Bağırsaqlar niyə ağrıyır? - Səbəblər

Bağırsaq ağrısı funksional pozğunluqlar – qıcıqlanmış bağırsaq sindromu, yayılmış üzvi xəstəliklər – bağırsaq infeksiyaları, xroniki enterit, enterokolit, Kron xəstəliyi və qeyri-spesifik xoralı kolit zamanı yaranır. Bəzən bu əlamət törəmələrdən, divertikuldan, kəskin cərrahi patologiyadan xəbər verir. Ağrının səbəbi laborator analizlər, ultrasəs, endoskopik və rentgenoloji üsullarla üzə çıxarılır. Bağırsaq ağrısı dietoterapiya, dərman preparatları (antibiotiklər, spazmolitiklər, probiotiklər) və yaxud cərrahi yolla aradan qaldırılır.
Bağırsaq ağrısının səbəbləri
Qıcıqlanmış bağırsaq sindromu
Bu sindrom üçün qarında müxtəlif xarakterli (dartılan, deşici, spastik) ağrılar xarakterikdir. Səhər saatlarında və psixoemosional gərginlik zamanı bağırsaq ağrısı güclənir. Sindromun tipik əlaməti defeksiya aktından əvvəl ağrının kəskin formada güclənməsidir. Tutmaşəkilli, şiddətli ağrılara sol qalça nahiyəsində bağırsağın boşalması üçün çağırışlar hiss olunur. Defekasiyadan sonra vəziyyət yaxşılaşır.
Qıcıqlanmış bağırsaq sindromunda ağrı hissi bir neçə ay davam edir. Qadınlarda aybaşıdan əvvəl ağrı artır. Bu patologiyada bağırsaq ağrısı nəcis ifrazının pozulması: qəbizliklə ishalın növbələnməsi, bağırsağın tam boşalmaması hissi ilə müştərək formada rast gəlinir. Xəstələrdə gəyirmə, ürəkbulanma və köp yaranır.
Disbakterioz
Bağırsağın disbiozunda bütün qarın nahiyəsində spazm və sancılar baş verir. Sol qalça nahiyəsində ağrı daha kəskin olur. Ağrı sindromu ishal, qarında ağırlıq, diskomfort və qurultu ilə müşayiət edilir. Nəcis kütlələri sulu, bol miqdarda və yaşılımtıl rəngdə olur. Disbakterioza antibiotiklərin qəbulu, xroniki qastroenteroloji xəstəliklər və immun pozğunluqlar zamanı təsadüf olunur.
Bağırsaq infeksiyaları
Qarın ağrısı salmonelyoz, eşerixioz, dizenteriya və digər infeksion proseslərin əlaməti kimi formalaşır. Nazik bağırsağın zədələnmələrində ağrı göbəkətrafında lokalizasiya olunur. Prosesə yoğun bağırsaq qoşulduqda ağrı qarnın sol hissəsində əmələ gəlir. Bağırsaq ağrısı kəskin və tutmaşəkilli xarakter daşıyır, ishal (sutkada 20 dəfəyə qədər), ürəkbulanma və qusma ilə müşayiət olunur.
Xroniki enterit
Bağırsağın iltihabında göbək ətrafında, qarnın yan tərəflərində küt və yaxud sızıltı ağrılar hiss edilir. Qidalanma pozğunluqları, spirtli içkilər ağrını daha da gücləndirir. Qaz və nəcis ifrazından sonra narahatlıqlar azalır. Enterit üçün xroniki ishal səciyyəvidir. Nəcis kütlələri üfunətli iyə malik olur. Onların tərkibində həzm olunmamış qida qalıqlarına rast gəlinir.
Kron xəstəliyi
Kron xəstəliyində ağrı adətən sağ qalça nahiyəsində meydana çıxır. Bu, nazik bağırsağın terminal hissələrinin zədələnməsi ilə bağlıdır. Simptomatikanın intensivliyi Kron xəstəliyinin ağırlıq dərəcəsindən asılıdır. Remissiya dövründə qarında diskomfort, kəskinləşmə mərhələsində isə kəskin ağrı və nəcisdə qan müşahidə olunur. Pasiyentlər ishaldan, iştahsızlıqdan, halsızlıq və əmək qabiliyyətinin azalmasından şikayətlənirlər.
