəhbərlik etdiyi nazirlikdə irimiqyaslı korrupsiya və digər qanunazidd əməllər aşkarlandığı üçün vəzifəsini itirən mədəniyyət naziri Əbülfəs Qarayev istintaq altındadır. Müavini həbs edilən sabiq nazir ötən müddət ərzində bir neçə dəfə istintaqın suallarını cavablandırıb.
Əbülfəs Qarayev bugünlərdə Azərbaycanı tərk etmək istəyərkən sərhəddən qaytarılıb. Belə ki, Türkiyəyə getmək istəyən sabiq nazirə ölkədən çıxışına məhdudiyyət qoyulduğu deyilib. Məlumatda o da deyilir ki, Əbülfəs Qarayev ona qoyulmuş "stop”un götürülməsi üçün istintaq orqanına müraciət edib. O, Türkiyəyə həkim müayinəsinə getmək istədiyini və geri qayıtmaq niyyətinin olduğunu yazıb.
Tanınmış vəkil, Bakı İnsan Haqları Klubunun həmtəsisçisi Cavad Cavadov "Yeni Müsavat”a deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan Respublikası vətəndaşının ölkədən sərbəst şəkildə getmək, ölkədən qayıtmaq hüququ var: "Şəxsin ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Bunun da əsasları var. Şəxs təqsirləndirilən qismində cəlb olunmalıdır, barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmalıdır. Və ya məcburi tibbi tədbirlər olmalıdır. Bundan başqa, şəxsin barəsində hər hansı bir öhdəliklə bağlı məhkəmə qərarı varsa, icrası ilə bağlı icra orqanının təqdimatı ilə bağlı məhkəmə qərar verib ölkədən getmək hüququnu məhdudlaşdıra bilər”.
Tanınmış vəkil deyib ki, sabiq nazirin statusu bəlli deyil, buna görə də konkret fikir bildirmək də çətindir: "Əbülfəs Qarayev istintaqa şübhəli, təqsirləndirilən şəxs qismində cəlb olunmayıbsa, onun ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) qərarları var. 2018-ci ilin dekabrında Mürsəliyev və digərləri ilə bağlı AHİM qərarında qeyd edir ki, şahid statusunda olan şəxsin ölkədən getmək hüququ məhdudlaşdırıla bilməz. Belə bir hal varsa, Əbülfəs Qarayev müraciət edəcəyi təqdirdə, mübahisələndirə bilərik”.
Xatırladaq ki, 2020-ci il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.
Nəticədə nazir müavini Rafiq Bayramovla idarə rəisi Zakir Sultanov saxlanılıblar. Onların xidməti kabinetlərdə və yaşadıqları ünvanlara keçirilmiş baxış zamanı Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin qəbul etdikləri pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, ayrı-ayrı valyutalarda saxlanılan pul vəsaitləri, iş üzrə əhəmiyyət kəsb edən digər sənədlər və maddi sübutlar aşkar edilərək götürülüb. Rafiq Bayramov uzun illər Əbülfəs Qarayevin digər nazirlikdə köməkçisi olub. Sabiq nazirin Cinayət Məcəlləsinin 314-cü - səhlənkarlıq maddəsi ilə istintaqa cəlb oluna biləcəyi xəbəri həmin günlərdə vardı. Bu maddədə səhlənkarlıq - işə vicdansız yanaşma, laqeyd münasibət nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi fiziki və hüquq şəxslərin qanuni mənafelərinə və ya dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə xüsusilə ağır nəticələrə səbəb olduqda 5 ilə qədər həbs gözləyir.
Əməliyyatdan sonra Mədəniyyət Nazirliyində yoxlama aparılıb, Hesablama Palatası sabiq nazir Əbülfəs Qarayevin işlədiyi dövrü təftiş edir. Qeyd edək ki, bir il bundan öncə Hesablama Palatası nazirlikdə yoxlama aparıb. Əslində DTX-nın Mədəniyyət Nazirliyində aşkarladığı bəzi korrupsiya faktları Əbülfəs Qarayevin mədəniyyət sahəsinə ayrılan pulları necə taladağı haqda müəyyən təəssürat yaradırdı. Əməliyyatdan sonra Əbülfəs Qarayev açıq-aşkar müqavimət göstərir, kabinetini əldən vermək istəmirdi. Halbuki Mədəniyyət Nazirliyindəki böyük korrupsiya faktlarının videosübutları ortalıqda idi. Beləcə, Əbülfəs Qarayev "nəhsliyi” 13 gün davam etdi. Mayın 21-də Prezidentin sərəncamı ilə mədəniyyət naziri postundan uzaqlaşıdırıldı. Həmin gündən sonra Əbülfəs Qarayev 1 dəfə açıqlama verib, evində olduğunu bildirmişdi. Onun istintaqa təqsirləndirilən şəxs, şübhəli şəxs və ya şahid qismində cəlb olunduğu mediaya bəlli deyil. Əbülfəs Qarayev 26 il nazir postunu tutub, bu müddətdə Mədəniyyət Nazirliyinə ayrılan milyonlarla manat büdcə vəsaitinin mənimsənilməsi haqda iddialar var.
