Səməndər Rzayevin anım günüdür - Sənətkarın qızı ilə müsahibə
Müsahibə28 mart 2021 14:45
Bu gün böyük aktyor, əməkdar artist Səməndər Rzayevin anım günüdür. Sənətkarın qızı Rübabə Səməndər Moderator.az-ın suallarını cavablandırıb.
- Rübabə xanım, bu gün atanız Səməndər Rzayevin anım günüdür. Atanızın bu gün həyatda olmaması sizin həyatınızdan nəyi aldı?

- Atamın itkisi təkcə mənim yox, bütün ailəmizin çarxını döndərdi, həyatımızı mənfiyə doğru dəyişdirdi. Hətta deyərdim ki, qardaşımın həyatını əlindən aldı. Qardaşım atama o qədər bağlı idi ki, ondan sonra yaşaya bilmədi. Atamdan sonra onun həyatı çox ağır oldu, yadıma düşəndə dəhşətə gəlirəm. Bir uşağın atasına o qədər bağlı olmasını mən ilk dəfə qardaşımda görüb müşahidə etdim. Heç istəməzdim ki, hansısa bir övlad, uşaq bundan sonra qardaşımın yaşadığı taleyi yaşasın. Təbii ki, onun ölümü mənə də pis təsir etdi, sanki uşağlığımı əlimdən aldılar. Mən indi bunu anlayıram ki, onun yoxluğu arzularımı, ümidlərimi, qayğısız uşağlığımı əlimdən aldı. Mənə bəzən elə gəlir ki, atamın dünyasını dəyişdiyi həmin o ildə qalmışam. O zaman mənim heç 12 yaşım yox idi. Mənə elə gəlir ki, heç böyümədim, 12 yaşında da qaldım.
- Səməndər müəllim doğum günlərini adətən necə qeyd edərdi?

- Atamın ad günləri bizim üçün xüsusi gün idi, hər il biz onun ad gününü çox özəl gün kimi qeyd edirdik. Bir də qardaşımın doğum gününü. Şənlik olurdu, böyük coşqu ilə keçirilirdi. Anam özünə heç vaxt ad günü keçirməyib, o çox fədakar bir insan idi, bizim üçün yaşayırdı, özü üçün ümumiyyətlə heçnə düşünmürdü. Özü üçün demək olar ki, bir gün də yaşamadı. Mənim də ad günüm yay ayına təsadüf edirdi, yayda da Bakıda kim olurdu ki? Çox az adam olurdu. Atamın doğum günü yanvar ayının 2-nə təsadüf edirdi. Biz yeni il ilə atamın doğum gününü birləşdirib eyni gündə qeyd edirdik. Çox adam gəlirdi doğum gününə,özü də şənlik, bayram xoşlayırdı, insanları ətrafına toplamağı xoşlayırdı. Anam da bütün bunları bilirdi, o sanki böyük uşaq idi. Kənardan zəhmli görünə bilərdi, iri gövdəli idi, amma daxilində bir zəriflik var idi, qəlbi yuxa idi, kövrək idi. Tamam başqa bir adam idi. Mən bu yaşa çatmışam, həyatımda hələ ki, onun kimi bir insan görməmişəm.
- Atanızın sağlığında süfrənizin başında olan insanlar sonradan onun ailəsi ilə maraqlandılar?
- Atam dünyasını dəyişəndən sonra həyat bizim üçün çox ağır oldu. Ümumiyyətlə insan həyatdan köçəndə həmin anın şokunu yaşayırsan, amma həmin dəqiqə başa düşmürsən ki, həyatından kim getdi, hansı itkini yaşadın? Bu itkinin böyüklüyünü və ağırlığını sonradan anlamağa başlayırsan. Biz də illər keçdikcə bunu anladıq. Əvvəllər təbii ki, daha çox gəlirdilər, yad edirdilər dostları, qohum-əqrabadan da gələn olurdu, yavaş-yavaş dostlar da dünyasını dəyişməyə başladı. Çox təəssüf ki, bir-birinin ardınca getdilər. Qohum-əqrabanın da hərəsinin öz işi-gücü var idi. İstər-istəməz “bağda ərik var idi, salam-məleyk var idi” oldu birdən-birə. Evimiz həmişə qonaqlı-qaralı, səs-küylü olmuşdu, birdən-birə evdə bir ölü sükut hökm sürməyə başladı. Bu da psixoloji bir gərginlik yaradırdı istər-istəməz. Burada müəyyən mənada qohumlar tərəfindən biganəlik də var idi. Ailənin başçısı gedəndə ailə üçün çox ağır olur. Bizim ailəmiz sırf atamın ətrafında toplaşmış bir ailə idi. Anam üçün təbii ki, ayaqüstə dayanmaq çox çətin oldu. Çox ağır günlər yaşadıq.

