"Laçın koridoru" məsələsində yol verdiyimiz ciddi səhv
"Laçın dəhlizi" ifadəsiylə o ərazidən sanki beynəlxalq hüququn subyektlərini ya da bir dövlət ilə onun anklav ərazisini birləşdirən bir yol kimi bəhs etmək doğru deyil”.
Qaynarinfo xəbər verir ki, bu sözləri politoloq Araz Aslanlı Qarabağ məsələsində yaranmış vəziyyəti şərh edərkən deyib. Onun sözlərinə görə, "Dağlıq Qarabağ” ifadəsinin mediada və diplomatik müzakirələrdə işlənilməsi düzgün deyil:

"1998-ci ildən başlayaraq Azərbaycanda "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi olmadığını, "Dağlıq Qarabağ" ifadəsinin qüsurlu olduğunu, bu ifadənin işlədilməməli olduğunu irəli sürdük, Azərbaycan mediasına bununla bağlı geniş izahatı və təklifləri əhatə edən müraciətlər göndərdik. Türkiyədə və Azərbaycanda keçirilən konfranslarda münaqişənin mahiyyət və terminologiyası ilə bağlı məruzələr etdim, münaqişəyə yanaşma strategiyamızı dəyişdirməli olduğumuzu bildirdim. Çox məntiqli və haqlı olduğumuzu dedilər. Amma uzun müddət demək olar ki, nəzərə alan olmadı. İndi sevinirik ki, bu mövqe ən yüksək səviyyədə dövlət tərəfindən qəbul və elan olunur.
Amma başqa problemli yanaşma və ifadə davam edir: "Laçın koridoru" ("Laçın dəhlizi")
Ola bilsin ki, yanaşmam düzgün deyil. Amma mənim fikrimcə, ölkəmizin bir inzibati ərazi vahidini digər inzibati ərazi vahidinə, ya da dövlət sərhədinə birləşdirən yol dəhliz ("koridor") adlandırıla bilməz. "Laçın dəhlizi" kimi adlandırılan ərazi Xocalı və Şuşa rayonlarını, eləcə də Xankəndi şəhərini Azərbaycan-Ermənistan sərhədinə bağlayan yoldur.
Bu yol və ərazilərimizin digər müəyyən hissəsi üzərində suverenliyimizi bərpa etməməyimiz başqa (arzuolunmaz) məsələdir, inşallah uğurlu strategiya ilə o məsələ də həll olunar. Amma "Laçın dəhlizi" ifadəsiylə o ərazidən sanki beynəlxalq hüququn subyektlərini ya da bir dövlət ilə onun anklav ərazisini (Azərbaycan ilə Naxçıvan MR, Rusiya ilə Kalininqrad və s.) birləşdirən bir yolmuş kimi bəhs etmək doğru deyil. Termin və yanaşmalar strategiyanın vacib parçalarıdır. Bu səbəbdən çox diqqətli olmalıyıq”.
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 2026 16:17
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Mehdiyevi AMEA-dan çıxardacaqdılar, yatdılar - İclasdan maraqlı (FOTOLAR ) )
25 fevral 2026 18:45
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
22 fevral 2026 23:08
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
Xəbər lenti
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
