“65 yaşa gəlib çatmağın heyrətindəyəm...”
Günün sitatı3 aprel 2021 09:09
Şair, bəstəkar Xanım İsmayılqızı Moderator.az-ın suallarını cavablandırıb.
- Xanım xanım, şair və bəstəkar ruhu pandemiyada necə fəaliyyət göstərir?

- Pandemiyanın mənfi tərəfləri ilə bahəm, müsbət tərəfləri də oldu. Mənfi tərəfi göz qabağındadır. Hər mənada itkilərlə, problemlərlə, neqativlərlə üzləşdik. Dünyasını dəyişənlər, işsizlik, maddi, mənəvi çətinliklər, ruhi sarsıntılar. Bütün dünyada gedən bu prosesdən də, təssüf ki, qaçış yoxdur və olmadı. Amma müsbət tərəfləri də oldu. İnsanlarda özünü, ailəsini, övladını, dostunu daha yaxşı tanımaq imkanı yarandı. Həm də bizim 2-cı Qarabağ müharibəmiz və möhtəşəm qələbəmiz də pandemiya ərəfəsində oldu. Keçən il bədbin notlarla başlasa da, onu nikbin əhvalla yola saldıq. Mənim həm ruhum, həm qələmim, həm ürəyim, həm də hisslərim itilənmişdi elə bil. Çox məhsuldar dövr oldu mənim üçün. Onlarla şeirlər, mahnılar yazıldı, vətənpərvər ruhluları daha üstünlük təşkil etdi. General-mayor Polad Həşimova, Xudayar Yusifzadəyə, ordumuza, igid əsgərlərimizə, şəhidlərimizə, Azərbaycan Türkiyə qardaşlığına, Ali Baş Komandanımıza həsr etdiyim şeirlərim yazıldı və dövri mətbuatda dərc olundu. Sözü və musiqisi mənə aid " Sən qalibsən" adlı mahnım Faiq Ağayevin ifasında səsləndi və kliplə təqdim olundu. Sözləri mənə, musiqisi Gülnar Əlfiqızına aid "Şəhidlər" mahnısı yazıldı və Kamilə Nəbiyeva ifa etdi. Sözləri mənə, musiqisi Faiq Sücəddinova məxsus "Qarabağ Azərbaycandır" adlı mahnı yazıldı, Brilliant Dadaşova və Faiq Sücəddinov ayrı-ayrılıqda bu mahnını ifa etdilər, klipləri təqdim olundu. Sözləri mənə, musiqisi Vüqar Camalzadəyə aid "Vətənim" marşı yazıldı. Sözləri Vahid Əzizə, musiqisi mənə aid olan "Gəlmişik, Şuşa" mahnısı yazıldı, bu günlərdə Teyyub Aslanov və Nəzakət Teymurovanın ifasında lentə alınacaq. Sözləri mənə, musiqisi Eldar Həsənova aid "Bayraq" mahnımız yazıldı, Cahangir Qurbanov ifa etdi və kliplə təqdim olundu. Şəhid Rahib Quliyevə ithaf etdiyim, sözü və musiqisi mənə aid "Rahib zirvəsi" adlı mahnımı Tünzalə Ağayeva ifa etdi. Şəhid Kənan Rüstəmliyə ithaf etdiyim, sözü və musiqisi mənə aid "Laylay" mahnım Nazpəri Dostəliyeva tərəfindən ifa olundu və Nail Naiboğlunun klipi ilə bu günlərdə tamaşaçıların ixtiyarına verildi. "Səni göyə bağışladım" adlı şeir kitabım 2020-ci ilin 27 sentyabrında "Mücrü" nəşriyyatı tərəfindən nəşr edildi və bu tarix həm müharibənin başlanması, həm də kitabımın işıq üzü görməsi ilə qəribəlik qazandı. Bu il aprelin 10-da 65 yaşım tamam olacaq. Bu münasibətlə Azərbaycan Dövlər Tərcümə Mərkəzi "Adı olmayan fəsil" adlı yubiley kitabımı nəşrə hazırlayır. Bu kitabda şeirlərim, nəğmələrim, müsahibələrim və mənim haqqımda məqalələr toplanıb. Və "İlahi, yerimi demə" adlı digər kitabım da İranda çapa hazırlanır. Məncə çox işlər görüb ruhumla ürəyim.
- Xanım xanım, özünüzü düşünüb də qələmə aldığınız əsəriniz, mahnınız var?

