Rövşən Əkbərov döyüşə qatılmaqdan imtina edib..
Hadisə22 mart 2021 11:31
İstefada olan ordu general-leytenantı, Milli Qəhrəman Rövşən Əkbərovun həbs edilməsi ətrafında bəzi sual doğuran məqamlar qalmaqdadır.
Qeyd edək ki, barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilən general, Baş Prokurorluğun yaydığı məlumata görə, 20 il əvvəl Kiyevdə törətdiyi cinayətdə suçlanır.
Söhbət 2001-ci ildə baş vermiş qətldən gedir. 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyevdə baş vermiş və səs-küy doğurmuş olay, biznesmen Elçin Əliyevin qətlilə bağlı dövri mətbuatda xeyli məlumatlar getmişdi. Maraqlıdır ki, tanınmış vəkil Cavad Cavadov deyib ki, R.Əkbərovun cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib.
"Təəssüf ki, bu gün Azərbaycanda istintaq orqanları tərəfindən cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi üçün süni şəkildə meydana atılan hərəkətlər var ”,- deyə o bildirib.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl da generalın həbsi ilə bağlı ilginc açıqlamalar verib.
Ekspert deyib ki, Rövşən Əkbərovun həbsində "siyasi səbəb” yoxdur. "Yəni Rövşən Əkbərovun ya özünün, ya da yaxın ətrafının siyasi ambisiyası haqqında heç vaxt azacıq olsa da məlumatlar, söhbətlər dolaşmayıb. Siyasətlə məşğul olanlarla da hər hansı bağlılığı barədə cəmiyyətdə söz-söhbət belə yaranmayıb. 44 günlük müharibə zamanı və müharibədən sonra Rövşən Əkbərovun haqqında yalnız mənfi fikir formalaşırdı. Tutduğu vəzifəsi, rütbəsi, üstəlik Milli Qəhrəman statusu ilə müharibədə heç cür özünü göstərə bilməməsi bir təzad yaratdı və istər-istəməz hamıda sual yarandı ki, Rövşən Əkbərov niyə bu qədər passivlik nümayiş etdirib? Və görünür, bizə məlum olmayan digər konkret səbəblər də mövcuddur. Hər halda 2003-cü ildən Azərbaycana verilmiş cinayət işinin məhz müharibədən sonra yenidən aktiv istintaqa çevrilməsinin səbəbini müharibədə axtarmaq lazımdır”,-deyə, o bildirib.
İ.İsmayılın dediyinə görə, R. Əkbərov 44 günlük müharibənin əvvəlində iştirakdan kənarlaşdırılıb: "Bu müharibədə Rövşən Əkbərov özünü göstərə bilməyib, hətta deyilənə görə, döyüş tapşırıqlarını yerinə yetirməyib. Biri var bacarmayasan, bir də var ki, ümumiyyətlə, gərgin, ağır döyüşlərdən imtina edəsən. Rövşən Əkbərovun haqqında məhz ikinci variant danışılır. Müharibənin ilk ongünlüyündə Müdafiə Nazirliyində əməliyyat müşavirəsi keçirən Ali Baş Komandan bildirdi ki, bəzi əməliyyatlar ləngiyir və səbəbi də məlum deyil. Bu, Murov istiqamətində və cənub cəbhəsinin bir hissəsində əməliyyat tapşırığını yerinə yetirməyənlərə ünvanlanmışdı. Bu, məhz Rövşən Əkbərov və başqa bir generala ünvanlanmışdı, ona görə də müharibənin gedişində komandir kimi bəzi şəxslər döyüşlərdə iştirakdan təcrid edildilər. Müharibə bitəndən sonra da ordudan tərxis edildilər”.
Ekspert müharibənin ən gərgin dövründə ordu üçün ən vacib fiqur - Baş Qərargah rəisinin vəzifəsindən kənarlaşdırılmasını da xatırlayıb: "Deməli, o qədər ciddi əsaslar olub ki, Nəcməddin Sadıkov vəzifəsindən kənarlaşdırılıb və həmin dövrdə bu, rəsmən elan olunmasa da, artıq onun müharibənin gedişinə müdaxilə etmədiyi və edə bilmədiyi bütün ictimaiyyətə məlum oldu. Rövşən Əkbərovun da Nəcməddin Sadıkovla yaxınlığı göstərir ki, bu zabitlər ciddi tapşırıqların yerinə yetirilməsində əngəl olublar, hətta mane olduqları barədə də o dövrdə müharibə iştirakçıları arasında söhbətlər gəzirdi. Nəcməddin Sadıkov və onun ətrafı haqqında, bacısı oğlu Ramil Əsgərov barədə müharibədən əvvəl də çox mənfi imic formalaşmışdı. Rövşən Əkbərovun Kiyevdə biznesinin olması barədə məlumatlar hələ müharibədən xeyli əvvəl də mətbuatda yer almışdı”.
Ekspertə görə, Rövşən Əkbərovun həbsində bir qədər fərqlilik var: "20 il əvvəl törətdiyi və indiyədək formal istintaqda saxlanılan konkret cinayətə start verilməsinin səbəbini müharibədə axtarmaq daha düzgün olardı. Cəzalandırılmalıdır! Bu qərar veriləndən sonra 20 il əvvəl törədilən cinayətin səbəb olması çox təbiidir. Perspektiv həbslər mümkündür, gözlənilir, amma kimlərin olması barədə heç nə deyə bilmərəm”.
"Əgər Rövşən Əkbərov vətənə xəyanət edibsə, onu niyə başqa adla həbs etsinlər, bunu gizlətmək mümkündürmü” sualına İ.İsmayıl belə cavablandırıb: "Vətənə xəyanət ağır dövləti cinayətdir. Rövşən Əkbərov döyüş tapşırığını yerinə yetirməyibsə və ya səhlənkarlıq edibsə, bu, vətənə xəyanət kimi qiymətləndirilə bilməz. Rövşən Əkbərovun başqa bir dövlətin maraqları naminə döyüş tapşırığına əməl etməməsi inandırıcı deyil. İstənilən vaxt bu həbsin arxa planı deyil, hüquqi tərəfi artıq elan edilib- 2001-ci ildə törədilmiş cinayət. Onu da qeyd edək ki, Rövşən Əkbərovun həbsi ilə bağlı dediklərimiz müəyyən ehtimallardır və bu barədə bilmədiklərimiz də var”.
Qeyd edək ki, irəli sürülən ittiham üzrə təqsirli bilinərsə, onu 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Cinayət Məcəlləsinin 12.1-ci maddəsi ölkə hüdudlarından kənarda cinayət törətməkdə təqsirləndirilən şəxslərin Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsinin əsaslarını nəzərdə tutur.120.2-ci maddəyə görə 14 ildən 20 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Oxşar xəbərlər
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- KİV: Mahmud Əhmədinejad öldürülüb
1 mart 2026 18:49
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
