Kəmaləddin Heydərovun bacanağı 2 bankdan neçə milyon qazanır?
Azərbaycanda pul qazanmağı bacaran insan olduqca çoxdur. Bəzilərinin pulu isə elə puldan çıxır. Deyirlər ki, pul pul gətirər. Bax, bu insanların pulu elə puldan çıxır. Maraqlıdır ki, o insanların əskəriyyəti gündəmdə olmağı sevmir. Amma cəmiyyətdə bu cür insanlara hər zaman maraq var və bundan sonra da olacaq. Hər şeydə bir hikmət var. Məsələn, Hikmət İsmayılov (fotosunu axtarmayın, tapmayacaqsınız)... Əminəm ki, bu ad bir çox oxucumuza tanış gəlmədi. Oxucuları qınamıram. Çünki Hikmət İsmayılov haqqında məlumat olduqca məhduddur. Hərçənd, zaman-zaman media yazır ki, bugünkü qəhrəmanımız fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. Açığı, iqtisadi sayt olaraq, bu, bizi maraqlandırmır. Yalnız mehribanlıq arzu edirəm, əlimdən başqa heç nə gəlmir.
Bizim işimiz iqtisadi informasiyalarladır. Başqa sözlə, biz dəqiq məlumatlara əsaslanırıq. Həm də jurnalistikanın əsas prinsiplərindən biri də budur ki, ən dəqiq məlumat belə bir neçə mənbədən təsdiqlənməlidir. Odur ki, yazılarımızı dəqiq və rəsmi məlumatlar üzərində qururuq.
Hikmət İsmayılov haqqında dəqiq olan məlumatlardan biri budur ki, o, iki bankın sahibidir. Bəli, iki! Biri "Bank of Baku", digəri - "AFB Bank".
"BANK OF BAKU"NUN HİKMƏTİ
2015-ci ilin mayın 22-də "Bank of Baku"nun səhmdarlarının ümumi yığıncağında qəbul olunan qərara əsasən, Hikmət İsmayılovun bankın nizamnamə kapitalındakı payı 10% artaraq 31.11% qaldırılıb. Bankın 2014-cü il üzrə audit hesabatına əsasən, həmin dövrdə nizamnamə kapitalı 52.870 milyon manat təşkil edirdi. Sadə hesablama göstərir ki, sövdələşmə təxminən 5.3 milyon manata başa gəlib.
"GİLAN HOLDİNG" İLƏ 70 MİLYON MANATLIQ SÖVDƏLƏŞMƏ
2019-cu ilin fevralın 7-də "AFB Bank" açıqladı ki, Hikmət İsmayılov "Gilan Holding"in payını satın alıb. Korporativ məlumatların açıqlanması saytında göstərilən rəqəmlərə əsasən, Hikmət İsmayılov 55 447 səhmi 70 milyon 140.455 min manata əldə edib. Bu sövdələşməyə qədər "Gilan Holding" "AFB Bank"ın səhmlərinin 99.64%-inə nəzarət edirdi. Saziş imzalanan gündən bu pay bütünlüklə cənab İsmayılova keçib.
Yeri gəlmişkən, hazırda bankın digər səhmdarları "Gilan Holding"in rəhbəri Cəmil Muradov (0,18%) və Əkbər Abdullayevdir (0,18%).
İKİ BANKDAN NƏ QƏDƏR QAZANIB?
Ümumiləşdirsək, Hikmət İsmayılov bu iki əqdə 75 milyon manatdan çox vəsait xərcləyib. Təbii ki, bu yatırımların ona nə qədər vəsait qazandırdığı maraq doğurur. Hər iki bankın son illik hesabatına nəzər salsaq, sualımıza cavab taparıq.
Beləliklə, təkcə 2020-ci ilin yekununa əsasən, cənab İsmayılov iki bankdan 9.3 milyon manat qazanıb. Belə ki, "Bank of Baku" ötən ili 12.673 milyon manat mənfəətlə başa vurub. Səhmlərin 31.11%-inə nəzarət Hikmət İsmayılova bu məbləğdən 3.9 milyon manat çatır.
"AFB Bank" isə 2020-ci ili 5.389 milyon manat mənfəətlə başa vurub. Bu məbləğin az qala hamısı Hikmət İsmayılovun payına düşür.
Index.az-ın hesablamaları göstərir ki, indiyədək (2019-cu ildən etibarən) Hikmət İsmayılov yalnız "AFB Bank"dan təxminən 12 milyon manat qazanc əldə edib. "Bank of Baku" 2015-ci ildən etibarən investora 18.4 milyon mant qazandırıb.
Beləliklə, iki bank iş adamına indiyədək toplamda 30 milyon manatdan çox qazanc gətirib.
İndex.az
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 mart 2024 22:03
- 1 nömrəli qanuni oğru kor olub
24 mart 2024 19:59
- Alimlər insanların danışmağı öyrəndiyi tarixi dövrü müəyyənləşdirib
24 mart 2024 19:32
- Krokus teraktı”nda şübhəli məqamlar: qiyabi sifariş, qapalı PƏNCƏRƏ-yə qaçan dəstə...
24 mart 2024 06:04
- DƏLLƏK necə TERRORÇU oldu? - SENSASİON FAKTLAR
23 mart 2024 20:47
- 2 milyonluq tenderi uddu, amma 2,25 milyonluq müqavilə imzaladı - Müəmma
23 mart 2024 20:29
- Leyla Bədirbəylinin Amerikada yaşayan nəvəsi
23 mart 2024 19:51
- Terror zamanı həlak olanların yaxınlarına 3 milyon veriləcək
23 mart 2024 16:53
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29