"Məni tələyə saldılar " - FOTOLAR

Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli sosial şəbəkələrdə yayılan intim görüntüləri ilə bağlı açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, G.Həsənli qeyd edib ki, 10 il öncə həyat yoldaşından ayrılıb və yetkinlik yaşına çatmış iki övladı var: “Hər bir qadın kimi mən də ailəmin, yuvamın olmasını arzulamışam və tələyə də bu üzdən düşmüşəm.
Özünü mənə iş adamı Mahir kimi təqdim edən 1980-ci il doğumlu şəxslə 2020-ci ilin dekabr ayında tanış olmuşam. Dekabr və yanvar aylarında yalnız sosial şəbəkələr üzərindən ünsiyyətimiz olub. Mahirlə ilk dəfə gerçək həyatda fevralın 5-də restoranda görüşüb birlikdə şam yeməyi yemişik. Mahir ilk ünsiyyətdən özü haqqında çox gözəl təəssürat yaratmağı bacardı və təəssüf ki, mən ona inandım.
Fevralın 14-ü yenə restoranda Mahir mənə qızıl üzük bağışlayıb münasibətinin ciddi olduğunu və mənimlə ailə qurmaq istədiyini dedi. Bir-birimizi yaxından tanımaq üçün zamana ehtiyacımız olduğunu bildirdim və ünsiyyətimiz dərinləşdi.
Mahir növbəti dəfə mənə evlənmək təklif edəndə böyük övladlarım olduğunu və onların razılığı olmadan bu evliliyin mümkün olmadığını bildirdim. Martın 18-də Mahir məni və övladlarımı öz avtomobili ilə evimizin qarajından alıb İçəri şəhərdə yerləşən restorana apardı və orada oğluma və qızıma mənimlə ailə qurmaq istədiyini, məni xoşbəxt edəcəyini, lakin bu evliliyin yalnız onların razılığı ilə baş tuta biləcəyini bildirdi. Övladlarım mənim xoşbəxt olacağım halda bu izdivaca etiraz etmədiklərini dedilər”.
G.Həsənli qeyd edib ki, martın 19-da Mahir “WhatsApp”da mesaj yazaraq onu dayısı ilə tanış edəcəyini deyib: “Atasının xasiyyətinin ağır olduğunu, ona görə atası ilə pərdəli davrandığını mənə dəfələrlə demişdi. Öz bildirdiyinə görə məqsədi öncə məni dayısı ilə tanış edib sonra onunla birlikdə atasının xeyir-duasını almaq idi.
Martın 22-də Mahirlə son bir neçə həftə ərzində görüşdüyümüz mənzilə getdim. Mənzilə daxil olanda orada tanımadığım bir qadını gördüm və çox pərt oldum. Mahir həmin qadınla kiçik bir işi olduğunu və qadının az sonra gedəcəyini dedi. Mən dərhal mənzili tərk etmək istədim, lakin Mahir məni "sən çox əsəbisən, bu halda maşın sürə bilməzsən, qəza törədərsən, əyləş, su iç, özünə gəl, mən özüm səni aparıb evinizə buraxacağam" deyib saxladı. Məni əyləşdirəndən sonra Mahir mətbəxə keçdi və dərhal oradan bir şüşə sarı rəngli, portağal və limon qarışımını xatırladan meyvə şirəsilə qayıtdı və mənə təqdim etdi. Mən həmin şirəni içdim, dərhal başım fırlandı və sonra nə baş verdiyini, ümumiyyətlə, xatırlamıram.
Həmin gün daha sonra ilk xatırladığım dəhşətli baş və qarın ağrılarım, ürəkbulanmam, başgicəllənməm olub. Gözümü açanda mənzildə Mahirdən başqa heç kim yox idi. Çətinliklə maşınımı idarə edib evə çatdım. Mən evə çatanda bütün bədənim, gözlərimin ətrafına, saçımın dibinədək qızarmış və səpmişdi. Dərmanlara qarşı allergiyamın olması vəziyyətimi xüsusilə ağırlaşdırmışdı. Evə qayıdandan az sonra sarı rəngli maddə qusdum. Anam, iki övladım, eləcə də mənə sistem köçürmək üçün dəvət etdiyimiz tibb bacısı nə dərəcədə ağır durumda olduğumu görüb təşviş keçirdilər. 23 mart tarixində evdə və 27 martda isə maşınımda iki dəfə eyni sarı rəngli maddəni qusmuşam”.
Günel Həsənli hadisənin səhərisi Mahirlə görüşərək niyə bu vəziyyətə düşdüyünün səbəbini soruşub: “Dolğun cavab ala bilmədim. Əvəzində hiylə ilə telefonumu əlimdən aldı, mən o zaman şəkillərə baxdığını düşünmüşdüm, lakin evə qayıdandan sonra Mahirin telefonumda onunla olan bütün şəkil, video, hətta “WhatsApp” yazışmalarını sildiyini gördüm.
