Siyavuş Novruzov içkili ...
TV Müsavatın efirində yayımlanan "Canlı debat” verilişinin 7 apreldəki buraxılışı cəmiyyətdə ciddi rezonans doğurub. İqtidar-müxalifət debatı formatına gerçəkləşən verilişdə tərəflərdən biri YAP-çı deputat Siyavuş Novruzov və KXCP sədri Mirmahmud Mirəlioğlu idi.
Amma həm verilişin gedişində yazılan şərhlər, həm verilişdən sonra səslənən bəzi iddialarda S.Novruzovun efirə içkili gəlməsi və bunun deputatln davranışlarında öz əksini tapması qeyd edilmişdi. Hətta efirdən sonra Ədalət Partiyasının sədr müavini, politoloq Elxan Şükürlü S.Novruzovun YAP və Milli Məclisdən qovulması ilə bağlı çağırış etdi.
"Canlı debat” verilişinin aparıcısı Sevinc Telmanqızı bildirib ki, S.Novruzovun efirə içkili vəziyyətdə gəlməsi ilə bağlı iddialarla razılaşmır. Onun sözlərinə görə, belə bir hal baş vermiş olsaydı, o efir gerçəkləşməzdi:
"Efiri izləyənlər bilirlər ki, mən moderator olaraq hər iki qonağımın ortasında əyləşmişdim. Hər ikisinə eyni və yaxın məsafədə idim. Əgər Siyavuş Novruzov içkili olsaydı, ən azı ətrafa içki qoxusu yayılardı, ya da bu, onun yerişində, özünü idarə etməsində görünərdi. Mən qoxuya qarşı həssas adam olsam da, ondan hər hansı spirt qoxusunun gəldiyini deyə bilmərəm. Qənaət, təxmin başqa şeydir, reallıq başqa. Hətta efirdən bir neçə saat sonra bu cür iddialar sosial şəbəkədə yazıldığı üçün Mirmahmud bəylə də əlaqə saxladım. Ondan da qənaətini soruşdum.
Çünki Siyavuş bəy studiyaya gələn kimi Mirmahmud bəylə çox mehribancasına qucaqlaşdı, görüşdü, onu 20 ildir ki, görmədiyini dedi. Mirmahmud bəy də opponentinin içkili olması ilə bağlı iddiaları bölüşmədiyini dedi”.
S.Telmanqızı bildirdi ki, sadəcə S.Novruzov efirdən öncə də, efir zamanı da çox pozitiv olub, zarafatlar edib, lətifələr danışıb, şeir deyib. Müsahibimizin sözlərinə görə, verilişin gedişində isə həm opponentinə, həm efirə telefon zəngi ilə qatılan Ağ Partiya sədri Tural Abbaslıya, eləcə də aparıcı olaraq ona qarşı olduqca pozitiv, tolerant davranıb: "Özü də dedi ki, Mirmahmud bəyi 20 ildən sonra ilk dəfə üz -üzə gördüyü üçün çox sevinclidir. Opponentinin sözünü kəsmirdi, suallara qarşı dözümlü idi, deyilən fikirlərə qarşı öz arqumentlərini səlis şəkildə səsləndirirdi. Bəzi mövzularda ziddiyyətli, mübahisə yaradan fikirlər, açıqlamalar versə də, bu, onun içkili olması anlamına gəlmirdi. Efirdən bir gün əvvəl telefonla verilişə dəvət edəndə də eyni əhvalda idi. Zarafat edib, lətifə söylədi və mənimlə opponentinin kim olacağı ilə bağlı müzakirə apardı. Mən sadəcə onun jurnalistlərlə çox pozitiv, mehriban davrandığını hiss etdim”.
Müsahibimizin sözlərinə görə, əgər iddialarda əks olunduğu kimi, S.Novruzov TV Müsavatın studiyasına içkili gəlmiş olsaydı, bu efir ümumiyyətlə gerçəkləşməzdi: "Mən hər şeydən öncə özümə, efirə qatılan digər qonağıma, tamaşaçılarıma, çalışdığım media orqanına hörmət edirəm. Heç bir güc məni içkili bir müsahiblə saat yarımdan artıq ölkə gündəmini, Qarabağ mövzusunu, daxili siyasəti təhlil etməyə vadar edə bilməzdi. Maraqlı bir canlı efir baş tutdu və bu da TV Müsavatın uğuru idi. Siyavuş bəyin suallara cavab verərkən zaman-zaman hansısa sözü tapmaqda çətinlik çəkməsi, fikrini ifadə edərkən uzun cümlələrdən istifadəsini isə içki ilə əlaqələndirmirəm”.
Aparıcı bütün YAP-çı deputatların S.Novruzov kimi debatlara, canlı efirlərə qatılmasını arzuladığını dedi. S.Telmanqızı hesab edir ki, özünə arxayın olan, təmsil etdiyi partiyanın nüfuzunu, iqtidarı qorumaq istəyən hər bir deputat bu sayaq debatlarda iştirak etməlidir.
YeniSabah.az
- Müharibə veteranlarına şad xəbər: 80 manat artırılır – Deputat məbləği açıqladı
16 aprel 2024 10:17
- Ordumuz 1 saata bu kəndləri geri qaytaracaq - SENSASİON ANONS VERİLDİ
17 mart 2024 11:26
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Sağlığında qiymət verin insanlara - deyən şairin AİLƏ DRAMI
12 mart 2024 13:00
- Həmin gün həkimə getməli idi, amma qətli polisə etiraf etdi
22 fevral 2024 15:32
- Hər kəsin qəbri eyni qiymətə olacaq - Video
21 fevral 2024 11:51
- Siyavuş Novruzov - Bu adamlara 15 gün küçə süpürtmək lazımdır
16 fevral 2024 13:06
- Həmişə deyirdi ürəyimdə sirr var, deyə bilmirəm - Təfəkkür Universitetinin prorektorunun qətli
31 yanvar 2024 17:57
- Dövlət Gəmrik Komitəsinin 4 əməkdaşına general-mayor rütbəsi verildi (SİYAHI)
29 yanvar 2024 17:46
- Fədakar qadın...
26 yanvar 2024 21:52
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20