Tələt Paşanın erməni terrorunun qurbanı olmasından 100 il ötür
Müasir Türkiyənin təməlini qoyan və böyük xilaskarlarından olan, Anadoluda türk millətinin əbədi əmin-amanlığını təmin edən Tələt Paşa 100 il öncə erməni terrorunun qurbanı olub. “Report” xatırladır ki, Tələt Paşa 1921-ci il martın 15-də Almaniyanın paytaxtı Berlində Daşnaksütyun Partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçu tərəfindən qətlə yetirilib.
Tələt Paşa kimdir?
1874-cü ildə Osmanlı imperiyasının Ədirnə vilayətində doğulan Məhmət Tələt eyni yerdə Hərbi Məktəbin məzunu olub. Həmin dövrdə Osmanlı imperiyasında populyarlıq qazanan qərbyönümlü islahatların tərəfdarı olan Gənc Türklər hərəkatına qoşulur və fəalına çevrilir. 1896-cı ildə müxalif fikirlərinə görə yoldaşları ilə birgə həbs edilir, lakin 1898-ci ildə əfv edilərək Ədirnədən Selanikə sürgün edilir. Selanikin poçt şöbəsində müxtəlif vəzifələrdə çalışan Məhmət Tələt 1907-ci ilə, yəni işinə xitam verilənədək orada işləyib. Bununla belə, siyasi fəalın poçtda işləməsi ona müxalif nəşrləri gizli şəkildə Selanikə gətirmək imkanı yaradıb. Selanikdə rəsmi işində çalışması ilə yanaşı, Selanik Hüquq Məktəbində də oxuyub, ancaq oradan məzun olmayıb. O, Hüquq Məktəbində liberal, hürriyyət düşüncələrini yaymaqla məşğul olur. Bəzi mənbələrdə onun ora qəbul olmasının məqsədinin məhz bu olduğu qeyd olunur.
1906-cı ilin iyul ayında əqidədaşları ilə birgə Osmanlı Hürriyyət Cəmiyyəti adlı təşkilat qurmaq qərarını verir. Əsasən aşağı rütbəli zabitlərin qeydiyyata düşdüyü cəmiyyət mərkəzi Fransanın paytaxtı Parisdə yerləşən Osmanlı Tərəqqi və İttihad Cəmiyyətinə birləşir. Dövlət qulluğundan xaric edildikdən sonra bütün fəaliyyətini cəmiyyətə sərf edən Məhmət Tələt daha sonra İstanbula gedərək orada təşkilatın şöbəsini yaratmağa çalışıb. O, 1908-ci ildə parlament seçkilərində iştirak edib və doğma vilayəti olan Ədirnədə 90 səs toplayaraq Məclisi Məbusana daxil olub.

O, 1909-1911-ci illərdə ölkənin daxili işlər, 1912-ci ildə isə poçt və teleqraf naziri olub. 1913-cü il yanvarın 13-də Tələt bəy Ənvər bəy ilə birlikdə Osmanlıda real hakimiyyətin İttihad və Tərəqqi Cəmiyyətinə keçməsinə yol açan Bab-ı Ali basqınında iştirak edib. Eyni ilin iyun ayında Mahmud Şövkət Paşanın sui-qəsdindən sonra qurulan Səid Həlim Paşa hökumətində yenidən daxili işlər naziri vəzifəsinə gətirilən Tələt Paşa bu tarixdən etibarən dövlət siyasətini müəyyənləşdirən əsas şəxslərdən birinə çevrilir. O, Ənvər Paşa və Camal Paşa ilə birgə məşhur Üç Paşa iqtidarını quraraq dövlətin modernləşməsində vacib rol oynayıb.
Həmçinin qeyd etmək lazımdır ki, Tələt Paşa İttihad və Tərəqqi Cəmiyyətinin liderlərindən biri olaraq Osmanlı dövlətinin Birinci Dünya müharibəsində iştirakından yana olan ən fəallarından olub. O həm də müharibə dövründə dövləti içdən sarsıtdığı güman edilən ermənilər daxil olmaqla bəzi ünsürlərin Anadoludan çıxarılmasına dair köç qanunun hazırlanması və tətbiqində yaxından iştirak edib. Bu qərar gələcəkdəki Türkiyə Cümhuriyyətinin müəyyən separatizm cərəyanlarından yan keçməsinə səbəb olub.
Tələt bəyin həm Cəmiyyətin daxilində, həm də dövlət idarəsində nüfuzunun artması müharibə əleyhdarı olan sədrəzəm Səid Həlim Paşanın vəziyyətini çətinləşdirirdi. Sədrəzəmin ittihadçılarla münasibətlərinin pisləşməsinin ardından 1917-ci ilin yanvar ayında Tələt bəyin sədarətə gətirilməsi fikri irəli sürülür. Nəhayət, 3 fevral 1917-ci ildə Səid Həlim Paşanın səhhətini səbəb göstərərək istefa etməsinin ardından Tələt bəy vəzirlik rütbəsi ilə sədarətə gətirilir. Beləliklə, Tələt Paşa Osmanlı tarixində sədarətə gətirilən ilk millət vəkili olur.

Ancaq ABŞ prezidenti Vudro Vilsonun vasitəçiliyi ilə Osmanlı dövlətinin yeni sülh müzakirələrinə başlaması Tələt Paşa hökumətinin fəaliyyətinə əngəllər yaradır. Nəticədə 1918-ci ilin oktyabrında Tələt Paşa sədrəzəmlikdən istefa verir və eyni ayda Əhməd İzzət Paşanın yeni hökumət kabinetini qurmasıyla vəzifəsi tamamilə sona çatır. İttihad və Tərəqqi Cəmiyyətinin təşkilatın ləğvinə qərar verdiyi 1 noyabr 1918 tarixli son iclasına rəhbərlik edən Tələt Paşa o gecə Ənvər və Camal Paşa kimi Cəmiyyətin digər önəmli üzvləri ilə birlikdə alman gəmisinə minərək Sevastopola, oradan isə Berlinə mühacirət ediblər.
Tələt Paşa 1921-ci il martın 15-də Berlində Daşnaksütyun Partiyasının təşkil etdiyi “Nemezis” əməliyyatı çərçivəsində Soğomon Teyliryan adlı erməni terrorçusu tərəfindən qətlə yetirildi. Ələ keçirilən cinayətkar əqli xəstə olması bəhanə göstərilərək eyni il iyunun 3-də məhkəmə tərəfindən sərbəst buraxılır. Tələt Paşanın uzun müddət Berlin müsəlman məzarlığında qalan cənazəsi isə 22 il sonra İstanbula gətirilərək Hürriyət abidəsi yaxınlığında dəfn edilir.
Tələt Paşa ölümünə az qalmış qələmə aldığı xatirələrində belə qeyd edib: “Məni bir gün küçədə güllələyəcəklər. Alnımdan qan axaraq yerə səriləcəyəm. Yataqda ölmək nəsib olmayacaq. Ziyanı yoxdur, gəlib vursunlar. Vətən mənim ölümümlə bir şey itirməyəcək. Bir Tələt gedər, min Tələt yetişər!”.
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
4 fevral 2026 19:24
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- 12-ci erməni Qarabağdan niyə getmək istəmədi - Həkəri körpüsünə çatanda dedi ki...
28 yanvar 2026 00:28
- Tallində Ermənistanın baş naziri -Noldu Paşinyan- mahnısı ilə QARŞILANDI - VİDEO
25 yanvar 2026 12:11
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- Azərbaycan Qarabağda yaşayan 10 ermənini Ermənistana təhvil verdi
23 yanvar 2026 14:17
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
