“Ziya Bünyadovun öldürüldüyü silah tapıldı ” - ŞOK

“Ziya Bünyadovun öldürüldüyü silahın tapılması möcüzədir”
Salman Əliyev: «Hacı Məmmədov xüsusi təhsilli, yüksək himayəli, peşəkar bir cinayətkar olub»
Sabiq polis zabiti Salman Əliyev Ziya Bünyadovun qətli ilə bağlı verdiyi açıqlamalarla ictimai diqqəti yenidən bu müdhiş cinayətə yönəltdi. O, açıqlamalarında həmçinin vaxtilə qətlin açılmasında göstərdiyi fəallığa görə təqib və təzyiqlərə məruz qaldığını da söyləmişdi. Lakin bu, epizodik xarakter daşıdığına görə qərara aldıq ki, Salman Əliyevlə daha geniş söhbət edək. Beləliklə, sabiq polis zabiti ilə müsahibəni təqdim edirik.
Naxçıvana 3 nəfər kürd əsilli şəxs keçmişdi
– Əvvəlcə bilmək istərdik ki, siz hansı xidmətlərinizə görə 2002-ci ildə “Igidliyə görə” medalı ilə təltif edilmisiniz?
– Öncə onu bildirim ki, digər sahələrdən fərqli olaraq, Daxili işlər Nazirliyində idarəçilik və iş prinsipləri nəzərə alınaraq, təltif olunanların bəziləri həqiqətən də real xidmətlərinə görə dövlət təltiflərinə təqdim olunurlar.
Onu da qeyd edim ki, əməliyyat işi elə bir sahədir ki, əməliyyat işçisinin harada işləməsindən asılı olmayaraq Respublikanın hər bir yerində əlaqələri və fəaliyyəti olmalıdır. Xidmətlərə gəlincə, bir sıra diqqəti cəlb edən xidmətlərimi qeyd etmək olar. 2002-ci ildə Iran tərəfdən Naxçıvan Muxtar Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə 3 nəfər kürd əsilli şəxslər keçmişdi. O zaman aldığım məlumat və rəhbərliyim altında həyata keçirilən uğurlu əməliyyat nəticəsində həmin 3 nəfər zərərsizləşdirildi, onların üzərindən 2 avtomat silah, 1 kiloqramdan artıq heroin, 1 ədəd PKK terror təşkilatına aid vəsiqə götürülərək, rəsmiləşdirilib istintaqa təqdim edildi. 2001- 2002-ci illər ərzində Naxçıvan ərazisində dəfələrlə külli miqdarda, çəkisi kiloqramlarla olan heroin, tiryək, həşiş, kokain və digər ağır narkotik vasitələr aşkar edib, istintaqa təqdim etmişəm. Bundan başqa, Bakı şəhərində ciddi rejimli cəzaçəkmə müəssisələrinin birində məhbuslar tərəfindən gizli olaraq 35 metrə yaxın yeraltı lağımın qazılması və həmin yerdə yaxın günlərdə 100 nəfərə qədər xüsusilə ağır cinayətlərə görə məhkum edilmiş məhbusların qaçmasına hazırlıq getdiyi haqqında məlumat əldə etdikdən sonra, hörmət etdiyim, inandığım bir nəfər polkovniklə birlikdə bu məlumatı yoxlayıb, aidiyyəti üzrə nazirliyin rəhbərliyinə məruzə etdik, dövlət əhəmiyyətli cinayətin qarşısı alındı, lağım betonlandı.
Saysız-hesabsız quldurluq, soyğunçuluq, qəsdən adam öldürmə, avtomobil və digər oğurluq cinayətlərinin üstünün açılması da mənim fəaliyyətimlə bağlı olub. Bütün bunlara görə “Igidliyə görə” medalı ilə təltif olundum.
Nazirə bələd olduğum üçün onu nazirlə görüşdürmək istəmirdim
– Sonra da bu medaldan imtina etdiniz…
– Bəli imtina etdim. Çünki haqsız yerə təqib olundum, təzyiqlərə məruz qaldım. Və qərara aldım ki, bütün olanlardan sonra bu medaldan imtina etsəm, daha yaxşı olar.
