Səfər Əbiyevin komandası istintaq olunur - Özü isə KEFDƏ
Yarım ay öncə həbs edilən general-leytenant Rövşən Əkbərovun ətrafında gedən proseslər sabiq müdafiə naziri Səfər Əbiyevi də gündəmə gətirib. Bu, təsadüfi deyil, çünki həbsdəki general-leytenantın ordudakı fəaliyyətinin böyük bir hissəsi 1995-2013-cü illərdə nazir vəzifəsində çalışan Əbiyevin vaxtına düşür. Bu da haqlı olaraq o sualları meydana çıxarıb ki, Əkbərovun cinayətlərinin gizlədilməsində sabiq nazirin də rolu varmı?
Əgər belə cinayətlər baş verirdisə, Əbiyev hara baxırdı? Eyni zamanda keçmiş nazirin dövründə yaşanan digər təxribatların, cinayətlərin hələ də üstünün açılmadığı və indi bunun araşdırılmasına böyük ehtiyac olduğu vurğulanır. Sabiq naziri həbs, istintaq gözləyirmi? Sıra ona çatacaqmı? Hərbi ekspert Telman Əbilov hesab edir ki, orduda törədilən təxribatları, xarici orqanlara çalışma hallarını Səfər Əbiyevin vaxtında etmək istəyirdilər: "Amma Allah tərəfindən danışaq, o, bu hallara bacardıqca mane olurdu. Onu zamanında məndən çox tənqid edən olmayıb. Rövşən Əkbərovu zamanında Səfər Əbiyev dəfələrlə cəzalandırmağa çalışıb. Hətta bir dəfə cəzalandıra bildi. Şəmkirdə korpus komandiri Çingiz Şəfiyev var idi, onun haqqında çox yazdıq, səviyyəsizin biri idi. Əsgər ölümlərinə görə onu işdən çıxardılar, general rütbəsini də ondan aldılar. Ondan sonra Səfər Əbiyev Rövşəni Bakı qarnizonundan çıxararaq ora göndərdi. Amma Rövşən hansısa yollarla təzədən öz yerinə qayıtdı. Demək, Əbiyevdən yuxarıda dayanan kanallarından istifadə edə bildi. Burada digər amil isə Nəcməddin Sadıkov amili idi. Düzdür, Səfər Əbiyevin vaxtında rüşvətxorluq, korrupsiya halları kifayət qədər var idi. Amma onun neqativləri Nəcməddin qədər deyildi. Bunu etiraf edək. O vaxt orduda korrupsiya əməllərinə ən çox Nəcməddin və onun dəstəsi yol verirdi. Bunu Əbiyevdən gizlin edirdi. Açığı, ondan bir az qorxub, çoxunu etmirdi. Pullu əsgərləri rüşvət müqabilində cəbhə bölgəsinə göndərmirdi, arxada saxlayırdı. Dəfələrlə oldu ki, Nəcməddin Sadıkovun arxa cəbhədə saxladığı əsgərlər Əbiyevin qərarı ilə ön xəttə göndərildi. Onun vaxtında Sadıkov ”beşinci təkər"ə dönmüşdü. Sözü də çox keçmirdi. Doğrudur, öz əlaltıları vasitəsilə işlərini görürdü. İndi həbs edilən Rövşən Əkbərov, tutulması gözlənilən Xəqani Cəbrayılov Nəcməddinin dəstəsinə daxil idilər. Əbiyev keçmiş baş qərargah rəisinin adamlarını vururdu. "Tərtər işi”ndə də Nəcməddinin birbaşa əli var. Öz bacısı oğlu Ramiz Əsgərov vasitəsilə çox əməllər törədib. O şəxs ordumuza qarşı genosid həyata keçirib. Amma deyə bilmərəm ki, Səfər Əbiyevin vaxtında hər şey qaydasında idi. Araşdırılmasına ehtiyac olan təxribatlar, cinayətlər törədilib. Sizin qəzetdə bu barədə zamanında açıqlamalarım gedib. Beyləqan tərəfdə Yaşar Aydəmirov var idi, korpus komandiri işləyirdi. Onun hüquqi işlər üzrə köməkçisi işləyirdim. Ölüm hallarını xeyli azaltdıq. 