Rusiya həm Ermənistanı, həm də Azərbaycanı qarışdıracaq..
Müsahibə11 aprel 2021 11:41
“Amma artıq vəziyyət tamamilə dəyişilib, oyunçuların sayı çoxalıbdır... Odur ki, Kreml Güney Qafqazda da əvvəlki kimi birmənalı, maksimalist siyasət apara bılməyəcək...”
Robert Köçəryanın son Moskva səfəri, Putinlə telefon danışığında məsləhətləşmədən sonra “1-ci kanal”da Poznerə müsahibəsinin ardınca Ermənistan baş naziri Paşinyanın Rusiya lideri ilə görüşü, daha sonra Azərbaycan torpaqlarındakı sülhməramlı sayılan hərbi qüvvələrin komandanının Bakıdan İrəvana uçduğu təyyarədən ermənilərin dünyaya “hərbi əsir” kimi sırıdığı” terrorçuların düşməməsinin qəsbkar ölkənin Müdafiə Nazirliyi ətrafında yaratdığı gərginlik... Görəsən, bütün bu əndrəbadi olaylar fonunda Ermənistandakı seçkiöncəki proseslər hansı istiqamətdə inkişaf edəcək? Putin kimə “stavka” edəcək, Moskva telekanallarında təbliğatını başlatdığı dostu – İrəvan klanının düşməni olan Qarabağ klanının nümayəndəsi Köçəryana, yoxsa ABŞ-ın Qərbin də dəstəklədiyi, “Sorosun adamı” sayılan, eyni zamanda müxalif partiyaların azsaylı elektoratı, həlak olmuş və itkin hərbçi valideynləri və evsiz qalmış bir qrup Azərbaycandan köçmüş ermənilər istisna olmaqla Ermənistan əhalisi tərəfindən kütləvi və ciddi təpki göstərilməyən Paşinyanı?..
Mövzu ilə bağlı Moderator.az-ın suallarını Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının rəhbəri, politoloq Sülhəddin Əkbər cavablandırıb.
-Sülhəddin bəy, necə hesab edirsiz, son hadisələr fonunda Ermənistanda seçkilər öncəki durum bundan sonra daha da gərginləşəcək, yoxsa?
-Ermənistanda seçkiöncəki vəziyyət onsuz da gərgindir. Və heç şübhəsiz, bu vəziyyət getdikcə gərginləşəcək. Məğlub bir ölkədəki situasiyanı da nəzərə alsaq, hər cür olaylar, eksseslər gözləmək olar. Amma aydındır ki, hadisələrin inkişafında fövqəladə bir dəyişiklik olmazsa, Ermənistanda Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə seçkidən qalib çıxacaqdır. Fəqət, seçkiyədək hansı olayların olacağını söyləmək çətindir. Çünki Ermənistanın özündə də, Azərbaycanın Rusiya və erməni birləşmələrinin nəzarətində qalan ərazisində də müxtəlif təxribatlar, gözlənilməz gedişlər ola bilər. Eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərində üçtərəfli razılaşmanın həyata keçirilməsi ilə bağlı məsələlər də xarici müdaxiləyə açıqdır. Sözsüz ki, Rusiya da prosesi yaxından izləyəcək. Eyni zamanda Paşinyanın arxasında olan xarici qüvvələr də...
Təbii ki, hər zaman dediyim kimi, yenə o fikirdə qalıram ki, müharibədə məğlub olan, amma 10 Noyabr siyasi razılaşmasına əməl edilməsinin vacib olduğunu bildirən, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşmasının tərəfdarı olan Paşinyanın seçkidə qalib gəlməsi bizim də, Türkiyənin də maraqlarına cavab verir. Bunu Rusiya da yaxşı anlayır. Kreml eyni zamanda onu da başa düşür ki, bu seçkidə Paşinyan qalib olacaq və onun arxasında həm ABŞ, həm Avropa Birliyi dayanır. Ona görə də seçkilər geo-siyasi qarşıdurma fonunda keçəcək. Rusiya yaxşı bilir ki, tərəfdarları seçkilərdə qalib gələ bilməyəcək. Ona görə də çalışacaq ki. tərəfdarları mümkün qədər çox səs toplasın və parlamentdə daha geniş koalisiya ilə təmsil olunsun...
-Kremlin əvvəllər olduğu kimi, yenə də seçkilər öncəsi İrəvanda Paşinyana qarşı və ya Qarabağda təxribat-filan törətmək ehtimalı varmı?