– Sizə verilmiş işgəncələrin, üzləşdiyiniz repressiya və təqiblərin səbəbi yalnız mərhum akademik Ziya Bünyadovun qətlinin açılması istiqamətində göstərdiyiniz fəaliyyətlə bağlı olub, yoxsa başqa səbəblər də var?
– Başqa səbəblər də var. Əvvəlcə mən bir neçə mühüm məqamı qeyd edim, sonra isə bu sualınıza cavab verim. Naxçıvan Daxili Işlər Nazirliyində baş əməliyyat müvəkkili vəzifəsində işlədiyim zaman əlaqəmdə olan bir nəfər onu nazir Əhməd Əhmədovla görüşdürməyimi xahiş etdi. Mən nazirə bələd olduğum üçün onu nazirlə görüşdürmək istəmirdim. Lakin həmin şəxs bir neçə dəfə təkid etdikdən sonra onları görüşdürdüm. Bilirsizmi, nə oldu? Bir həftədən sonra həmin şəxs mənə zəng edərək onunla görüşməyimi xahiş etdi. Görüş zamanı bildirdi ki, nazirin qardaşı, Şərur rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinin rəisi Mahir Əhmədov onun evinə gəlib və ona deyib ki, Salman Əliyev yevlaxlıdır, qazaxlıdır, nədir, bu gün-sabah belə-belə olub gedəcək. Sən onunla yox, mənimlə bir yerdə ol, biz yerli adamlarıq. Həmin şəxs isə cavabında “Mən Salman adlı adam tanımıram” deyə bildirib. Lakin Mahir Əhmədov ona bildirib ki, yox, belə deyil, siz ikiniz də birlikdə qardaşım, nazir Əhməd Əhmədovun yanında olmusunuz. Bütün bunlara baxmayaraq, qeyd etdiyim şəxs öz əqidəsinə sadiq qaldı və Əhmədovlardan uzaq oldu. Mən daxili işlər naziri Ramil Usubova bu barədə rəsmi bildirmişəm. Onun özü də əməliyyatçıdır, bunun nə olduğunu, əməliyyat işinə xəyanət olmasını və məsuliyyətini həmkarlarımız çox gözəl bilirlər.
MTN-də bir nəfər mənə dedi ki…
– Mahir Əhmədov nədən həmin şəxsin sizinlə əlaqəni kəsməsini istəyib. Ümumiyyətlə, həmin şəxs kim olub, bunu açıqlaya bilərsinizmi?
– Həmin şəxsin kimliyini açıqlaya bilmərəm. Mahir Əhmədovun istəyinə gəlincə, bu, artıq mənimlə bağlı planların başlanmasının təzahürü idi.
Həmin ərəfələrdə Naxçıvanın Milli Təhlükəsizlik Nazirliyinin arxa qapısı yaxınlığında, binaların arasında avtomobilimi saxlayıb bir nəfər Naxçıvanlı ağsaqqal ziyalı ilə söhbət edirdim. Nazirliyin qapısında postda duran çavuş əlini mən tərəfə uzadıb, nalayiq ifadələr işlədərək, avtomobili buradan götürüb uzaqlaşmağımı tələb etdi. Mən isə ona irad tutdum və tərbiyəli davranmasını tələb etdim. Bir neçə saat sonra “ratsiya” vasitəsi ilə yol polisi işçilərinə əmr edildi ki, mənim avtomobilim saxlanılsın. Polis işçiləri bu əmrin mənim avtomobilimlə bağlı verilməsini bildikdə Muxtar Respublikanın Daxili Işlər Nazirliyinə müraciət etdilər. Nazir Əhməd Əhmədov isə dedi ki, Salman Əliyev getsin MTN naziri ilə görüşsün. Mən gedib nazir Vəli müəllimlə görüşdüm. Məlum oldu ki, onlar belə bir saxta sənədləşmə aparıblar ki, guya mən nazirliyin qapısında postda duran əməkdaşı vurmaq istəmişəm, naziri, onun işçilərini təhqir etmişəm. Mən izah edəndə ki, həmin vaxt yanımda ziyalı ağsaqqal olub, bütün baş verənləri vətəndaşlar görüb, onlar söhbəti dəyişdilər. MTN-də bir nəfər mənə dedi ki, sənin göstəricilərin çox yüksəkdir və səndə olan məlumat Muxtar Respublikada heç kimdə yoxdur, sən isə bizdən qaçırsan.
