Ağsuda polisin təhqir etdiyi Bakı sakini nazir Vilayət Eyvazova müraciət etdi
Azərbaycan vətəndaşı artıq hüquqlarının qorunması üçün qanuni yollardan istifadə edir. Əslində bu hüquq müstəvisində atılan müsbət addımların nəticəsidir.
Bizimxeber.az-ın redaksiyasına əslən Ağsu rayonundan olan, hazırda Bakı şəhəri Xətai rayonunda yaşayan Samir İsmayılzadə adlı vətəndaşın Azərbayсan Respublikasının Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazova ünvanladğı müraciəti daxil olub.
Vətəndaş Samir İsmayılzadə müraciətində qonaq getdiyi Ağsu rayonunda tanımadığı polis nəfəri tərəfindən heç bir əsas olmadan təhqir və təhdid edildiyini yazır, nazir, general-polkovnik Vilayət Eyvazovdan ona qarşı səbəbsiz olaraq sərgilənən bu sərt münasibətin araşdırılmasını, polis nəfərinin qanunla tənbeh olunmasını xahiş edir.
Müraciətin maraqlı olduğunu nəzərə alıb olduğu kimi təqdim edirik.
Azərbayсan Respublikasının Daxili İşlər naziri
general-polkovnik Vilayət Eyvazov Cənablarına
Azərbaycan Respublikasının vətəndaşı,
Xətai rayon sakini Samir İsmayılzadə tərəfindən
Müraciət
Çox hörmətli nazir, general-polkovnik Vilayət Eyvazov!
Sizə bu müraciəti Müstəqil Azərbaycan Respublikasının qanunlarına hörmət edən, Azərbaycan polisinin dövlətimizin və vətəndaşlarının keşiyində şərəflə dayanmasına səmimiyyəti ilə inanan bir azərbaycanlı olaraq edirəm.
Cənab nazir!
Mən Samir İsmayılzadə Ağsu rayonunda doğulmuşam. Tale elə gətirib ki, 10 yaşımda ailəmlə birlikdə Bakıya köçməli olmuşam. Amma doğulub boya-başa çatdığım el-obamı unutmamışam, tez-tez rayondakı qohum əqrəbalarıma baş çəkirəm, el-obamın xeyir-şərində iştirak edirəm.
Amma bu günlərdə 11 aprel 2021-ci ildə doğulduğum, sevə-sevə gedib-gəldiyim Ağsu rayonunda raslaşdığım hadisə mənə çox pis təsir etdi, özümü ölkəmdə aşağılanmış, təhqir edilmiş kimi hesab etdim. Vaxtınızı çox almadan qısaca deyim ki, rayonda olarkən, heç bir artıq hərəkət etmədiyim, qanunun tələblərini pozmadığım halda, günün günortasında rayonun post-patrul xidmətinin polis nəfəri tərəfindən təhqir edildim, aqressiv münasibətlə rastlaşdım, hətta təhdidə məruz qaldım.
Sonradan öyrəndim ki, məni heç bir əsas olmadan təhqir və təhdid edən Anar Həmidov adlı Agsu rayon Polis Şöbəsinin polis çavuşudur. Polis nəfəri Anar Həmidovun patrul avtomobilindən düşmədən, özünü təqdim etmədən, sadəcə avtomobilin pəncərəsindən mənə qarşı yazmağa belə utandığım ifadələrlə olan davranışının şahidi oldum.
Anar Həmidovun vətəndaşa və polisə yaraşmayan ifadələrlə olan münasibətinin ardınca əsassız olaraq - “səni basıb maşına apararam”, “mən səni bilərəm neyniyərəm” kimi hədələri davam etdi.
Təbii ki, mən Azərbaycan polisinə və qanunlara hörmət çərçivəsində nə baş verdiyini soruşmağa, vətəndaş olaraq heç bir səhv addım atmadığım üçün hansı səbədən belə davranışla üzləşdiyimi söruşmağa çalışdım. Cavabında isə “görüşərik”, ”bu nə suallardır verirsən?, Sən kimsən?” kimi təhdilərini eşitdim. Mən isə polisə hörmət əlaməti olaraq qismən susmaqla davranış nümayiş etdirdim.
Baş verən bu hadisə mənə olduqca pis təsir edib. Öz rayonumda, vətənimdə günahsız olduğum halda heç bir səbəb olmadan təhqir, təhdid olunmağım anlaşılan deyil.
Həmçinin polis çavuşu Anar Həmidovun dediyi - “səni biləcəm neyniyəcəm”, “görüşərik” kimi təhdidi artıq Ağsu rayonunda özümün və ailə üzvlərimin təhlükəsizliyi sual altında qoyur.
Sizin uzun illər Azərbaycanda polis sisteminin formalaşmasında yorulmadan gördüyünüz uğurlu fəaliyyət göz önündədir və vətəndaş olaraq Sizin rəhbərliyiniz altında çalışan polisə güvənirik.
Bəzən isə Anar Həmidov kimi polislərin vətəndaşla etinasız və təhqiredici davranışları sizə müraciət etmək məcburiyyəti yaradır.

Çox hörmətli general-polkovnik!
Sizdən xahiş edirəm ki, Ağsu rayonunda məni təhqir edən, vətəndaş olaraq mənə göstərdiyi aqressiv münasibətinə, polisə yaraşmayan hərəkətlərinə, ifadələrinə görə, Anar Həmidovun əməllərinə qanunların imkan verdiyi şəkildə qiymət verilməsinə şərait yaradasız.
Bir vətəndaş olaraq gecə gündüz dövlətimizin və millətimizin keşiyində dayanan polisin adına belə hallarla ləkə gətirilməsini istəməzdim. Amma belə polislərə adi davranış qaydalarının öyrədilməsi də vacib məqamlardandır.
Biz demokratik və qanunların var olduğu bir ölkədə yaşayırıq. Hesab edirəm ki, şərəfli Azərbaycan polisi olan yerdə vətəndaşlar incidilə, təhqir edilə, özünü təhlükədə hiss edə bilməz.
Onu da bildirim ki, polis çavuşu Anar Həmidov tərəfindən təhqir və aqressiv təzyiqə məruz qaldığım gün (11.04.2021) baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin elektron ünvanı vasitəsi ilə məlumat ünvanlamışam.
Mən Sizin bu hadisənin qanun çərçivəsində araşdırılacağına və aidiyyatı üzrə tənbeh tədbirlərinin görüləcəyinə inanıram.
Öncədən təşəkkür edirəm.
Hörmətlə, Müstəqil Azərbaycan Respublikasının vətəndaşı Samir İsmayılzadə.
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
5 aprel 2026 16:25
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
5 aprel 2026 15:12
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
5 aprel 2026 12:04
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
4 aprel 2026 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
4 aprel 2026 00:06
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
3 aprel 2026 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
- Badamdarda sürüşmə: Nazir hadisə yerində (FOTO/VİDEO)
05 aprel 15:09
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
