Atatürkün dostunun qızı ilə evlənən azərbaycanlı aktyor
Maqazin17 aprel 2021 18:43
"Tanımadığımız azərbaycanlılar” rubrikasında dünyaca məşhurlaşan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.
Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs Türkiyə teatr və kinosunun ən məşhur simalarından biri olub.
Muəmmər Qaraca – türkiyəli teatr və kino aktyoru. Türk teatrının unudulmaz tamaşalarından biri olan "Cibali Polis Bölməsi”nin müəllifi və "Muəmmər Qaraca” Teatrının qurucusudur.
Muəmmər Qaraca 1906-cı il noyabrın 8-də İstanbulda anadan olub. Əsl adı Muəmmər Rövşəndir. Aktyorun azərbaycanlı kökənli ailədə doğulduğu deyilir.
Muəmmər Qaracanın qohumluq bağları olmasa da, başqa bir Azərbaycan əsilli həmkarı Məhmət Qaraca ilə yaxın dostluq münasibətləri saxlayıb. Məhmət Qaraca məşhur rokçu Cem Qaracanın atasıdır.
Baytarlıqdan sənətə
Hələ uşaqlıqdan sənətə maraq göstərən Qaraca baytarlıq təhsilini yarımçıq qoyaraq teatra üz tutub. İlk dəfə 1923-cü ildə Sahir Opera Teatrında səhnəyə çıxıb. 1924-cü ildə Darülbədayidə (İstanbul Şəhər Teatrı) fəaliyyətə başlayıb və "Rəngli fənər” tamaşasında rol alıb.
1930-cu ildə Sürəyya Operasında qısamüddətli təcrübədən sonra Darülbədayiyə qayıdıb. 1942-ci ilədək burada işləyib. Həmin dönəmdə "Kəllə və ölü evi” (Nazim Hikmət), "Per Günt” (İbsen), "Dəbdəbəli həyat” (Rey Qardaşları) və "Dəli-dolu”, "Müfəttiş” (Qoqol), "Yarasa” (Strauss) kimi bir çox tamaşa və operettalarda rol alıb.
Atatürkün silahdaşı
İzmirdə qastrol səfərində olarkən Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün silahdaşlarından biri olan dönəmin İzmir valisi Kazım Dirikin qızı Şükran xanımla tanış olub və evlənib.
Bu evlilik ailəsi icazə vermədiyi üçün Şükran xanımın qaçırılması nəticəsində baş tutub. Dövrün mətbuatında bu olay rezonans doğurub. Qayınatasının istəyi ilə teatrdan ayrılıb. Bir müddət Turhalda yaşayıb və Turhal şəkər zavodunda inzibati nəzarətçi olaraq işləyib.
Lakin tezliklə teatra qayıdıb. Şükran xanımla evliliyi 1950-ci illərin əvvəllərində sona çatıb.
Teatr səhnəsində
1933-cü ildə Səfiyyə Ayla ilə birgə rol aldığı "Alabanda revusu” tamaşası ilə məşhurlaşıb. 1945-ci ildə bir müddət Səs Operasında işlədikdən sonra Qaraca Operasını qurub. 1950-ci ildə bağlanan Qaraca Operasında Cəlal Sururi, Tevhid Bilgə, Toto Qaraca, Müzəffər Həpgülər və Adilə Naşid kimi oyunçular səhnəyə çıxıb.
Dönəmin Baş naziri Adnan Menderesi satirik tənqidə məruz qoyan "Adnan bəy eşitməsin” adlı tamaşası çox populyar olub. Muəmmər Qaraca bununla yanaşı "Sabiq nazir”, "Lahmacun cümhuriyyəti”, "Dəmirələ söyləyərəm” və özünün yazdığı "Senator” kimi satirik tamaşaları dövrünün siyasi olaylarından bəhs edib. Tamaşaçı auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.
1955-ci ildə İstanbulda Muəmmər Qaraca Teatrını qurub. Teatrın açıldığı il "Cibali Polis İdarəsi” adlı tamaşanı səhnələşdirib. Cibali qəsəbəsində yaşayan insanlarla polis arasındakı yaxın əlaqələrdən bəhs edən tamaşa 16 ildə üç mindən çox səhnəyə qoyulub.
1966-cı ildə Hülki Sanərin rejissorluğu ilə bədii film kimi ekranlara çıxarılıb.
Rol aldığı filmlər
Kino karyerası 1933-cü ildə başlayan Qaraca müxtəlif illərdə çəkilən "Söz bir, Allah bir (1933), "Milyon ovçuları” (1934), "Allahın cənnəti” (1939, "Akasya sarayı” (1940), "İstanbulun ulduzları” (1952), "Rəisin qızı” (1974) kimi filmlərdə rol alıb.
Aktyora məşhurluq qazandıraan Möhsün Ərtuğrulun 1938-ci ildə çəkdiyi "Arvadım mənə xəyanət edərsə” idi. "Cibali Polis İdarəsi” kimi teatr əsaslı bəzi filmlərdə baş rollarda oynayıb.
Qaracanın rol aldığı sonuncu film ölümündən üç il əvvəl çəkilən "Şəhvət qurbanı Şövkət bəy”dir. Aktyor karyerası ərzində ümumilikdə 19 filmdə rol alıb.
Son illəri
Teatr rəhbəri olduğu dönəmlərdə Münir Özkul və Tevhid Bilgə kimi sənətkarların truppalarının səhnəyə çıxmasına yardım edib.
Öz truppası dağıldıqdan sonra isə başqa teatrlarda rejissor və aktyor kimi fəaliyyət göstərib.
Ömrünün son illərində borclanıb. Borclarını ödəmək üçün qurduğu teatrın binasını bələdiyyəyə satıb. İstanbulda inşa edilən həmin bina indi də teatr kimi fəaliyyət göstərir.
Muəmmər Qaraca 1978-ci il aprelin 28-də İstanbulda vəfat edib.
Mənbə: Teleqraf.com
Oxşar xəbərlər
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- Moskva terrorunda azərbaycanlı kişi və erməni xanımı da öldürülüb
24 mart 2024 20:47
- Bağanis-Ayrım soyqırımından 34 il ötür - VİDEO
24 mart 2024 19:54
- Ukraynada daha bir azərbaycanlı hərbçi öldü - Foto
24 mart 2024 05:46
- Moskvada terror aktında azərbaycanlı Vüqar Hüseynov həlak olub
23 mart 2024 14:53
- 17 yaşlı azərbaycanlı qız Moskva terrorunda həlak oldu
23 mart 2024 08:46
- Ölənlərin sayı 99 nəfərə çatdı - Video + Yenilənib
23 mart 2024 08:10
- Emindən ilk - Reaksiya
23 mart 2024 08:04
Xəbər lenti
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
Video & Fotoqalereya
Video
Fotoqalereya