90-cı illərin sonunda ölüm halları orduda çoxalmışdı. Biz onu 2000-ci illərin əvvəllərində olduğumuz yerdə xeyli azaltmışdıq. Yaşar Aydəmirov həqiqətən rüşvətxor deyildi. Bu vəziyyət yuxarıdakıları qane etmirdi. Onlar istəyirdi ki, Aydəmirov kimi adam olmasın, istədiklərini rahat həyata keçirsinlər, pul çox qazansınlar. Ölüm hallarının orduda çox olmasını istəyirdilər. Çünki belə olanda valideynlər övladlarını orduya göndərməmək üçün rüşvət təklif edirdilər, yaxud da arxa cəbhədə saxlamaq üçün pul təklif edirdilər. Nəticədə 2001-ci ildə Aydəmirovu vəzifədən kənarlaşdırdılar. Yəni o vaxt bütün bunları Müdafiə Nazirliyinin rəhbərliyində təmsil olunanlar edirdi. O vaxt Mahmud Həmzəyevi korpus komandiri qoydular. Onun vaxtında orduda ölüm halları bir neçə qat artdı. Bəlkə də onun günahı ucbatından 150-200 əsgər həmin korpusda öldü. Bunların araşdırılmasına ehtiyac var. O vaxt Səfər Əbiyevə dəfələrlə yazdım ki, Həmzəyev burada hansı işlərlə məşğuldur, əsgərlər qırılır. Orada donuz, mal ferması saxlayırdı. Təsəvvür edin ki, erməni pozisiyasında traktor, kombayn görürdü, əmr verirdi ki, ordu irəli getsin, həmin traktoru, kombaynı gətirsin, dəfələrlə bu səbəbdən çoxlu itkilər verdik. 2003-cü ildə Şükürbəyli, Horadiz istiqamətində bütöv batalyon qırıldı. Əsgərləri ot biçməyə aparırdı, müxtəlif işlərə cəlb edirdi". Hərbi ekspert araşdırılmasına ehtiyac olan məsələlərin kifayət qədər çox olduğunu qeyd etdi: "Bütün bunlar təbii ki, Səfər Əbiyevin nazir olduğu illərə təsadüf edir və mütləq araşdırılmalıdır. Əbiyevlə bağlı bu və ya digər formada bu hallar baş verib. Sadəcə, onun gedişindən sonra baş verənləri onunla əlaqələndirməyi doğru saymıram. Orduda olan özbaşınalıqlarla bağlı zamanında çox mübarizə aparmışam, aclıq aksiyası belə keçirmişəm. Hətta mənə cinayət işi belə açılmışdı. Bu hadisələr də Əbiyevin vaxtında baş verib. O vaxt Bahar Muradova deputat idi, onun yanına getdim və dedim ki, Həmzəyev Füzulini dağıdır. Sonradan bilirsiniz nə öyrəndim? Öyrəndim ki, Mahmud Həmzəyevin komandir təyin olunmasında Səfər Əbiyevin rolu olmayıb, onu korpus komandiri Ramiz Mehdiyev təyin edib. Yazdıqlarımız məhz ona görə boşa gedirdi. Qazaxdan Arif Rəhimzadə var idi, deputat idi. Dedilər ki, külli miqdarda pulu Həmzəyev ona verib və o da Ramiz Mehdiyevə çatdırıb, nəticədə korpus komandiri təyin olunub. Həmzəyev də verdiyi pulu yığmaq üçün daha nələr etmədi. Orduya ictimai nəzarət olmalıdır”. Mənbə: Musavat.com
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
8 may 2024 00:22
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
7 may 2024 12:14
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
7 may 2024 02:13
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
3 may 2024 21:47
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
3 may 2024 19:57
- Zakir Fərəcov – Gündüz Əliyev cütlüyünün ağılasığmaz cinayət əməlləri – Prezidentə MÜDHİŞ faktlar
3 may 2024 12:45
- Komitə İRŞAD-dan kompüter aldı, özünü dərdə saldı — FAKT
3 may 2024 12:39
- Gecə-gündüz QARANLIQ və ÇİRKAB işlərə bulaşan Gündüz Əliyev kimdir – Fərəcovun “sağ əli”nin milyonluq cinayətləri...
