Sumqayıt hadisələrindən 33 il ötür

Sumqayıt hadisələrinin 33 ili tamam olur. “Qafqazinfo”nun məlumatına görə, 1988-ci il fevralın 27-dən 28-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş iğtişaşlar nəticəsində 32 nəfər ölüb. Onlardan 26-sı erməni, 6-sı azərbaycanlı olub.
Sumqayıt hadisələri erməni millətçiləri tərəfindən təşkil edilib. İğtişaşların baş verməsində Sumqayıt əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qruplar xüsusi rol oynayıb.
Bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ermənilərlə birgə təşkil etdiyi və həyata keçirdiyi ssenarinin tərkib hissəsi idi. Sumqayıtda bu hadisəni təşkil etmək üçün seçilmiş şəxs də erməni - iki dəfə məhkum olunmuş Eduard Qriqoryan olub. Sumqayıt hadisələrinin təşkilatçısı kimi azərbaycanlı Əhməd Əhmədov güllələnmə cəzasına məhkum edilsə də, şahid ifadələri əsl günahkarın əslində erməni Eduard Qriqoryan olduğunu sübut edir.
Sumqayıt faciəsi zamanı yüzlərlə azərbaycanlı ailəsi həyatlarını təhlükə qarşısında qoyaraq, erməni qonşularını qəzəblənmiş kütlənin təhlükəsindən xilas edib.
Bu hadisələrin Moskva tərəfindən törədildiyini SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Vladimir Kryuçkov da etiraf edib. SSRİ DTK-sının himayə etdiyi həmin qruplar şəhərin müxtəlif yerlərində qətliamlar törədib. Erməni millətindən olan 26 nəfərin qətlini məhz bu dəstələr həyata keçirib.
Şəhərə yeridilən general Krayevin rəhbərlik etdiyi ordu hissələri isə bunları kənardan izlədikdən sonra - fevralın 29-da hadisələrə müdaxilə edib. Nəticədə 6 azərbaycanlı tankların tırtılları altında qalaraq həlak olub, 400 nəfər xəsarət alıb, 200 mənzil talan edilib, 50 mədəni-məişət obyekti dağıdılıb, 40-dan çox avtomobil yararsız hala salınıb.
Öldürülən ermənilərin, demək olar ki, hamısı erməni terror fondlarına pul keçirməkdən imtina edənlər olub. Eduard Qriqoryan Sumqayıt hadisələri zamanı 5 ermənini şəxsən öldürüb, 8 erməni qadını zorlayıb. Lakin erməni təşkilatları bu cür cinayətlər törətmiş E. Qriqoryanı ağır cəzadan qurtara bilib. E. Qriqoryana 12 il iş verilib və o, bir neçə ildən sonra azadlığa buraxılıb. Digər təqsirləndirilən şəxs azərbaycanlı Əhməd Əhmədov isə Moskvada keçirilmiş məhkəmənin hökmü ilə güllələnməyə məhkum edilib və hökm icra olunub.
Bundan başqa, iğtişaşlara görə 3 minə yaxın günahsız Sumqayıt sakini həbs olunub. Onlardan 400-ü inzibati məsuliyyətə cəlb edilib, 94 nəfər barəsində isə cinayət işi açılıb.
Ermənilər bu gün də Sumqayıt hadisələrindən öz məqsədləri üçün yararlanmağa davam edirlər. Onlar Sumqayıt hadisələri haqda dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa, antiazərbaycan əhval ruhiyyəsi yaratmağa çalışırlar.
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 5 il ötür
2 aprel 2021 11:08
- Aprelin 5-dən məktəblər bağlanır
1 aprel 2021 16:50
- Fərhad Əliyevə yüksək vəzifə verildi - TƏYİNAT
31 mart 2021 22:34
- Bu gün intihar edən Könül 618 bal yığıbmış
29 mart 2021 12:43
- Rövşən Cavadovun oğlu Laçın
20 mart 2021 01:51
- İlham Əliyev əfv sərəncamı imzaladı - Siyahı
18 mart 2021 19:46
- “Cavadova dedim ki, ya DİN-dəki vəzifəndə qal, ya da siyasətlə məşğul ol”
18 mart 2021 00:31
- Azərbaycanın narkoman məşhurları - Siyahı
17 mart 2021 23:28
- “Rövşən Cavadovun oğlu Laçın Istanbulda mənə zəng edib dedi ki...”
17 mart 2021 10:31
- Tələt Paşanın erməni terrorunun qurbanı olmasından 100 il ötür
15 mart 2021 18:29
- Lukaşenkoya qarşı sui-qəsdin təfərrüatları
19 aprel 12:07
- Prezident açılışa qatıldı - Fotolar
19 aprel 10:58
- “Puşkin rus deyildi ..” – Poznerdən iddia
18 aprel 23:14
- Tanınmış aktyorun ölüm xəbəri yayıldı
18 aprel 22:48
- Azərbaycanlı avtoriteti öldürən şəxs bacısını doğradı, yeznəsinin qulağını kəsdi
18 aprel 18:42
- Azərbaycanda avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və...
18 aprel 16:27
- Şahzadə Filip dəfn edildi - Fotolar
18 aprel 13:47
- İsraildə tibbi maska taxma tələbi ləğv edildi
18 aprel 12:51
- Lukaşenko və övladlarına qarşı sui-qəsd oldu
18 aprel 00:40
- “Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
17 aprel 19:56
- Xanımını itirdi, özü şəhid oldu, qızı tək qaldı
17 aprel 19:18
- Atatürkün dostunun qızı ilə evlənən azərbaycanlı aktyor
17 aprel 18:43
- Nazim İbrahimovun qardaşı həbs edildi
17 aprel 17:33
- Qəbulda qohumbazlıq, korrupsiya tüğyan edirdi - Məleykə
17 aprel 14:42
- Krım tatarları Ərdoğanı Krıma dəvət etdi
17 aprel 14:18
- Acından Hüseyn Abdullayevin vəziyyəti ağırlaşdı
17 aprel 14:05
- Bakıda iki qadın hosteldə boğularaq öldü
17 aprel 00:34
- “Kommersant” Kremli fakt qarşısında qoydu: “İsgəndər-M” Ermənistana necə verilib?
16 aprel 18:29
- Azərbaycanda partiya sədri vəfat etdi - FOTO
16 aprel 15:48
- Abşeronda İtləri güllələyərkən 13 yaşlı oğlanı vurdu
16 aprel 14:01
- “Şahbaz iki dəfə məni başımdan vurub dedi ki...” - XƏYANƏTKARLAR
16 aprel 12:28
- Xalq artisti Eldar Quliyev vəfat etdi
16 aprel 10:59
- Günel Həsənli ilə bağlı videodakı Mahir danışdı...
16 aprel 10:51
- Zelenski ukraynalıları Türkiyədə dincəlməyə çağırdı
16 aprel 10:43
- Qaqauziya rəhbərindən Xarıbülbül jesti
16 aprel 00:18
- “Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan rəhbərliyi torpaq sahələri alırdı”
15 aprel 16:45
- Dilqəm niyə Şahbaza “erməninin dostu” deyib? - Oğlu danışdı
15 aprel 14:41
- Bərdədə qonşu qadın 10 yaşlı oğlanın cinsi orqanını kəsib atdı
15 aprel 13:29
- Ramiz Mehdiyev məhkəmədə uduzdu
15 aprel 13:16
- Akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 11:55