Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri
Keçmiş deputat, Ukraynadakı səfir Elmira Axundova “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sabiq sədri, hazırda həbsdə olan Rasim Məmmədovla qaranlıq əlaqələrini gizlətməyə çalışır. Bunun üçün Axundovanın oğlu Həbib Axundov bir gecənin içində sosial mediadakı hesabından Rasim Məmmədovla bağlı paylaşımları silib.
Halbuki Həbib Axundov “Rasim Məmmədov anamın kitabını maliyyələşdirdi”, “Rasim Məmmədov koronavirus fonduna pul köçürdü”, “Rasim Məmmədov müsahibə verdi” və bu kimi paylaşımlarla reyderliklə məşğul olan birini az qala peyğəmbər elan edib car çəkməkdən yorulmurdu.
Özünün “Audi” markalı idman avtomobilini Rasim Məmmədovun “Bentley” markalı, Az 10 AH 784 nömrə nişanlı avtomobilin yanında saxlayıb kumirinin maşınına söykənməklə foto çəkdirib şəstlə paylaşırdı. Rasim Məmmədov da bütün asan qazanc, korrupsiya pullarına əli çatan hər bir zat kimi dəbdəbə həvəskarıdır. Onun belə maşınları bir deyil, iki deyil. Maşrut avtobusunun nömrəsini xatırladan 784 rəqəmi Məmmədov üçün xüsusi məna kəsb edir. Belə ki, dəstəbaşının bahalı avtomobillər kolleksiyasında olan maşınların hamısının nömrəsi 784-lə bitir. AA 784, AZ 784, AH 784, YY 784, PP 784 Rasim Məmmədovun bahalı maşın koleksiyasındakı avtomobillərdə quraşdırılan dövlət nömrə nişanlarıdır.
Elmira və Həbib Axundovların adları 8 milyonluq dələduzluq işinə qarışandan sonra onların da bahalı maşınlar kolleksiyası ortaya çıxıb. 2013-cü ildən bu yana Axundovlar sonluğu əsasən 111-lə bitən bir-birindən bahalı 10-a yaxın maşın alıblar. Nömrə nişanı Az 10 HH 111, “Porsche Cayenne” avtomobili, Az 90 XX 111 “Jeep Wrangler” avtomobili, Az 90 RR 111 “Porsche Panamera” avtomobili, Az 90 CF 900 “Porsche Cayenne” avtomobili, Az 90 HH 111, “Tayota Prado” avtomobili, Az 10 LS 050 “AUDI Q 7" minik avtomobili 2000-ci ilə qədər ”Moskviç-407"də gəzən Axundovların avtomobil parkında yer alır.
Həbib Axundovun üzərinə Rasim Məmmədovu reklam etmək öhdəliyini kimsənin qoymadığı aydındır. Görünən odur ki, gizli bağları onu paylaşmağa bir xəbər tapmayanda ölkədə tanınan reyderin bahalı “Bentley”inə söykənib foto çəkdirib paylaşmağa çəkir, bununla “ulduz”u gündəmdən düşməyə qoymurdu. Anasının yazdığı kitaba Rasim Məmmədovun adını yuxarı başdan yazmaq da onu mümkün həbsdən qorumağa hesablanmışdı. Vaxtı gələndə həmin kitabı ortalığa çıxarıb onu istintaqın dəmir qollarından qoparmalı idi. Artıq Rasim Məmmədovun gözlənilən həbsi baş tutub və belə paylaşımlar Həbib Axundovun səhifəsində yoxa çıxıb. Aydındır ki, adı külli miqdarda dələduzluqda keçən və buna görə qandallanan biri ilə əlaqələrə kimsə can atmaz. Amma indiki halda bu yanaşma keçərli deyil. Çünki Həbib Axudnovun da, onun anasının da adları illərdir mətbuatda məhz külli miqdarda dələduzluq işləri üzərindən hallanmaqdadır. Hətta Elmira Axundovanın dələduzluğa görə bu gün həbsdə olan Elnur İbrahimova “rasklad” verməsini təsdiqləyən səs yazısı, Elnur İbrahimovun Elmira Axundovaya günaşırı 5 min manat aparmasını təsdiqləyən yazışmalar da cinayət işlərində yer alıb. Bütün bunların ardından üzə çıxıb ki, Rasim Məmmədovla Elmira Axundovanın, onun oğlu Həbib Axundovun əlaqələri var.