Namiq Abbasova, Ramil Usubova teleqramlar vurdum
– Sizə əməkdaşlıq təklif edildi?
– Bəli. Həmin şəxs hazırda MTN-də generaldır. Mən isə onların bu təkliflərini və addımlarını öz rəisimin diqqətinə çatdırdım. O, bildirdi ki, bu barədə Muxtar Respublikanın rəhbərliyinə məlumat verəcək.
Elə bir gün olmayıb ki, mən təqib olunmayım, təzyiqlərə, böhtanlara və haqsızlıqlara məruz qalmayım. Saxta ittihamlarla, Azərbaycan Respublikası CM-nin 315.1. maddəsi ilə şərlənərək həbs olunmağımın, işgəncələrə məruz qalmağımın digər səbəbi Muxtar Respublikada 5 ayrı-ayrı epizodlar üzrə əldə etdiyim cinayət faktlarına dair maddi sübutlar və məlumatlar, qeydlər olub. Onlardan birini Naxçıvanda rəhbərliyə və aidiyyəti orqanlara təqdim etdim. Ciddi təqiblərə məruz qaldığım üçün həmin faktlara dair məlumatları hüquqşünas dostlarımın vasitəsi ilə, subardinasiyanı gözləməklə, aidiyyəti nazirliklərə çatdırdım. Bakıya gəlmək istədim, imkan vermədilər, məni təyyarədən düşürdülər. Həmin aviareysə qeydiyyatdan keçmiş biletim bu gün də şəxsi arxivimdədir. Mən Türkiyəyə getdim, oradan da keçmiş MTN naziri Namiq Abbasova, Ramil Usubova teleqramlar vurdum. Həmin teleqramların təsdiq olunmuş surətləri və göndərilmələri barədə qəbzləri bu gün də özümdə saxlayıram. Mən Naxçıvanı tərk edəndən sonra özlərinin uydurduqları saxta cinayət işi üzrə barəmdə axtarış elan edilməyinə baxmayaraq, Türkiyədən Moskvaya getdim və oradakı Azərbaycan səfirliyində oldum. Orada səlahiyyətli bir nəfərlə görüşdüm, bütün bu və digər məsələlərlə bağlı məlumatları onun diqqətinə çatdırdım. Təqdim etdiyim məlumatlar və sənədlər, maddi sübutlarla əlaqəli aparılan yoxlamalar nəticəsində, bir dostumun mənə deməsinə görə, təsdiqini tapıb. Həmin məlumatlar Naxçıvan əhalisinin, Qarabağ bölgəsinin, Azərbaycan xalqının, Türkiyə dövlətinin və türk millətinin, Avropa xalqlarının mənafeyinə zidd əməllərə dair idi. Bütün bunlara dair, hətta sonradan məlum olan faktlar haqqında məndə çoxsaylı mötəbər dəlillər, qeydlər, sübutlar mövcuddur. Bu barədə materiallar bir neçə müxtəlif etibarlı yerlərdə saxlanılır.
“Qarabulaq”dakı gizli çəkilişlər açılsa cəmiyyət şoka düşər
– Demisiniz ki, Ziya Bünyadovun qətlə yetirilməsində istifadə olunan silah “Qara Kəmər” əməliyyatı zamanı Hacı Məmmədovun dəstəsindən tapılaraq götürülüb. Sizcə, Hacı Məmmədov cinayət alətini niyə özündə saxlamalıydı? Bir də bu faktı nə üçün vaxtında açıqlamadınız?