Loading...
Oxşar xəbərlər
- Qadınlar arasından peyğəmbər çıxmasa da... – ELMİ-LƏDUN
8 mart 2021 00:35
- Mübariz Mənsimov azadlığa çıxdı
5 mart 2021 14:40
- Dilavər Əzimlinin həyat yoldaşı: "Ölüm xəbərini mənə sürücü..."
5 mart 2021 10:51
- Mübariz Mənsimov sərbəst buraxıla bilər
3 mart 2021 23:24
- Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı
3 mart 2021 17:40
- Qalmaqallı dairənin indiki və keçmiş deputatı üz-üzə gəldi
3 mart 2021 17:26
- Jirinovski SSRİ-ni dağıdanların adlarını çəkdi, Qorbaçova isə haqq qazandırdı
3 mart 2021 11:16
- Nəzakət Məmmədova - Əri onu hər gün döyürdü
28 fevral 2021 23:13
- Bağırsaqlar niyə ağrıyır? - Səbəblər
28 fevral 2021 22:31
- Ağstafada çoban arvadını və ferma sahibini güllələdi - şok cinayət
27 fevral 2021 11:11
Xəbər lenti
- Dönər yeyən 17 yaşlı gənc öldü
08 mart 02:08
- Qadını intim görüntüləri ilə şantaj edərək 10 min dollar...8 il həbs
08 mart 01:47
- Daha bir qazimiz ona qulluq edən tibb bacısı ilə ailə həyatı qurur
08 mart 01:38
- Bu gün Beynəlxalq Qadınlar Günüdür
08 mart 01:28
- Dəhşətli qəza Milli Məclisin DEPUTATI ÖLDÜ
08 mart 01:16
- Qadınlar arasından peyğəmbər çıxmasa da... – ELMİ-LƏDUN
08 mart 00:35
- Lalə Məmmədova: “Atam məni xatırlamır” -alzheiymer xəstəliyi
08 mart 00:19
- Mehdiyev hansı xəstəlikdən ciddi əziyyət çəkir - VİDEO
07 mart 16:27
- Yüksək təzyiqin yaranmasının - 3 əsas mexanizmi
07 mart 15:45
- Bakı-Salyan yolunda külək KAMAZ-ı aşırdı - Video
07 mart 15:07
- Keçmiş baş prokuror 98 yaşında öldü
07 mart 14:32
- Mir (Şahin)in dövlətə 2,8 milyon manat vergi borcu var...ŞOK
07 mart 14:09
- "PƏZƏVƏNG" kafe, yoxsa ? Sahibini infarkt vurdu
07 mart 13:58
- Şərurlu İsfəndiyarın restoranında aşığı vurdular, müğənnini döydülər
07 mart 13:42
- Bakıda qadının başına tikintidən dəmir düşdü, hadisə yerində öldü - Video
07 mart 13:32
- DƏHŞƏTLİ VİDEO! Timsahın qarnından uşaq meyiti çıxdı
07 mart 13:18
- Vilayət Eyvazov rəisi vəzifəsindən azad etdi
07 mart 10:49
- AZƏRBAYCANDA YENİ QOŞUN NÖVÜ ...
07 mart 02:02
- "Pəhləvanlar" kafesinin 18 otağında 49 əxlaqsız qadınla ...
07 mart 01:29
- Tibb Universitetinin 80 yaşlı keçmiş rektoru...
06 mart 21:46
- YAP-ın Veteranlar Şurasında kimlər var? (SİYAHI)
06 mart 18:52
- Hacıbala Abutalıbov Bakıdan kəndə köçüb -Toyuq saxlayır
06 mart 18:31
- Azərbaycanda 273 nəfər ömürlük məhkum var - Onlar da..
06 mart 18:22
- Azadlığa çıxan Mübariz Mənsimovdan - Açıqlama
06 mart 18:13
- “Partiyamız yeni siyasi dövrə qədəm qoyur”
06 mart 17:59
- Prezident bu qadınları təltif etdi - Siyahı
06 mart 17:41
- Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
06 mart 00:08
- Bu da YAP-ın yeni İdarə Heyəti - Siyahı
05 mart 23:50
- Mehriban Əliyeva YAP Sədrinin I müavini oldu
05 mart 16:45
- Temperatur 10 dərəcə aşağı enəcək - Xəbərdarlıq
05 mart 16:25
Video & Fotoqalereya
Video
Fotoqalereya