-Hesab edirəm ki, Moskva daha da irəli getsə, yəni dediyiniz kimi, Paşinyana qarşı seçkiyə qədər və ya seçkidən sonra hansısa təxribat, terror törədilməsi, hərbi qiyam cəhdi etsə də, sonuc nəticə etibarilə Rusiyanın əleyhinə işləyəcək. Yəni Kreml Moldova, Ukrayna, Gürcüstanı necə itirdisə, Ermənistanı da elə itirə bilər. Və Moskva yaxşı anlayır ki, Ermənistanda əhali arasında ən çox tərəfdara malik olan siyasi lider Paşinyandır, siyasi qüvvə də onun başçılıq etdiyi “Mənim addımım” blokudur...
-Yəni belə çıxır ki, Putin dostu Köçəryanın seçkilərdə qalib gəlmək şansının çox az olduğunu anlayır, amma buna rəğmən Paşinyan iqtidarını, o cümlədən Azərbaycanı mümkün qədər təzyiq və təsir altında saxlamaq üçün onun təbliğatını gündəmdə saxlayır?
-Xeyr. Zənnimcə, məsələ yalnız bunda deyil. Rusiya kəşfiyyatı da, siyasi texnoloqları da Ermənistandakı real vəziyyəti bilir və Putinə ikili oyun oynamağı tövsiyə edirlər. Yəni, deyirlər ki, bir tərəfdən Köçəryan başda olmaqla Rusiya tərəfdarlarını maksimum müdafiə etməliyik; açıq və gizli, yaxud yarıaçıq, yarı gizli. Paşinyanla isə ipləri qoparmamalıyıq. Çünki Paşinyanın seçkidən qalib qüvvə kimi çıxmaq ehtimalı böyükdür. Ona görə də Kreml və Putin ikili oynamağa məcburdur...
-Sözsüz ki, Ermənistanda Köçəryan, Qarabağ klanı yenidən hakimiyyətə yiyələnsə, Azərbaycanın qalib gəldiyi savaşdan sonra revanşizm nümayiş etdirən bu qüvvələr hakimiyyətdə duruş gətirmələri üçün xeyli müddət nə Qarabağda sülh yaratmağa, nə də Zəngəzur dəhlizinin – Naxçıvana yolun açılmasına imkan verməməyə məcburdur. Bu da 10 Noyabr razılaşmasının əsas qarantı kimi Rusiyanın, o cümlədən Putinin şəxsi nüfuzuna, ilk növbədə Azərbaycan və Türkiyə ilə münasibətlərinə ciddi xələl gətirəcək. Yəqin ki, Rusiya lideri bu amilləri də nəzərə alır?
-Təbii ki, Köçəryan kimilər Rusiyanın zombiləridir və əgər onlar hakimiyyətə qayıdarlarsa, Azərbaycan da Qarabağ məsələsində, dəfələrlə dediyimiz kimi, sıfır nöqtəsinə qayıdacaq. Və bu halda üzərindən 30 il vaxt keçsə də, Rusiya yeni strateji şəraitə və şərtlərə uyğun olaraq Qarabağ ssenarisini işə salmaqla və “5-ci kalon”dan yararlanmaqla həm Ermənistanı, həm də Azərbaycanı qarışdıracaq...
Amma onu da nəzərə almaq lazımdır ki, Rusiyanın da vəziyyəti əvvəlki kimi birmənalı və asan deyil. Ona görə də Rusiya yalnız Ermənistanla deyil, Azərbaycanla da ikili oynamağa çalışır. Yəni Moskva Azərbaycan və Türkiyə ilə münasibətləri də nəzərə almağa məcburdur. Artıq Türkiyə faktoru Güney Qafqazda geopolitik bir gerçəklikdir. Yəni o baxımdan dediyiniz məsələlər yalnız Ermənistanla bağlı məsələlər deyil... Bütövlükdə regionla, bir az da genişləndirsək, ABŞ və Avropa Birliyi ilə münasibətlərlə bağlı tərəfləri də var. Bilirsiz ki, bu regional münaqişə artıq çoxdan beynəlmiləlləşib. Burada ABŞ, Türkiyə, AB, NATO-nun da maraqları var. Hələ mən Böyük Britaniya, Pakistan, İsrail kimi oyunçuları demirəm... Bir sözlə, Rusiya ilə bağlı bu və ya digər məsələlərdən danışarkən keçmiş paradiqmalardan çıxış etmək olmaz. Bu, yanlış olar. Vəziyyət tamamilə dəyişilib, oyunçuların sayı çoxalıbdır və Rusiya da yeni geo-siyasi situasiyanı nəzərə almağa məcburdur... Odur ki, Kreml Güney Qafqazda da əvvəlki kimi birmənalı, maksimalist siyasət apara bılməyəcək...
Oxşar xəbərlər
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
Xəbər lenti
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
