Bakı gömrüyünün rəisi "Qablarımı oğurlayıb..."
Çindən satış üçün Azərbaycana şüşə qablar gətirən sahibkar - “Lion Centre” MMC-nin direktoru Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov tərəfindən mallarının bir qisminin oğurlandığını iddia edir.
Bununla bağlı sahibkar Ramil Aslanov ölkə rəhbərliyinə və müvafiq qurumların rəhbərlərinə açıq məktubla müraciət edib.
Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovdan şikayətçi olan Ramil Aslanov gömrükdə üzləşdiyi qanunsuz fəaliyyət və süründürməçilik hallarına son qoyulması üçün Prezident İlham Əliyevdən kömək istəyir.
Sahibkar iddia edir ki, Bakı Baş Gömrük İdarəsinin rəisi, general-mayor Kənan Məmmədov 01211000081340 saylı gömrük bəyannaməsi üzrə “Lion Centre” MMC-nin adına Çin Xalq Respublikasından idxal edilən şüşə qablardan bir neçəsini icazəsiz şəkildə özü ilə aparıb.
Ramil Aslanov Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun ona qarşı bu hərəkətini "oğurluq" adlandırıb.
Sahibkar ona məxsus malların Kənan Məmmədov tərəfindən qanunsuz şəkildə aparılmasını əks etdirən kamera görüntüləri olduğunu da söyləyib:
"Bu il martın 18-də gömrük rəsmiləşdirməsini keçdikdən bir gün sonra Bakıdakı İpək Yolu terminalından “Lion Centre” MMC-nin sistem üzrə qeydiyyatda olduğu anbara boşaldılan mallarıma bir gün sonra Kənan Məmmədov anbara gələrək şəxsən baxış keçirib. Həmin günün səhəri təxminən saat 09:15-də ölkəmizdə elan edilmiş pandemiya qaydalarını kobud şəkildə pozaraq tibbi maskasız anbara gələn Kənan Məmmədov prosessual normalara belə əməl etməyərək mallardan bir neçəsini heç bir qeydiyyat və sənədləşdirmə olmadan özü ilə aparıb.
Kənan Məmmədov səbəb kimi də işçilərimə bildirib ki, guya malların xrustal olmasından şübhələnir, elə o səbəbdən də onları labaratoriyaya ekspertizaya aparır və sairə. Bütün bunların kamera görüntüləri bizdə var və yayacağıq.
Kənan Məmmədov yaxşı bilməlidir ki, anbarıma doldurulmuş malın çəkisi Azərbaycan sərhədinə daxil olduqda 1-ci dəfə, daxil olandan sonra Biləsuvar gömrüyündə 2-ci dəfə və İpək Yolu terminalına daxil olanda da 3-cü dəfə xüsusi tərəzilər vasitəsi ilə çəkilir. İlk öncə onu qeyd etməliyəm ki, malları idxal etdiyim Çin Xalq Respublikasında xrustal mallar istehsal olunmur. Həmin mallar sadə şüşədir. Bu mala aid sənədlərdə də qeyd edilib. Bunu gətirdiyim maşının brutto çəkisi (22600 kq) və netto çəkisi (21760 kq)-də sübut edir.
Kənan Məmmədov ölkəmizdə mebel işini özəlləşdirdiyi kimi indi də şüşə malları, mətbəx qabları biznesini də özəlləşdirmək niyyətindədir. O, bütün sahibkarları yaratdığı broker xidmətinə yönəldir, qab-qacaq gətirilməsini monopoliyada saxlamağa çalışır".
Ramil Aslanov iddia edir ki, Kənan Məmmədov qanunu pozaraq, pandemiya qaydalarına əməl etmir və iş prosesində tibbi maska taxmır.
"Yəqin ki, Kənan Məmmədov öz general rütbəsindən istifadə edərək düşünür ki, Azərbaycan Respublikasının Gömrük Məcələsinin 64.7,64.8 və 65.7-ci maddələrində nəzərdə tutulmuş qaydalar və şərtlər ona aid deyil?
Gömrük Məcəlləsinin 65.7-ci maddəsində göstərilir ki, “Gömrük nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada götürülür”.
Eyni zamanda 64.8-ci maddə də göstərilir ki, “Şəxsi yoxlama aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur”.
Bütün bunlardan belə çıxır ki, Kənan Məmmədov Gömrük Məcəlləsindəki müdəaların hələ də ona şamil edilmədiyini düşünür".
Yazıda səsləndirilən ittihamlarla bağlı Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova informasiya sorğusu göndərmişik. Hələlik sorğumuz cavablandırılmayıb. //Demokrat.az
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
