Stalini dəfn edən KQB polkovniki sirləri açdı: “Kiteldən Qızıl ulduzu və qızıl düymələri ...”
SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşı, ehtiyatda olan polkovnik Vladlen Qurkovski sovet rəhbəri İosif Stalinin Mavzoleydən götürülərək dəfn olunması prosesinin azsaylı şahidlərindən olub.
Azpost.info bildirir ki, o, “Komsomolskaya Pravda”ya müsahibəsində Stalinin dəfn olunmasının təfərrüatlarını danışıb. V. Qurkovski həmin vaxt SSRİ-nin ali dövlət orqanlarını mühafizə edən Kreml polkunda xidmət edib.
Onun sözlərinə görə, Stalinin cəsədinin Mavzoleydən götürüb basdırılması barədə qərar 1961-ci ilin oktyabrında verilib: “Stalinin dəfn edilməsi barədə sərəncamı SSRİ DTK-nın 9-cu İdarəsinin rəisi, general-polkovnik Nikolay Zaxarov aldı. Xruşşov göstəriş vermişdi ki, dəfn mərasimi tam məxfi şəkildə həyata keçirilsin. Heç bir jurnalist, foto və s. olmamalı idi. Bu barədə Kremlin komendantı Andrey Vedeninə və Kreml polkunun komandiri Fyodr Konevə tapşırıq verilmişdi”.
Qurkovsi deyib ki, Vedenin polk komandirinə qəbri qazacaq əsgərlərin və tabutu aparacaq zabitlərin ayrılması üçün əmr verdi: “31 oktyabr 1961-ci ildə Stalinin dəfn olunduğu gün mən SSRİ Hökumət Evinin binasını qoruyan karaul xidmətin rəisinin köməkçisi kimi xidmətdə idim. Lenin Mavzoleyi və Kreml divarları bu mühafizənin nəzarətində idi. Mənə dəfn prosesinə hazırlığı, dəfni izləmək və karaul rəisinə məruzə etmək tapşırıldı. Lenin Mavzoleyinə getdim. Həmin vaxt Stalinin nəşi olan sarkofaq artıq oradan götürülmüşdü və laboratoriyaya aparılmışdı. Mən Qırmızı Meydana getdim. Hər şey normal idi. Kremldə dülgər emalatxanasına daxil oldum. Orada tabutu hazırlayırdılar. Adi şam ağacından idi”.

Saat 20.00-da karaul rəisi Qurkovskiyə dəfn mərasimi olacaq məkana getməyi tapşırır. Bir azdan ora DTK-nın 9-cu İdarəsinin rəisi, general Vladimir Çkalov gəlir: “Mənə Stalinin dəfni ilə bağlı beş nüsxədə aktın çap edilməsi üçün çap maşinisti tapmağı əmr etdi. Hökumət evində bir qadın çapçı bunu hazırladı. Dəfn yerinə hökumət komissiyasının üzvləri gəlməyə başladı. Dəfn saat 22.00-yə təyin olunmuşdu. Kreml polkunun 8 zabiti Lenin Mavzoleyinin böyür tərəfindən Stalinin tabutunu gətirdilər. O zabitlərdən biri –Nikolay Pançenko sağdır. O, Stalinin cəsədi qoyulmuş labratoriyada olmuş yeganə zabitdir”.
Dəfn komissiyasının sədri Nikolay Şvernik Stalinin kitelindən Sovet İttifaqı Qəhrəmanı Qızıl ulduzunun çıxarılmasını və qızıl düymələrin qoparılmasını Mavzoleyin komendantına göstəriş verir. Onların hamısı SSRİ Ali Sovetinin orden mühafizə xidmətinə təhvil verildi: “Tabutun üstünü örtüdlər. Bu zaman məlum oldu ki, tabutun qapağını tikmək üçün mıx yoxdur. Tez mıx gətizdridilər. Polkun zabitləri tabutu çiyinlərinə götürdülər. İrəlidə Şvernik gedirdi. İki tərəfdən onu şəxsi mühafizənin iki zabiti müşaiyət edirdi. Mən hamısını görürdüm. Şvernik çox çətinliklə gedirdi, ağlayırdı. Qəbrə yaxınlaşdıq. Qayda üzrə tabutu kəndirlə məzara salladıq. Rus adətincə tabutun üstünə 3 ovuc torpaq tökdük. Sonra torpaqladıq. Üzərinə beton plitə qoyduq.
Bir neçə ildən sonra büst qoydular. Tabut məzara endirilən zaman Qırmızı Meydanda hərbi texnikanın 7 noyabrla bağlı parada hazırlığı gedirdi. Bu sanki generalissimusa simvolik vidalşama oldu”.
Qurkovski bildirib ki, dəfndə cəmi 25 nəfər iştirak edib: “Belə şaiyələr yayılmışdı ki, guya camaatı Qırmızı Meydandan qovublar. Belə şey olmayıb. Saat 18.00-dan Meydan parada görə bağlı idi. Dəfn yerində bir nəfər də artıq adam yox idi. Əhali Stalinin dəfn olunduğunu noyabrın 1-də bildi. Krmeldə qulluq etdiyim və ondan xeyli illər sonra da Stalinin dəfni ilə bağlı heç vaxt danışmamışam”.
Qeyd edək ki, 1953-cü ildə vəfat edən Stalinin nəşi Leninlə birlikdə Mavzoleyə qoyulub.
V.Qurkovski sonralar DTK tərəfindən ABŞ-a göndərilib və orada qeyri-leqal iş üzrə çalışıb. 83 yaşlı Qurkovski Moskvada yaşayır. Tarix elmləri doktorudur.
Azpost.info


- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