Bu gün Rasim Məmmədovun saysız-hesabsız qanunsuzluqları cinayət işi çərçivəsində araşdırılmaqdadır. Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) fevralın 3-də rəsmi məlumat yayıb. DTX qeyd edir ki, Rasim Məmmədovun ölkədə metallurgiya sənayesinin inkişafına, fiziki və hüquqi şəxslərin hüquqlarına və dövlətin mənafelərinə zərər vuran qanunsuz əməllərə yol verməsi ilə bağlı daxil olmuş məlumatlar araşdırılıb. Açıqlamaya görə, onun satış üzrə müəssisəyə mədaxil edilmiş pul vəsaitlərindən 13 milyon manatı mənimsəməsinə, 42 milyon manat dəyərində istehsal olunmuş məhsulu israf etməsinə, müxtəlif şəxslərdən külli miqdarda pul vəsaitini aldatma və etibardan sui-istifadə etməklə ələ keçirməsinə əsaslı şübhələr yaranıb: “Rasim Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib”. Bu açıqlamaya hələlik Rasim Məmmədov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.
55 milyon manatlıq mənimsəmədə ittiham edilən Rasim Məmmədovun metallurgiya sahəsində çalışmış iş adamlarına qat-qat artıq məbləğdə ziyan vurduğu da gizli deyil. İstintaqın gedişində Rasim Məmmədova qarşı irəli sürülmüş ittihamın vurulmuş ziyanla bağlı hissədə dəyişəcəyi, artacağı ehtimalı böyükdür. İllərlə onun iş adamlarına qarşı qanunsuz addımları haqda Azərbaycan mətbuatında müxtəlif səpkili yazılar dərc olunub. Ramiz Mehdiyevin orbitində olan bir çoxları kimi Rasim Məmmədov da belə hallarda törətdiyi qanunsuzluqların ictimailəşməsinin qarşısını almaq üçün məhkəmələrə iddialar göndərib.
Administrativ üsullarla mətbuata və qanunsuzluqlara etiraz edən iş adamlarına qarşı qərarlar verilməsinə nail olub.
“Yeni Müsavat” qəzetinə qarşı da Rasim Məmmədovun saysız-hesabsız iddiaları olub. Qəzetimizin ayrı-ayrı əməkdaşları məhkəmələrə çəkilib. Belə iddialar mətbuatın və iş adamlarının susdurulmasına hesablanıb. 2 il əvvəl Rasim Məmmədovun ətrafında halqa daralarkən Ramiz Mehdiyevin ətrafında olan vəzifə daşıyıcıları, deputatlar ona dəstək üçün səfərbər olunublar. Mümkün həbsdən qurtulmaq üçün müxtəlif addımlar atılıb. Məsələn, o günlərdə Ramiz Mehdiyevin əlindən “Xalq yazıçısı” adını alıb parlamentdə oturan Elmira Axundova Rasim Məmmədovun adını yazdığı kitabların yuxarı başına keçirib. Sosial mediada, mətbuatda bu məqam Elmira və Həbib Axundovalar tərəfindən xüsusi olaraq qabardılıb.
Bu, o zaman baş verib ki, hüquq-mühafizə orqanları Rasim Məmmədovun rəhbərlik etdiyi “Baku Steel Company” MMC-də araşdırma aparırdı, böyük cinayətlərin üstünün açılacağına şübhə qalmırdı. Kitab müəllifi Rasim Məmmədovu elə təqdim edirdi ki, guya o, təpədən-dırnağa qədər iqtidara xidmət edir. Faktiki isə Rasim Məmmədovun reyderliyi, metallurgiya sahəsindəki fəaliyyəti internet resurslarını bu gün də “bəzəməkdədir”.
Sadəcə, Rasim Məmmədovu xilas etmək lazım idi və bu işə böyük şövqlə girişmişdilər. İndi isə Rasim Məmmədov həbsdədir. Onunla əlaqələrin Elmira və Həbib Axundovlar tərəfindən gizlədilməsi üçün göstərilən çabalar da gülünc və yersizdir... /Yeni Müsavat
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 2024 11:31
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Ordumuzun əsgəri intihar etdi
24 mart 2024 23:16
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
- Bunu qatığa 1 qaşıq əlavə etsəniz, sonsuz faydalarını görərsiniz- Sağlamlıq sirri
23 mart 2024 20:40
- Azərbaycanda 18 yaşlı oğlanın əlində qumbara partladı, ölən var
17 mart 2024 18:24
- Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilanda xüsusi nümayəndəsi o oldu
14 mart 2024 07:43
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05