“Müharibədə heç-heçə olmur, kimsə qələbə çalmalıdır...”
Maraqlı25 mart 2021 09:26
“Mən dustaqların, cərimə rotasının komandiriydim. Onlarla birgə döyüşə gedirdim...”
“Tariximizi saxtalaşdırmağa çalışan erməni alimləri ilə 1965-ci ildən mübarizə aparmaqdayam...”
Bu günlərdə daha bir həmkarımız şair, jurnalist, yazıçı və publisist Azər Abdulla koronavirus bəlasından dünyasını dəyişdi.

Qısa tanıtım:
Azər Abdulla 1940-cı il aprelin 1-də Qərbi Azərbaycanın Zəngəzur mahalının Meğri mahalının Lök kəndində kolxozçu ailəsində dünyaya göz açıb. Lök kəndi yediillik məktəbində, sonra qonşu kəndin orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirib (1962-1967).
Jurnalistik fəaliyyətinə "Azərbaycan məktəbi" jurnalında korrektor, "Mədəni ticarət" qəzetində ədəbi işçi işlərkən başlamış (1967-1969), ilk qələm təcrübələrini və şerlərini dövri mətbuatda çap etdirmişdir. "Qobustan" toplusunda texniki redaktor vəzifəsində çalışıb. "Oğuz Eli" qəzetinin əlavəsi olan "Yazıçı" qəzetinin baş redaktoru idi.
"Nazim Hikmət və Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1986-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1977), filologiya elmləri namizədi(1987) olub. Dövri mətbuatda şeir, hekayə, publisistik yazı və müsahibələrlə müntəzəm çıxış edib.
Azər Abdulla 2021-ci il martın 20-də koronavirusdan dünyasını dəyişib. Xırdalan qəbiristanlığında dəfn olunub.
Son illər Moderator.az-da rəhmətlik tanınmış qələm adamının 1990-cı illərin əvvəllərində Heydər Əliyev, Əbülfəz Elçibəy, Ziya Bünyadov kimi məşhur şəxsiyyətlərimizlə obyektivlik, tərəfsizlik ruhlu müsahibələrindən aktuallığını bu gün də itirməyən maraqlı parçaları təqdim etmişik. Bu dəfə də mərhumun xatirəsini anmaq üçün 24 il öncə terrorun qurbanı olmuş rəhmətlik milli qeyrətli akademik, Ziya Bünyadovdan 1990-cı ildə götürdüyü müsahibəsindən daha bir parçanı nəzərinizə çatdırırıq:
- Ziya müəllim, siz Böyük Vətən Müharibəsində igidcəsinə vuruşub Sovet İttifaqı Qəhrəmanı kimi qayıtmısınız, sonrakı bütün ömrünüzü isə elmə sərf etmisiniz, akademik adına layiq görülmüsünüz. Yalnız Azərbaycanda, İttifaqda deyil, dünyada tanınmış adlı-sanlı alimlərdənsiniz. Siz igid, qəhrəman kimi daha çox fəxr edirsiniz, yoxsa görkəmli tarixçi, akademik Ziya Bünyadov kimi? Sizcə, qəhrəman olmaq çətindir, yoxsa akademik?
- Heç kəs deyə bilməz ki, mən şüurlu qəhrəman olmuşam. Müharibə zamanı yollarda plakatlar vardı. Uşaq şəkli təsvir edilmişdi, barmağını tamaşaçıya tuşlamışdı: “Mənim atam qəhrəmandır, bəs sən?”, yaxud “Ey əsgər, Vətənin müdafiəsində sən nə etmisən?”. Orden, medal barəsində heç kəs düşünmürdü. Əsas məqsəd düşməni endirmək, qələbə çalmaq idi. Axı, müharibədə heç-heçə olmur, kimsə qələbə çalmalıdır. Kim də desə “qorxmuram” –yalandır. Qorxu var, bir də qorxunun üstündən keçmək. Əgər mən komandirəmsə, gərək əsgərlərimə nümunə olam. Əgər mən qorxsaydım, onda necə olardı? Mənim borcum olmasa da, həmişə öndə gedirdim. Mən dustaqların, cərimə rotasının komandiriydim. Mən onlarla birgə döyüşə gedirdim. Ona görə də xətrimi çox istəyirdilər...
Ancaq biz hamımız şahmat oynasaq da, qrosmeyster deyilik. 3-5 dərəcəli səviyyəsində oynaya bilərik. Bu, Allah vergisidir. Elm də elədir. Əgər təbiətdən verilibsə, sən alim olacaqsan. Yoxsa zorla olan iş deyil. Gündə 3-4 kitaba baxmasam, özüm üçün nəsə qeyd eləməsəm, dayana bilmərəm. İş yerimdə bir işlə, evdə başqa bir işlə məşğul oluram, onlardan başqa ehtiyatda da başqa işlərim olur. Hələ gözlənilməz işlər də ortaya çıxır. Məsələn, bilirəm ki, hardasa mənim də əleyhimə bir təhqiramiz yazı çap olunur. Mən də ona cavab yazmalı oluram. Bəzi şeylər mənim ixtisasımla bağlı olmasa da, yazıb həqiqəti sübut eləməyi özümü borc bilirəm. Bizim tariximizi saxtalaşdırmağa çalışan erməni alimləri ilə 1965-ci ildən mübarizə aparmaqdayam...”
Azər Abdulla, "Onlar qəmli idi...", 2007., səh.71-72
Allah həm müsahibə, həm də jurnalistə rəhmət eləsin!..
Oxşar xəbərlər
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 2026 11:11
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- İlham Əliyev: Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik! (YENİLƏNİB)
2 fevral 2026 11:11
Xəbər lenti
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
Video & Fotoqalereya
Video
Fotoqalereya
