Babəkin xanımı, xürrəmilərin lideri Banu
Mədəniyyət9 mart 2021 23:52
Zaur Əliyev
Dosent
Bu günə qədər alimlərin xürrəmilər hərakatı və onların hökmranı olan Babək barədə ərəb mənbələrinə və İran müəlliflərinə istinad etməsi Azərbaycan ərazisində mövcud olmuş Xürrəmi dövləti barədə yanlış fikirlərin mövcud olmasına şərait yaradıb. Əslində İslamın Qafqaz regionunda yayılması dövründə Azərbaycan adlı dövlətin mövcud olması barədə ərəb mənbələrində kifayət qədər məlumatlar var, sadəcə bizim alimlərin çoxu o mənbələri və istinadları görməzdən gəlirlər.
Əməvi xəlifəsi Müaviyyənin Übeyd ibn Şəriyyə əl Cüruhumi (ərəb alimi idi) ilə söhbəti. Müaviyə ona "Sən Allah Azərbaycanla əlaqəniz, xatirəniz və təlaşınız nədir?" deyir. Übeyd ibn Şəriyyə isə cavab verir: "Ora qədim Türk torpağıdır, onlar oraya cəmləşərək bir-irilə qarışmış, təkmilləşmişlər".
Belə bir cavab VII əsrin 60-70-ci illərində xəlifəyə verilib. Babək üsyanına Müaviyə ibn Əbu Sufyan xilafəti zamanı dini və dövlət hakimiyyətini əlində mərkəzləşdirərək, inzibati-amirlik, zorakılıq və istibdada söykənməsi səbəb olmuşdu. İslam Azərbaycanda onun dövründə zorla yayılan zaman əsas şərtlərdən biri də yeni dini qəbul etməyən yerli sakinlər ərəb əsgərlərini nəinki yemək-içmək və maddiyyatla təminat etməli, eyni zamanda əsgərlərin cinsi istəklərini qarşılamaq üçün hər bir ailə bir qadını da onlara təqdim etməli idi.
O dövrdə toplumda qadınlar ərəb qaydalarından fərqli həyat tərzi sürüblər. Onlar cəmiyyətin bərabər hüquqlu üzvləri olublar. Buna görə də ərəblərə etiraz edən qadınlar Xürrəmilərə qoşulur, ərəb istilasına və yeni qaydalarına qarşı çıxırdılar. Və bu cür sosial münasibətlərə yabancı olan ərəb tarixçiləri də onları öz adət-ənənələrindən kənar davranış içərisində gördüklərindən heyrətlənmiş və məlum qənaətə gəlmişlər. Həqiqətən də heç bir hüququ olmayan ərəb qadınıyla müqayisədə Xürrəmi qadınları xeyli sərbəst idilər və hətta cəmiyyətin idarə edilməsində aktiv rol oynayırdılar. Xürrəmi, məzdək və qədim türk inancına sadiq olan qadınların azadlığını ərəb müəllifləri "əxlaqsızlıq" adlandırdılar. İnanmaq mümkündürmü bu cür iftira və böhtan dolu mənbələrə? Babəkin atdığı addımlar Abbasilər sarayının yürütdüyü siyasətə qarşı idisə, təbii ki, həmin sarayın buyruq qulu olan bir ərəb tarixçisi onu öz cızma-qarasında bu sayaq aşağılamağa cəhd edəcəkdi.
Mənbələrdən sızan məlumatlara görə, Babək çoxarvadlı bir insan olub. Və bu faktı incələyən tədqiqatçılar da bu haqda yazılan məlumatlar əsasında eyni nəticəyə gəlirlər. Babəkin 19 yaşında olanda ailə qurduğu ilk qadın Xürrəmilər hərəkatının ilk liderlərindən olan Cavidanın xanımı, 23 yaşlı Banu idi. Banu Xürrəmilərin dini inancları və rituallarını icrasına nəzarət edən şəxs idi. Onun müasir dillə desək, baş kahin olması və ona inanan şəxslərin Cavidandan çox olmasına şərait yaratmışdı. Cavidan bu hərakata başçılıq edən zaman mütləq şəkildə baş kahin Banu ilə izdivacda olmağa məcbur idi. Dini mərasimləri qadının idarə etməsi, hətta mərasim qaydalarını onun Xürrəmilərə göstərməsi Cavidanın arvadının adi bir qadın olmadığını göstərir. Banu Xürrəmilərin başında duran əsas adamlardan biri idi. Onun qoruduğu və təbliğ etdiyi inanc sistemində 3 özül meyar var:
I. Tanrının insanda təcəssüm etməsi - Hülul.
II.Tənasüh, tinin bir bədəndən digərinə keçməsi.
III.Ricət.

Məhz buna görə də Cavidan Əbu İmranla savaşda ağır yaralanıb ölüm ayağında olan zaman öz varisi kimi Babəki seçməsini məhz xanımı və baş kahin Banuya deyə bilərdi. Ərəb mənbələri guya "Cavidanın arvadı Babəkə vurulduğu” üçün onu seçdiyini iddia edirlər. Amma bu iddianı isbat edəcək dəllilər ortaya çıxmır. O zamankı inanc sisteminə görə Cavidanın yerinə kimin seçiləcəyindən aslı olmayaraq, həmin şəxs Cavidanın arvadı ilə evlənmək məcburiyyətində idi. Varis Babək olduğu üçün də Banu mütləq şəkildə onunla ailə qurmalı idi.
Babəkin 20 il apardığı savaşda Banu onunla bərabər Xürrəmilərə başçılıq edirdi. İran müəllifləri yazır ki, onun sözü Babək qədər keçərli idi. Xürrəmi dövlətinin xarici və daxili siyasətinə, dini inancların icrasına məhz Banu Xürrəmi nəzarət edirdi.
Babək ərəblərə məğlub olandan sonra sərkərdə Afşinin ələ keçirdiyi onun ailə üzvləri arasında xanımı və baş kahin Banu da var idi. Xəlifə Möhtəsimin əfvinə düşən Banu bir müddət Afşinin hərəmxanasında qalmalı olur. Banunun 838-ci ildə ölməsi barədə məlumatlar da var.
Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Kim Çen In yenidən seçildi
23 fevral 2026 10:09
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 2026 19:39
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