– Bilirsiniz, mən peşəmə həddindən artıq bağlı, məlumatlı bir insanam. Bir məqamı nəzərinizə çatdırım – Ramil Usubovun qardaşı bir gün mənə dedi ki, sən əməliyyat işinin fanatısan. Bunun obyektiv və subyektiv səbəbləri var. Ona görə də məlumatın açıqlanacağı zamanı onun daşıyıcısı daha yaxşı bilir. Yetər ki, insan obyektivliyini itirməsin və qərəzli olmasın. Onu da qeyd edim ki, oradan tək silah yox, bir çox maddi sübutlar götürülüb. Hacı Məmmədov xüsusi təhsilli, yüksək himayəli, peşəkar bir cinayətkar olub. O, “Qarabulaq” istirahət mərkəzində elə gizli çəkilişlər aparıb ki, bu kasetlər açılsa, cəmiyyət şoka düşər. Silahın tapılması cinayətin açılmasının təsdiqi deməkdir. Bir qayda olaraq, cinayətkarlar öz əməllərində alət kimi istifadə etdikləri silahları və digər maddi sübutları etibarlı şəkildə yox edirlər. Ola bilər ki, Hacı Məmmədov həmin silahı kimlərə qarşısa təzyiq, şantaj vasitəsi kimi özündə saxlayıb. Onu da deyim ki, Ziya Bünyadovun qətlə yetirildiyi silahın belə asanlıqla tapılması möcüzədir.
– General Zakir Nəsirovu nazir Ramil Usubov da müdafiə edib. Siz də mətbuata verdiyiniz açıqlamalarda onu müdafiə etmisiniz. Onunla yaxın münasibətləriniz var?
– Mən vicdanım qarşısında, insanlıq borcumdan çıxaraq bu məsələ ilə bağlı həqiqətləri deməyi həmişə özümə borc bilmişəm. Zakir Nəsirovla bir neçə dəfə əməliyyat tədbirlərində görüşmüşəm, onunla söhbətim olub. Onun diqqətəlayiq şəxsiyyəti və fəaliyyəti barədə məlumatlıyam. Həqiqətən də o, çox vicdanlı və ləyaqətli, rüşvətdən, korrupsiyadan uzaq, səviyyəli bir generaldır.
Günlərin birində Zakir Nəsirov mənə dedi ki, səni nazirliyin aparatına, öz tabeliyimə işə dəyişmək üçün çalışacam. Sonradan bu cəhdinin alınmadığını bildirdi. Məni öz tabeçiliyinə işə götürməyə səlahiyyəti çatmayan bu vəzifəli şəxs necə ola bilər ki, Hacı Məmmədova himayədarlıq etsin?! Kim olub Zakir Nəsirov? O, istəsə belə, Hacı Məmmədova havadarlıq edə bilməzdi. Ona görə ki, Ramil Usubova nazirliyin komendaturasından tutmuş bir neçə digər idarələrindən mütəmadi olaraq hər bir əməkdaş haqqında məlumat çatdırılır. O zaman Ramil Usubovun oğlu da Zakir Nəsirovun tabeçiliyində işləyirdi. Hesab edirəm ki, Zakir Nəsirov əvvəlcədən düşünülmüş oyunların qurbanıdır. Məndə olan məlumata görə, Zakir Nəsirov bir neçə generalın məsuliyyətini öz üzərinə götürüb. Hamı bilməlidir ki, Zakir Nəsirov istəsə belə, Hacı Məmmədovla münasibətlərini qəlizləşdirə bilməzdi. O, peşəkar əməliyyatçı olaraq, öz addımlarının nəticələrini hesablayan və öncədən görən bir insandır. Nazir Ramil Usubov tərəfindən müdafiə olunmasına gəlincə isə, mən bu müdafiənin səmimiliyinə o qədər də inanmıram. Ona görə ki, Zakir Nəsirovun dövlətimiz qarşısında xidmətlərini, rüşvətdən və korrupsiya əməllərindən uzaq olmasını, digərlərindən fərqli olaraq, dəbdəbəli həyat yaşamadığını nazir Ramil Usubov yaxşı bilir. Nazir özü üçün atdığı bir neçə ciddi və təsirli addımlardan- mənim nə dediyimi o, yaxşı bilir – Zakir Nəsirov üçün də ata bilərdi.
