Nazirin milyonluq "Topaz" biznesi niyə batır? - Əmsalların azlığı
Maqazin3 mart 2021 17:40

Azərbaycanda uzun müddət "TOPAZ” mərc oyunlarının şəriksiz bukmeykeri olub. Amma son illərdə katalizator kontorları durğunluq dövrünü yaşayır.
Musavat.com xəbər verir ki, bunun bir çox səbəblərini sadalamaq olar.
Əvvəla, "TOPAZ” məntəqələrinin sayı artmır, hərçənd qarşıya minlərlə belə obyektin açılması hədəf qoyulmuşdu. Ona görə əhalini mərc oyununa təşviq prosesində passiv fəaliyyət göstərilib. İkinci faktor "TOPAZ”da əmsalların aşağı, minimum mərc qoyuluşunun isə yüksək olmasıdır.
Əvvəl bir kupon 1 manat idisə, neçə ildir ki, 3 manata qaldırılıb. Bu da əmsal qoymaq istəyənlərə sərf etmir. Bukmeyker isə minimum 1 manat mərc qoyuluşunu yalnız elektron variantda qüvvədə saxlayıb ki, oyunçuların əksəriyyəti internet üzərindən deyil, "TOPAZ” məntəqəsinə getməyə üstünlük verirdi.
Bu biznes həm də totalizator kontoru işlədən sahibkarlar üçün yaxşı gəlir mənbəyi idi: çay, kofe, pivə və s. içkilər təklif olunurdu, futbol qumarından əlavə qazanc da çıxırdı. Amma əvvəllər Bakının az qala hər tin başında rast gəlinən bukmeykerlərin çoxu bağlanıb, rentabelli işləmir, bir yandan da minimum mərc qoyuluşunun məbləğinin artırılması, oyunlara verilən əmsalların isə aşağı göstərilməsi müştərilərin ayağını bu yerlərdən kəsib.
Belə olan şəraitdə isə "TOPAZ”a rəqib gəlməyə hazırlaşır. Azərbaycanda yeni mərc oyunları operatoru fəaliyyətə başlayır. Bunu bazarda dirçəlməyə doğru addım saymaq olar. "Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Maqsud Tağıyev yeni şirkətin "TOPAZ”ın işinə mənfi təsir etməyəcəyini açıqlayıb. Onun sözlərinə görə, sadəcə, təbii inhisarçılıqdan rəqabət sisteminə keçəcəyik, hər iki şirkət sağlam rəqabət əsasında fəaliyyət göstərəcək. M.Tağıyev bildirib ki, yeni bukmeyker şirkətinin adı "Azərlotereya”" olacaq, idarəetmə Türkiyə şirkətinə veriləcək. Onun sözlərinə görə, mərc oyunlarına nəzarəti yenə "Azəridmanservis” MMC həyata keçirəcək.
Mərc oyunları ilə məşğul olan ilk şirkətin əvvəlki adı "Azərinteltek” olub. Bu şirkət isə proqram təminatı baxımından Yunanıstanda fəaliyyət göstərən "İntralot”dan qidalanıb. İdarəetməni həyata keçirən yeni şirkətin adı isə "Caspian Tech”dir. O isə artıq Azərbaycan şirkətidir. "Azəridmanservis” Gənclər və İdman Nazirliyi tərəfindən ümumi nəzarəti həyata keçirmək üçün təsis olunmuşdu. Belə desək, gənclər və idman naziri Azad Rəhimovun inhisarında idi. Uzun müddət "TOPAZ”a rəqib olmayıb. A.Rəhimov totalizator məntəqələrində monopoliyanı əlində saxlayıb. İndi isə onun milyonluq biznesinə rəqib gəlir.
Hazırda ABŞ-da müalicə olunan nazirə məxsus olduğu deyilən "TOPAZ”ın son illər durğunluq dövrünü yaşaması da maraqlıdır. Bir müddət əvvəl "TOPAZ”ın əsas səhm paketlərinə nəzarət edən "Turkcell” şirkətinin "Azerinteltek”dəki payını satışa çıxarması barədə məlumat yayılmışdı. Daha sonra isə "Turksel” şirkəti "Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) "Baltech Investment LLC”-yə satması barədə açıqlama yaydı. Bu dəyişikliklər və Türkiyə şirkətlərinə etimad göstərilməsində məqsəd lotereya, mərc qoyuluşu kimi sahələrdə dirçəlişə nail olmaqdır. İndiyə qədər şirkətlər bu sektorda rentabelliyə nail ola bilməyiblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Türkiyə lotereya oyunlarının təşkili və yeni məhsulların bazara çıxarılması baxımından təcrübəyə malik olan ölkələrdən biridir. "Bu baxımdan Türkiyə ilə əməkdaşlıq həm də Azərbaycanda bu sahənin inkişafı baxımından vacib hesab olunur. Bu, bir tərəfdən lotereya bazarına inamın artmasına imkan verəcək - bu isə yeni sərmayənin cəlb edilməsi baxımından vacibdir. Digər tərəfdən isə fərqli məhsulların bazara çıxarılması, təqdim olunması, bazarda istehlakçıların sayının artırılması və istehlakçı-sahibkar münasibətlərinin tənzimlənməsi baxımından önəmlidir”, - deyə deputat bildirib.
İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, ziyanla işləyən, büdcədən dotasiya alan dövlət şirkətlərinin özəlləşdirilməsi və idarəetməyə verilməsi illərdir bizim də gündəmə gətirdiyimiz bir məsələdir.
Xatırladaq ki, Prezident İlham Əliyev "Azərlotereya” Açıq Səhmdar Cəmiyyətinin idarəetməyə verilməsi ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, "Azərlotereya” ASC Türkiyənin "Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə cəmiyyəti olan "YMT Sans B.V.” şirkətinə müqavilə əsasında idarəetməyə verilib və İqtisadiyyat Nazirliyinə müqavilə təsdiq edildikdən sonra təhvil-təslim işlərinin 5 ay müddətində həyata keçirilməsini təmin etmək həvalə olunub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, bu müqavilə ilə "Azərlotereya” ASC 10 il müddətinə bu sahədə zəngin təcrübəsi olan türk şirkətinin idarəetməsinə verilir. Nazir deyib ki, şirkətin fəaliyyəti özünü doğruldacağı halda müqavilə müddətinin daha 5 il uzadılması mümkündür.
Oxşar xəbərlər
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
19 iyul 2025 00:28
- Azərbaycan MDB-dən çıxır? - Rusiyadan cavab
18 iyul 2025 22:45
- Məzuniyyətə gələn hərbçimiz özünü evində ASDI
18 iyul 2025 11:33
- Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK
15 iyul 2025 23:03
- Tibbin atası İbn-i Sina-dan şəkər xəstəliyinə çarə
15 iyul 2025 11:01
- Ət bahalaşdı: Yeni qiymət VİDEO
14 iyul 2025 00:07
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 2025 08:11
- Nazirin oğlu nasizmdə ittiham olunur: İşə təhlükəsizlik xidməti qarışdı
11 iyul 2025 23:06
- Yazıçı Sabir Əhmədlinin oğlu ilə TƏSİRLİ MÜSAHİBƏ
11 iyul 2025 01:31
- Paraşütlə tullanıb... ÖLMƏK neçəyədir?
9 iyul 2025 11:09
Xəbər lenti
- Fərhad Əhmədovdan 6 milyon dollar rüşvət istənilib - Gəmisinin həbsdən azad olunması üçün...
19 iyul 01:49
- Alimlər nəsli kəsilməkdə olan növləri xilas etməyin yolunu tapdı
19 iyul 01:29
- AMAZONİYA - Azərbaycanda qadın dövləti
19 iyul 01:17
- NAXÇIVAN hoteli sökülür
19 iyul 00:56
- Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
19 iyul 00:24
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
18 iyul 23:50
- Azərbaycan MDB-dən çıxır? - Rusiyadan cavab
18 iyul 22:45
- Prezident onlara müraciət ünvanladı
18 iyul 11:51
- Məzuniyyətə gələn hərbçimiz özünü evində ASDI
18 iyul 11:33
- Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə
18 iyul 10:46
- Alen Simonyan boşaldı - Modellə sevgilidir
18 iyul 10:26
- Suriyanın bölünməsinə icazə verməyəcəyik
18 iyul 09:43
- Ersin Tatar: İlham Əliyev hər zaman bizə sahib çıxıb
18 iyul 09:18
- Rusiya Kilsəsi: Seks cənnətə aparan yoldur
18 iyul 01:56
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
18 iyul 00:20
- Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı BİTDİ...
17 iyul 23:43
- Ukraynada yeni baş nazir: Müstəqillik tarixində ikinci dəfə...
17 iyul 23:29
- Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada nahar ediblər (FOTO)
17 iyul 22:45
- Rusiyada general dələduzluğa görə həbs edildi
17 iyul 21:55
- İki bacı çayda boğulub öldü
17 iyul 21:36
- Adəm Məmmədov həbsdə qaldı - ZON-a köçürüləcək
16 iyul 20:42
- 1 qramı 5000 dollardan başlayır: Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur
16 iyul 01:07
- Kətan toxumu, qaynar su... - Minlərlə manatınız cibinizdə qalacaq
15 iyul 23:28
- Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK
15 iyul 23:03
- Rusiya Şahin Şıxlinskinin oğlunu həbs etdi
15 iyul 22:36
- İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 iyul 12:31
- Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
15 iyul 11:42
- Tibbin atası İbn-i Sina-dan şəkər xəstəliyinə çarə
15 iyul 11:01
- Putin: Rusiyada QADIN çatışmır – Statistikanı özü etiraf etdi
15 iyul 01:21
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 00:33
Video & Fotoqalereya
Video
Fotoqalereya