- Bir müddət əvvəl atanızın yadigarı, oğlu Rəşid Səməndəri də itirdiniz. Bu gün siz həqiqətən də tək qalmısız. Yəqin ki, tək qalmaq qadın üçün faciədən betərdir.
- Bəli, bu gün ümumiyyətlə mən tək qalmışam. Vaxtilə Hüseyn Cavidin həyatını oxuyanda təəccüblənirdim. Daha sonra onun qızı Turan Cavidlə tanış olduq, radioda işlədiyim müddətdə dəfələrlə onunla görüşüb, müsahibələr etdim. Həmişə fikirləşirdim ki, həqiqətən də faciədir ailənin yeganə üzvi olaraq qalmaq. Mən bilməzdim ki, vaxt gələcək mən də o taleyi yaşayacam. Təkbaşına öz ailə üzvlərinin doğum və anım günlərini qeyd etmək mənim üçün çox ağırdır. 4 ilə yaxındır anam dünyasını dəyişib, bir müddətdir ki, qardaşım Rəşid. Mənə elə gəlir ki, onlar üçün orada daha rahatdır. Çünki onlar bir yerdədir, mən təkəm. Bu həm də mənim üçün təsəllidir. Düşünürəm ki, onlar orada bir-birlərini tapıblar, ruhları rahatdır, mən də çalışıram ki, burada əhval-ruhiyyəmi yüksək tutum, özümü sınmağa, qırılmağa qoymayım ki, onların da ruhu orada rahat olsun, narahat olmasınlar, acı çəkməsinlər.
- Sənət yoldaşları ilə münasibəti necə idi? Küsülü olduğu yoldaşları var idi?
- Atamın sənət yoldaşları çox idi, hamısına da böyük hörməti var idi, amma aralarında özünə daha yaxın bildikləri, qardaş olduğu insanlar var idi ki, bizdə onlarla ailəvi yaxın idik, gediş-gəlişimiz var idi. O insanlar bizə əmi qədər əziz idi. O insanlar atamın yoxluğundan sonra da uzun müddət bizi unutmadılar. Əksəriyyəti dünyasını dəyişib, Allah onlara rəhmət etsin, qalanlara uzun ömür arzu edirəm. Sənət aləmində mümkün deyil ki, kiminsə kimləsə münasibəti korlanmasın, ola bilsin ki, elə inanlar var idi ki, atamı sevmirdilər, atam onları sevmirdi, küsülülük olmuşdu aralarında, belə hallar yəqin ki, olmuşdu. Amma o bu söhbətləri evə gətirmirdi. Ümumiyyətlə kənarda olan söhbətlər kənarda qalırdı. O evə gələndə bizlə məşğul olurdu, deyib-gülürdü, söhbət edirdi, çox pozitiv insan idi. Ağrısını içində çəkirdi, ətrafına yansıtmırdı. Ona görə də bunlardan xəbərdar deyiləm. Həm də mən uşaq idim, 12 yaşım heç yox idi. Heç anamla da belə şeyləri müzakirə etmirdi, o ki, qalsınkı mənlə. Mən yalnız onun insanların sevincinə sevinməyini, ağrısına ağladığını görmüşəm.
- Ölüm gününü xatırlayırsınızmı?

- Atam 3 ay xəstə yatağında yatdı. Yanvar ayının 2-də 41 yaşı tamam oldu. Bir neçə gün sonra “Həyatın dibində” tamaşasını oynayıb gecə evə gəldi. Anam qapını açanda mən yuxudan ayıldım, o danışırdı ki, tamaşada “çepe” baş verdi. Ayaqları şişmişdi, tamaşada özünü pis hiss etmişdi. Mərhum sənətkarımız Həsən Əbluc evə həkim gətirdi, həkim onu müayinə edəndə səhhətinin nə yerdə olduğunu bildi, amma özünə demədi. Bizə də üstüörtülü dedi ki, vəziyyəti ciddidir, müayinə olunub, xəstəxanada yatmalıdır. Bir müddət xəstəxanada müalicə olundu, hətta onu birinci dəfə komadan da çıxarmışdılar. Sonra səhhəti ağırlaşdığı üçün onu başqa bir xəstəxanaya yerləşdirdilər. Bu dəfə artıq atamı xilas edə bilmədilər və martda dünyasını dəyişdi. Baxmayaraq ki, ağır bir xəstəlik dönəmi yaşadı, amma o ümidli idi ki, sağalacaq. İnanırdı həyata, səhnəyə qayıdacaq. Planlar qururdu, çox nikbin idi. Ona görə də heç vəsiyyət də etmədi.
- İstərdinizmi yeganə övladınız atanızın sənətini davam etdirsin?

- Oğlumun 13 yaşı hələ tamam olmayıb. Onun sabah hansı yolu seçəcəyi, hansı peşənin sahibi olacağı tam bəlli deyil. Bu seçim ona bağlıdır. Amma aktyorluğa, ümumiyyətlə incəsənətə çox böyük meyli var. Bu özünü lap kiçik yaşlarından biruzə verir, istedadı da var, hiss edirəm bunu. Amma bir az tərəddüd edirəm. Onu həm aktyor kimi görmək istəyirəm, həm də istəmirəm. Özünüz də bilirsiz ki, əvvəlki vəziyyət deyil, ümumiyyətlə aktyor sənətinə, aktyorluğa olan münasibət bir az fərqlidir. Əgər incəsənətimiz yaxşılığa doğru dəyişəcəksə, teatr və kino sənəti inkişafa qədəm qoyacaqsa təbii ki, istərdim oğlum atamın sənətini davam etdirsin. Amma mənim istəyim heç nəyi həll etmir, son qərarı o verəcək. Həyat onundur, seçim onundur. Qərar versə ki, aktyor olmaq istəyirəm, mən onun qarşısını almayacam.
Oxşar xəbərlər
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- 6 ayda 5 yaxın qohumunu itirən Şəmşad Ağa üçün məhkəməyə müraciət edildi
24 fevral 2026 17:23
- Şəmşad Ağanın ailəsində daha bir itki
24 fevral 2026 10:31
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