2 may 2024 17:51
- Ölkədən 6 MİLYARD pul çıxarıb ? ŞOK
2 may 2024 14:13
- Prezident İraq Parlamentinin sədrini qəbul etdi
1 may 2024 21:56
- Hitlerin dağıdılmış bazasında tapılan qolları və ayaqları olmayan skeletlər arxeoloqları dəhşətə gətirdi (FOTO)
08 may 00:22
- Bolqarıstan Prezidenti Azərbaycandadır
07 may 20:42
- Putin and içdi - Video - Yenilənib
07 may 16:18
- Novruz Məmmədov vəzifəsindən azad edildi
07 may 15:58
- İlham Əliyevin Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb
07 may 14:24
- Bakıda 41 yaşlı prokuror yol qəzasında vəfat etdi
07 may 14:18
- Allahverdi İsrafilov və qohum-əqrəbası BakI Dövlət Sirkini zəbt edib…
07 may 12:14
- Direktor cərrahı işdən çıxardı, cəzalandırıldı
07 may 11:42
- Azərbaycanı Naxçıvanla birləşdirəcək yoldan görüntülər (VİDEO)
07 may 08:55
- Füzulidə dağıntıların miqyasını görəndə çox təsirləndim - ABŞ səfiri
07 may 02:11
- Sabiq qaçaq səfirin Ramiz Mehdiyevə gizli məktubu üzə çıxdı- SENSASİON ADLAR, ŞOK TƏLƏBLƏR
07 may 01:46
- Özbəkistanda ROBOT -POLISlər ilk dəfə küçəyə patrul xidmətinə çıxıb –VİDEO
07 may 01:30
- SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır - Tomas de Vaal
07 may 01:20
- Jurnalist Afət Telmanqızından sabiq səfirə SƏRT CAVAB- Satqın sözü sənə yaraşır
07 may 00:53
- Bakıda 17 min manata pişik satılır (VİDEO)
07 may 00:41
- 500 illik zavod görün hansı sirrin üstünü açdı
07 may 00:32
- Elçin Quliyev III Çarlzla bir arada - Fotolar
07 may 00:25
- Zakir Fərəcovla Gündüz Əliyevin 3 milyonluq yeyintisi - Prezidentə və Baş Prokurora DOSYE verildi
07 may 00:10
- Alimlər 2700 ildən çox yaşı olan Assuriya məbədinin sirrini açdı
04 may 22:25
- Şəkidə 59 yaşlı kişi iki nəfəri odlu silahla qətlə yetirdi
04 may 18:31
- İsa Qəmbər yenidən başqan seçildi - Yenilənib - Fotolar
04 may 17:23
- Tanışının qulağını dişlədi - Həbs olundu
04 may 13:39
- Adil Əliyevin ailəsinə ağır itki
04 may 12:01
- Bu gün İsa Qəmbər yenidən Müsavat başqanı ola bilər - Yenilənir
04 may 11:51
- Saqqallı tələbə QALMAQALI böyüdü- Təhsil eksperti od püskürdü -VİDEO
03 may 21:47
- Mircamal Həşimov yeni vəzifəyə TƏYİN OLUNDU
03 may 21:25
- Ölmüş adamla ailə qurmağa qanunla haqqı olan fransızlar - Elbəyi Həsənli Parisdən yazır
03 may 19:56
- COP29: Bakıda 70 min nəfərlik tədbir
03 may 18:53
- FHN nazirin bacanağına 295 minlik tender verdi...
03 may 18:30
- SON DƏQİQƏ! Kəlbəcərdən acı xəbər gəldi: Ölən və yaralananlar var
03 may 17:19