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 2025 23:09
- Tramp : Putin gündüzlər XOŞ danışır, axşamlar isə hamını BOMBALAYIR..
14 iyul 2025 11:37
- Ərdoğandan PKK-nın tərk-silah olması ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
12 iyul 2025 15:49
- Tovuz döyüşlərindən 5 il ötür
12 iyul 2025 11:42
- Rusiya işğal olunmuş Ukrayna ərazisindən 4 MİLYON TON TAXIL OĞURLAYIB...
11 iyul 2025 13:39
- Terrorsuz Türkiyə : PKK bu gün SİLAHI YERƏ QOYACAQ
11 iyul 2025 09:48
- HÖKÜMƏ - kədərim mənim filmi bu tarixdə təqdim olunacaq
11 iyul 2025 02:05
- 100 qadını öldürmüşdü - Manyakın meyiti tapıldı
10 iyul 2025 12:29
- Putinin BU GÜN işdən qovduğu NAZİR özünü ÖLDÜRDÜ – ŞOK
7 iyul 2025 18:06
- Putin: 250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran BİZ OLMUŞUQ !
6 iyul 2025 18:14
- Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK
15 iyul 23:03
- Rusiya Şahin Şıxlinskinin oğlunu həbs etdi
15 iyul 22:36
- İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 iyul 12:31
- Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
15 iyul 11:42
- Tibbin atası İbn-i Sina-dan şəkər xəstəliyinə çarə
15 iyul 11:01
- Putin: Rusiyada QADIN çatışmır – Statistikanı özü etiraf etdi
15 iyul 01:21
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 00:33
- Orxon yazıları və ortaq Türk dili təklifi
14 iyul 23:09
- Tramp Putini hədələdi: Hamını aldadır, ona 50 gün vaxt verirəm...
14 iyul 22:43
- 37 ildir AYB-nin sədriyəm, söz verdiyim kimi vəzifəmdən GEDİRƏM, qoy sevincləri artıq olsun - ANAR
14 iyul 12:58
- Amerikalı milyarderin SON sözləri: Uşaqlarınıza VARLI olmağı yox, XOŞBƏXT olmağı öyrədin
14 iyul 11:53
- Tramp : Putin gündüzlər XOŞ danışır, axşamlar isə hamını BOMBALAYIR..
14 iyul 11:37
- Çeçen qızı Lauranı Tiflisdə oğurladılar !
14 iyul 10:16
- AZƏRSUN ilə Müdafiə Nazirliyi arasında OTKAT 20 MİLYON
14 iyul 09:58
- Putin: Rusiya MƏHV olacaq, ya da , ümumiyyətlə, OLMAYACAQ....
14 iyul 09:05
- Qaranlığa qərq olan Bakı küçələri - TƏHLÜKƏLİ VƏZİYYƏT -VİDEO
14 iyul 08:49
- ABŞ Dövlət Departamentində 1 300 nəfər ixtisar edildi — Zaxarovadan kinayəli reaksiya
14 iyul 01:27
- Xəstəxanada intim görüntüləri yayılan şöbə müdiri ərizə yazdı – ŞOK detallar üzə çıxdı
14 iyul 01:10
- Xocalının bu kəndlərinə İLK KÖÇ olacaq
14 iyul 00:24
- Ət bahalaşdı: Yeni qiymət VİDEO
14 iyul 00:07
- FSB Rusiyaya 7 milyard dollarlıq ziyan vuran polkovniki öldürdü. Qatillərdən biri 34 yaşlı azərbaycanlı qadındır?
13 iyul 22:45
- Rusiyada azərbaycanəsilli polis rəisi saxlanılıb
13 iyul 20:51
- Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak oldu
13 iyul 19:53
- Dünyanın 28 ÖLKƏSİ Quba rayonundan KİÇİKDİR - SİYAHI
13 iyul 12:02
- Prezident olmaq çox təhlükəli işdir - Tramp
13 iyul 11:29
- Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOLAR
13 iyul 10:11
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 09:23
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 08:47
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 08:11