Dilqəm Əsgərov: Şahbaz Quliyev Paşinyanın dostudur ŞOK
Bu gün Kəlbəcərdə ermənilər tərəfindən öldürülən Həsən Həsənovun doğum günüdür.
Moderator.az-ın əməkdaşı H. Həsənovun necə öldürülməsi ilə bağlı D .Əsgərova sual ünvanlayıb. D. Əsgərov deyib ki, bunu Şahbaz Quliyevdən soruşun və hətta suala görə əsəbiləşib: “Allah Həsənə rəhmət eləsin. Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun. Şahbaz deyir ki, Həsən guya yaralı halda gəlib yanımdan keçdi. Haram olsun Şahbaza, o, nə üzlə Həsənin qəbrinin üstünə gedib. Mən Həsənin vurulduğunu görməmişəm. Mən indi Qubadayam. Çox təəssüf ki, Həsənin doğum günündə onun qəbrini ziyarət edə bilmədim”. Məsələ ilə bağlı Şahbaz Quliyevlə də əlaqə saxlanılıb. Lakin o, danışmaq istəmədiyini bildirib: “Dilqəm haqqımda nə deyir özü bilər. İndi bu haqda heç nə danışmaq istəmirəm. Buna imkanım da yoxdur. Sonra nə vaxtsa görüşüb danışarıq”. Həsən Həsənovun qardaşı Nail Həsənov isə bunları deyib: “Bu gün Həsənin məzarını ziyarətə Şahbaz da gəlmişdi. Şahbazla Dilqəm bizə ziddiyyətli məlumatlar verirlər. Şahbaz deyir ki, mən tutulandan üç gün sonra Həsən şəhid olub. Dilqəm də deyir ki, mən Həsənin şəhid olmasını görməmişəm. Burda məcburuq ki, Dilqəmin üzərində dayanaq. Dilqəm özü deyirdi ki, Həsənlə bir yerdəydik. Onunla görüşdük, amma 15-20 dəqiqənin içində bütün bunları danışmaq mümkün deyildi. Dilqəm deyirdi ki, Həsəni Zod qızıl yatağı tərəfdə vurdular. Amma ermənilər yazırdı ki, Xankəndində Həsənin meyitini Şahbaza və Dilqəmə göstərdik. Onlar hər ikisi meyiti tanıdı. Amma indi ikisi də deyir ki, Həsənin meyitini görməmişik. Yəni bu cür ziddiyyətli məsələlər var”. N. Həsənov deyib ki, hələ indiyə kimi şəhid qardaşının sığorta pulunu ala bilməyiblər: “Biz hələ indiyə kimi Həsənin sığorta pulunu ala bilməmişik. Yeddi ildir ki, get-gəldəyik. Bir də ölkə başçımızdan xahişimiz odur ki, Həsəni bu qəhrəmanlığına görə medalla təltif etsin”.
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Əliyev və Paşinyan yaxşı liderlərdir - Tramp
5 fevral 2026 22:49
- Ərdoğandan İlham Əliyevə təbrik
4 fevral 2026 23:29
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Şahin Bağırova general-polkovnik, üç nəfərə general-mayor rütbəsi verildi
29 yanvar 2026 19:34
- Ramiz Mehdiyevin adı keçən 18 illik uşaq oğurluğu dosyesi yenidən açılır – DTX-dən cavab
27 yanvar 2026 21:29
- DTX səfirliyə terror hücumunun qarşısını aldı - Xüsusi əməliyyat - Video
27 yanvar 2026 11:44
- Dövlət əleyhinə açıq çağırışlar edən Murad Quliyevə hökm oxundu
26 yanvar 2026 12:38
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
