“Amputasiya olunan ayağımı qardaşıma verəndə ürəyi dözmədi, öldü...”
“Bərdəyə raket atılan vaxtı mən rayonun “Pojarnıy kruqu” deyilən ərazisində taksi xidməti göstərirdim. Atılan raketlərdən biri düz maşınımın qabağına düşdü. Elə bil ki, mənə Allah güc verdi, özümü maşından çölə ata bildim. Bir ayağımı dizdən yuxarı itirmişəm. Bütün orqanlarım zədələnib, mədəmin yarısını çıxarıblar. Ürəyimin yaxınlığında qəlpə var. Başımdan başqa bütün orqanlarım qəlpə ilə doludur. Sağ əlimin bir neçə barmağı işləmir. Ayağımı əməliyyat ediblər, hələ orada qəlpələr var, yeriyə bilmirəm”.
Bunu “Qafqazinfo”ya ötən il oktyabrın 28-də Ermənistanın Bərdə şəhərini bombalaması nəticəsində zərər çəkən 37 yaşlı Bərdə sakini Şirinov Elçin Həvəskar oğlu deyib. Bir ayağı amputasiya edilən, iki azyaşlı uşağı olan vətəndaş bildirib ki, hazırda heç bir yerdən gəliri yoxdur. E. Şirinov ona eyni zamanda maddi ziyan dəydiyini də vurğulayıb. Bildirib ki, gəlir yeri olan, taksi xidməti göstərdiyi avtomobili tamamilə yararsız hala düşüb. Ermənilərin atdığı raket vətəndaşın rayonun Bakı küçəsində yerləşən evini də qəzalı vəziyyətə salıb:
“Məni ilk dəfə Bərdədə əməliyyat elədilər, ayağım amputasiya olundu. Sonra Mingəçevir xəstəxanasına köçürüldüm və orada bir ay qaldıqdan sonra evə yola saldılar. Həkim gəlib baxıb dərman yazırdı, amma dərmanlarımın heç birini ala bilmirdim. Mən onsuz da iş qabiliyyətimi itirmişəm, bundan sonra işləyə bilməyəcəyəm".
E. Şirinovun sözlərinə görə, ona hələ əlillik təyin olunmayıb. O iddia edir ki, evi zərər görmüş ailələrə verilməsi nəzərdə tutulan 1000 manatlıq ödəniş də ona verilməyib: "Evimin tavanının yarısı yox idi, bütün şüşələr qırılmışdı. Damı, şüşəni qohumlar gəlib düzəltdilər, vaxt gəlib evin şəklini çəkdilər, yazdılar, dedilər narahat olmayın, ödəyəcəyik”.

Bərdə sakini deyir ki, hələ də ürəyinin yaxınlığında və bədəninin digər hissələrində olan qəlpələr onu narahat edir: “Əsnədikdə az qalır ürəyim yerindən çıxsın. Elə bilirəm ürəyimə bıçaq soxub çıxarırlar. Bir ay xəstəxanada müalicə aldığım müddətdə vəziyyətim çox ağır olub. Həddindən çox qan itirdiyimə görə, çoxlu sistem və iynələr vurulub. İndi-indi özümə gəlirəm. Bundan sonrakı əməliyyatlar üçün Bakıya gedib müayinələrdən keçmək lazımdır.
Ayağım amputasiya olunandan sonra qardaşıma veriblər ki, aparıb basdırsın. Bu hadisə ona pis təsir edib və həmin yerdəcə ürəyi partlayıb ölüb. İndi öz uşaqlarımla yanaşı, vəfat edən qardaşımın iki azyaşlı uşağı da mənim himayəmdədir”.
Problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirilib ki, artıq Elçin Şirinova müddətsiz ikinci qrup əlillik təyin edilib:
“Bərdə terrorunda ayağını itirən Şirinov Elçin Həvəskar oğlunu ƏƏSMN-nin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tİbbi Sosial Ekspert Komissiyasının yerli nümayəndəsi 23.12.2020-ci il tarixində evində müayinə edib, əlilliyin qiymətləndirilməsi ilə bağlı müraciət qaydaları izah edilib. Lakin Bərdə Rayon Mərkəzi Xəstəxanasının həkim komissiyası 07.01.2021-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənməmiş “Forma 88”i Əlillik Altsisteminə daxil etdiyi üçün göndəriş sistem tərəfindən səhiyyə müəssisəsinə geri göndərilib. Xəstəxana tərəfindən 02.02.2021-ci il tarixində növbəti “Forma 88” Altsistemə daxil edilib və Şirinov Elçinə 2-ci dərəcə müddətsiz (ömürlük) əlillik təyin edilib”.
Nazirlikdən həmçinin bildirdildi ki, E. Şirinov Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunacaq. Hazırda bu istiqamətdə işlər aparılır. O cümlədən, Elçin Şirinovun protezləşdirilməsi də nazirlik tərəfindən həyata keçiriləcək.
***
Bərdə rayon İcra Hakimiyyətindən isə bildirilib ki, Elçin Şirinov sözügedən quruma müraciət etsə, ona müvafiq yardım ediləcək: “Bərdə rayonunda kimin evinə ziyan dəyibsə, onlar aktlaşdırılıb və Nazirlər Kabinetinə bu barədə məlumat verilib. Prezidentin göstərişi ilə evi erməni terrorundan zərər çəkən 183 bərdəliyə 1000 manat məbləğində vəsait ödənib. Ödəniş olunandan sonra da bizə müraciət edənlər var, hazırda həmin şəxslərlə bağlı Nazirlər Kabinetinə müraciət olunacaq. İşçi qrup gəlib yerində araşdıracaq və həqiqətən ziyan dəyən evlər varsa, onlara da həmin yardım ödənəcək. Elçin Şirinov da bizə müraciət etsin, nə mümkündürsə, kömək edək. Edə bilməsək də aidiyyati orqanlara çatdıraq”.
Gülnar Əliyeva



- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