- Əslində bütün yazdıqlarımda bu və ya digər formada mən varam. Hadisələr fərqli ola bilər, amma hisslər mənimdir. Məni ifadə edən və yaxud özümdən yazdıqlarım da var. Məsələn, İradə İbrahimovanın ifa etdiyi "Qəm qalası" mahnısı məni ifadə edir. Yenə də İradə İbrahimovanın ifasında "Səndəmi ölmək istədin" mahnımı anama ithaf etmişəm və mənim kədərimə köklənib. Keçən il Elnarə Xəlilova ilə bir mahnı lentə aldıq. Sözü və musiqisi mənə aiddir. Oğluma ithaf etmişəm, onun timsalında dünyasını dəyişən bütün oğullarımıza ünvanlamışam və onların kədərini yaşayan anaların kədəri də var burada. Hələ efirlərdə səslənməyib. Bu qəbildən şeirlər və mahnılar onlarladır.
- Mahnılarınızda, şeirlərinizdə qəribə bir kədər var. Bu nə ilə əlaqədardır?
- Kədərimlə, itkilərimlə, ağrılarımla. Heç nə elə-belə ötüb-keçmir ki. Olanlar öz izini, öz imzasını qoyub gedir. Nikbin əhval-ruhiyyəli, məzəli mahnılarım, şeirlərim də var. Amma çox azdır.
- Ən gözəl mahnılarınızı hansı sənətkarlar ifa edib? Siz hansının ifasını daha çox bəyənmisiniz?
- Seçib-sevdiklərimlə işlədiyim mahnılarım ürəyimcə olub. O qədər uğurlu iş birliklərim olub ki. Hansını deyim, bilmirəm. İlhamə Quliyeva, Flora Kərimova, Faiq Ağayev, Aygün Kazımova, Brilliant Dadaşova, Elçin Cəlilov, Mətanət İskəndərli, Səməd Səmədov, Zöhrə Abdullayeva, Ağadadaş Ağayev, Gülyanaq və Gülyaz Məmmədovalar, Teyyub Aslanov, Nəzakət Teymurova, Tünzalə Ağayeva, Mələkxanım Əyyubova, Könül Kərimova, İradə İbrahimova, Elnarə Xəlilova, Röya Ayxan, Zakir Əliyev, Fidan Hacıyeva, Zamiq Hüseynov, Sevda Əliqızı, Ayan Babakişiyeva, Samir Piriyev, Mətanət Əsədova, "Xan" qrupu, Cahangir Qurbanov, Lalə Məmmədova, Zabitə Alıyeva, Nuri Sərinləndirici ilə istər şair, istərsə də bəstəkar kimi maraqlı və zövqlü yaradıcılıq birliyim olub. Bəlkə daha kimlərinsə adı yadımdan çıxdı, üzrlü saysınlar. Mən onların hər birinə minnətdaram. Bilirsiniz, yazmaq işin bir tərəfidir, əsas tərəfi o mahnıları dinləyiciyə çatdırmaq, ürəklərinə, yaddaşlarına köçürməkdir ki, bu da müğənninin ifasından və təqdimatından asılıdır. Bu barədə sənətkarlarımızdan razıyam. İmzama, şeirlərimə, musiqilərimə dəyər veriblər, doğma yanaşıblar, seviblər və sevdiriblər. Əvvəl mən imzamı, sonra da imzam məni sevdirib.
- Xanım İsmayılqızının həyatında nə çatışmır?
- İtirdiklərim.

- Ən çətin günlərinizdə təskinliyiniz nə olub?
- Ən çətin günlərimi ailəmlə, dostlarımla, əzizlərimlə bölüşərək xilas ola bilmişəm. Həm də yaradıcılığımın sayəsində bir az şeirimdə, bir az musiqimdə aza-aza fikir, ağrı burulğanından azadlığa çıxmışam. Bu barədə Allah üzümə baxıb, sözlə musiqi kimi iki çıxış nöqtəsi verib - biri küsəndə o birinin qapısı açılıb, əlimdən tutublar. Onlar olmasaydı yaşamaq çətin olardı bəlkə də.
- Bəstəkarlar var ki, yalnız hiss etdiklərini, düşündüklərini yazır. Elə bəstəkarlar, şairlər də var ki, sifarişlə mahnı və ya söz yazır. Bəs siz necə?
- Hər iki hal olur. Amma daha çox mən özüm üçün yazanlardanam. Yəni mənim üçün yazı prosesi hisslərin, düşüncələrin tərcüməsini etmək, onların dilini tapıb ürəyimdən keçirərək söz və musiqi dilinə çevirməkdir. Bütün yaradıcı insanlar tərcüməçilərdir. Bu bədahətən olanda gözəlliyə qovuşur və yaradıcıya rahatlıq gətirir. Amma sifarişli işlərim də olub. O işləri də özümünküləşdirmədən, ruhuma toxundurmadan yazmıram. Ürək qoymadan görülən işlər ürəklərə toxuna bilməz. Nə edirsənsə et, ürəklə et.
- Müasir mahnılara, musiqilərə münasibətiniz necədir? Aralarında bəyəndikləriniz var?
- Bəyəndiklərim də var, bəyənmədiklərim də. Sonunda hər şeyi onsuz da zaman həll edir. Onun süzgəcindən keçənlər yaşamaq hüququ qazanır və ömrü uzanır. Ömrü uzananlar da bizim ömrümüzü uzadır.

- Qarşıdan doğum gününüz gəlir. 65 yaşınızı qeyd edəcəksiniz? Özünüzü bu yaşda necə hiss edirsiniz?
- 65 yaşa gəlib çatmağın heyrətindəyəm.
Oxşar xəbərlər
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
1 aprel 2026 10:26
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
Xəbər lenti
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