Qeyri-spesifik xoralı kolit
Bu xəstəlik üçün bağırsağın sol şöbələrində tutmaşəkilli, ifadəli ağrılar xarakterikdir. Ağrının solda yaranması siqmavari bağırsağın zədələməsinə işarədir. Total kolit yayılmış, intensiv ağrılarla təzahür edir. Ağrı sindromu gücləndikdə nəcis kütlələrində al qırmızı qan izlənilir. Xəstələri həmçinin ağrılı tenezmlər narahat edir. Qeyri-spesifik xoralı kolitdən əziyyət çəkən insanlarda ağrıdan əlavə, bağırsaqdan kənar əlamətlər: düyünlü eritema, göz, oynaq və biliar sistemin zədələnməsi mümkündür.
Divertikulyoz
Bağırsaq divertikullarında qeyri-müəyyən, sızıltılı və dartıcı ağrılar qeydə alınır. Belə xəstələr çox nadir hallarda həkimə mürəciət edirlər. MBT motorikasının pozğunluqlarında, xroniki qəbizlikdə simptomatika güclənir. Divertikul olan hissədə güclü, tutmaşəkilli ağrılar yaranır. Qaz və nəcis ifrazı ağrının azalmasına səbəb olur.
Bağırsağın törəmələri
Bağırsağın polipləri ilkin mərhələlərdə gizli gedir. Yalnız onların ölçüləri böyüdükdə ağrı hissi meydana çıxır. Ximus və nəcis kütlələrinin hərəkətinin pozulması küt ağrı törədir. Şiş prosesi proqressivləşdikdə göbək ətrafında və yaxud qarnın yan hissəsində güclü spazmlar baş verir. Diffuz polipoz üçün yayılmış şiddətli ağrılar, tenezm və ishal tipikdir. Xəstəliyin klinikası ağır bağırsaq infeksiyasını xatırladır.
Bədxassəli törəmələrdə ağrı sindromu gecikmiş mərhələlərdə təzahür edir. Bu zaman ağrı daimi xarakter daşıyaraq, qidalanma pozğunluqları və digər xarici faktorlarla bağlı olmur. Bağırsaq xərçəngində tenezm və qəbizliyə tez-tez rast gəlinir. Düz bağırsaq zədələndikdə xəstələr defekasiya zamanı bağırsağın tam boşalmamasını hiss edirlər. Yerli əlamətlərlə bərabər, ümumi simptomar: halsızlıq, dəri örtüklərinin avazıması, kəskin arıqlama müşahidə olunur.
Təxirəsalınmaz vəziyyətlər
Bağırsaq infarktı üçün kəskin, güclü ağrılar səciyyəvidir. Onlar qəfil yaranır. Belə hallarda qarında formalaşan spazm bir neçə saatdan sonra daimi, əzabverici ağrıya çevrilir. Onların lokalizasiyası bağırsağın hansı hissəsinin zədələnməsindən asılıdır. Ağrı sindromunun zəifləməsi, ümumi simptomatikanın isə artması qeyri-qənaətbəxş proqnostik əlamətdir.
Kəskin ağrı bağırsaq keçməməzliyindən xəbər verə bilər. Qarın ağrısı dəqiq lokalizasiyaya malik olmur. Peristaltikanın aktivləşməsi ağrını artırır. Mexaniki keçməməzlik zamanı ağrı daimi olur, dinamik formada isə etioloji amilin uzaqlaşdırılmasından sonra keçib gedir.
Appendisit zamanı ağrı qəfil yaranır. Bağırsaq ağrısı əvvəlcə epiqastral nahiyədə və yaxud göbək ətrafında hiss olunur, sonra isə yayılır. Bir neçə saat keçdikdə ağrı sol qalça nahiyəsində toplanır. Adətən qarın ağrısı daimi olur, öskürək və gülüş onu gücləndirir. Xəstə sol böyrü üstə uzandıqda ağrının gücü azalır. Pasiyentlərdə ürəkbulanma, qusma, meteorizm, ishal müşahidə olunur. Bədən hərarəti subfebril və febril rəqəmlərə qədər yüksəlir. Nəbz kəskin formada tezləşir.