23-27 mart tarixlərində səhhətim çox pis olduğu, başımda və qarnımda kəskin ağrılar səngimədiyi üçün mənə ümumilikdə beş sistem köçürülüb. Qəfil allergiya nəticəsində bədənimdə yaranmış səpişiklər hələ də qalmaqdadır. Yalnız 28 mart tarixindən özümü nisbətən yaxşı hiss etməyə başlamışdım”.
G.Həsənli əlavə edib ki, ondan pulu 8 Mart hədiyyəsi kimi alıb: “Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və "özün nə istəyirsən, al" dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam. Mənim təmiz niyyətlə ailə qurmaq, yuva sahibi olmaq istəyimdən belə çirkli və iyrənc üsullarla sui-istifadə etməyin yeganə məqsədi atam Cəmil Həsənlini nüfuzdan salmaq, onun siyasi fəaliyyətinə kölgə düşürməkdir və mənə ən çox əzab verən də budur. Bildirirəm ki, atam iki ilə yaxındır ABŞ və Böyük Britaniyada elmi ezamiyyətdədir və onun mənim şəxsi həyatımda bu yaşadıqlarımla bağlı heç bir bilgisi olmayıb”.




- “ Mirələmov oruc tutur, belə şey eləməz ”
22 aprel 2021 11:33
- Prezident açılışa qatıldı - Fotolar
19 aprel 2021 10:58
- Şahzadə Filip dəfn edildi - Fotolar
18 aprel 2021 13:47
- “Sonuncu” filmi Rotterdam Beynəlxalq Film Festivalında - FOTO/VİDEO
17 aprel 2021 19:56
- “Şahbaz iki dəfə məni başımdan vurub dedi ki...” - XƏYANƏTKARLAR
16 aprel 2021 12:28
- Günel Həsənli ilə bağlı videodakı Mahir danışdı...
16 aprel 2021 10:51
- Ramiz Mehdiyev məhkəmədə uduzdu
15 aprel 2021 13:16
- Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri Fotolar
14 aprel 2021 12:27
- Lukaşenko gəldi - Fotolar
13 aprel 2021 18:54
- Ağsuda polisin təhqir etdiyi Bakı sakini nazir Vilayət Eyvazova müraciət etdi
18 aprel 2021 23:32
- Hüseynbala Mirələmov YAP-dan qovuldu
22 aprel 17:26
- Eldar Mahmudovun hərəkət trayektoriyası məhdudlaşdırıldı
22 aprel 16:46
- İki baş həkim belə həbs edildi -Əməliyyat VİDEO
22 aprel 15:04
- FHN Hospitalının baş həkimi də həbs edildi
22 aprel 13:33
- Mirələmovu universitetdən İT kimi qovdular
22 aprel 13:21
- “ Mirələmov oruc tutur, belə şey eləməz ”
22 aprel 11:33
- “Yeni klinika”nın direktoru həbs edildi
22 aprel 10:41
- ABŞ arxivindən şok fakt : Ceyms Reyin Zəngəzur missiyası
22 aprel 00:41
- NASA-dakı azərbaycanlı Mirqədirov: “Aya uçmaq niyyətim var”
22 aprel 00:12
- Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun ibtidai istintaqı başa çatdı
21 aprel 22:24
- Əxlaqsız YAP-çı deputatın VİDEO-su yayıldı
21 aprel 22:02
- Suqovuşan: Qələbəyə ilk addım…(VİDEO)
21 aprel 16:26
- Erkin Qədirli AŞPA-da Navalnını dəstəkləyib
21 aprel 15:18
- Saç hörən türk tayfası - Avarların Avropadakı 250 illik
21 aprel 13:36
- ABŞ-da polis 15 yaşlı qaradərili qızı güllələdi
21 aprel 10:50
- “Eldar Mahmudovun həbsi qaçılmazdır”
21 aprel 10:36
- Aytmatovun xanımı koronavirusdan dünyasını dəyişdi
21 aprel 00:29
- Dövlət ittihamçısı cinayətkarlara niyə yumşaq cəza tələb edib-ŞİKAYƏT
21 aprel 00:00
- Oqtay Əsədovun arvadının şirkəti 14 milyon gəlir əldə edib
20 aprel 22:55
- Elmira Axundovanın Qəbələdəki villası - VİDEO
20 aprel 22:13
- ADP sədri koronavirusa yoluxdu – “Nəvəm məktəbdən gətirdi...”
20 aprel 15:25
- İlham Əliyev Hacıqabuldadır - Yenilənib
20 aprel 13:57
- Həbsdəki icra başçısı vurduğu ziyanın bir hissəsini ödəyib
20 aprel 12:20
- Nazirdən Aqil Abbasın oğlu ilə bağlı əmr (FOTO)
20 aprel 10:20
- Allahşükür Paşazadənin növcavan vaxtları - FOTO
20 aprel 00:07
- Bakıda 4-cü kurs tələbəsi intihar etdi
19 aprel 23:29
- “Azercell”ə yeni prezident təyin olundu
19 aprel 23:13
- Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı
19 aprel 22:49
- Prezident onu İspaniyaya səfir təyin etdi
19 aprel 13:44
- Ramiz Mehdiyev onu vəzifədən qovdu
19 aprel 13:31