Antibiotik qəbulunun ən ciddi fəsadı psevdomembranoz kolitin inkişafıdır. Bu xəstəlik şərti-patogen mikroflora tərədindən törədilir. Pasiyentlər siqmavari bağırsaq proyeksiyasında tutmaşəkilli ağrılardan şikayətlənirlər. Defekasiyadan əvvəl narahatlıqlar artır. Ağrı ilə bərabər ağır formalı ishal (sutkada 20 dəfəyə qədər) baş verir. Nəcis kütlələrində çoxlu miqdarda selik və qan izlərinə rast gəlinir.
Nadir səbəblər
Yırtıq: postoperasion ventral yırtıq, qarnın ağ xəttinin yırtığı
İltihabi proseslər: mezadenit, omentit
Anadangəlmə anomaliyalar: Payr sindromu, Hirşprunq xəstəliyi, malrotasiya
Bağırsağın xroniki işemiyası.
Bağırsaq ağrısının diaqnostikası
Müayinə pasiyentin şikayətlərinin və xəstəliyin anamnezinin toplanmasından, qarnın palpasiyasından ibarətdir. Həmçinin ağrının nə ilə əlaqəli olması və davamiyyəti araşdırılır. Digər vacib məqam cərrahi patologiyanın inkar edilməsidir. Bunun üçün həkim periotoneal əlamətləri yoxlayır. Laborator üsullardan koporoqramma, nəcisin bakterioloji əkilməsi, qanın ümumi və biokimyəvi analizi aparıır. Diaqnostika mərhələsində aşağıdakı instrumental üsullar informativ sayılır:
Qarın boşluğu orqanlarının USM. Bağırsağın müxtəlif şöbələrinin zədələnmələrinin differensial diaqnostikasında mühüm rol oynayır. Sonoqrafiya törəmələri, iltihabi dəyişiklikləri, qarın boşluğundakı mayeni aşkar etməyə imkan verir.
Endoskopik üsullar. Yoğun bağırsağın bütün hissələrini yoxlamaq üçün kolonoskopiya aparılır. Ehtiyac yarandıqda şübhəli sahələrdən bioptat götürülür. Ağrı qarnın yuxarı hissəsində lokalizasiya olunduqda qastroskopiya məsləhət görülür.
İrriqoskopiya. Yoğun bağırsağın anatomik və funksional xüsusiyyətlərini öyrənmək üçün istifadə olunur. Barium məhlulu və hava ilə ikiqat kontrastlaşdırma yoğun bağırsağın selikli qişasını detallı müayinə etməyə kömək edir.
Rentgenoloji müayinə. Həzm traktının vəziyyətini qiymətləndirmək üçün kontrast maddənin peroral yeridilməsi ilə rentgenoqrafiya tətbiq edilir. Müayinənin nəticələrinə əsasən bağırsaq quruluşunun anomaliyaları, motorikanın pozulması, dolma defektləri aşkarlanır. Bu dəyişikliklərə həcmli törəmələrə dəlalət edir.
Mənbə: medicina.az
Oxşar xəbərlər
- Kseniya Sobçak azərbaycanlıların qətlindən yazdı – Sonra da deyirik bizi niyə sevmirlər?
2 iyul 2025 09:58
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Korrupsiyaya qarşı Mübarizə İdarəsi Ağsu RİH-nin başçısı Rövşən Bağırovun əməllərini görmür ?
3 iyul 2025 13:02
- Dünya bunu çoxdan edib: ÇİN DİLİNİ ÖYRƏNİN...
26 iyun 2025 10:13
- Sabah Məhərrəmlik başlayır - nələr vacibdir?
25 iyun 2025 22:34
- TƏK -SƏBİR- və yaxud Elm ilə təhsilin inteqrasiyası (Felyeton)
25 iyun 2025 11:12
- Mehriban xanım Prezidentə -bu qızın gözləri gözəldir - dedi... - Video
24 iyun 2025 09:05
- Dilqəm Əsgərov oğlunun ittihamlarına cavab verdi: Müalicəyə ehtiyacı var
22 iyun 2025 02:16
- Eskalatorlar niyə işləmir? - QURUMDAN AÇIQLAMA
21 iyun 2025 10:38
- Rusiyada yaşayan azərbaycanlı kişilər 4 ARVAD ala BİLƏCƏK – ŞƏRTLƏR
20 iyun 2025 09:54
Xəbər lenti
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
Video & Fotoqalereya
Video
Fotoqalereya