Azərbaycanda avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və...
Müsahibə18 aprel 2021 16:27
“45 ildən çoxdur ki, sükan arxasındayam. O vaxt avtomobil idarə edən 3 xanım var idi, mən, Flora Kərimova və Əminə Yusifqızı. Aktrisalar içərisində ilk avtomobili mən sürmüşəm. Sürücülük həvəsi məndə ehtiyacdan yaranıb. Belə ki, həyat yoldaşım xəstə idi, məcbur idim ki, bütün evin işini mən görüm. Övladlarımı məktəbə, bağçaya aparıb qoyurdum. O vaxt mənə yaxşı da baxan var idi, pis də. Deyirdilər ki, buna bax, əri maşın sürməyə icazə verib. Ailəm üçün istifadə etdim maşından, uşaqlarımızı böyütdük, elə bilin ki, bu bizim ikinci köməkçimiz idi. Yoldaşımı işə aparıb qoyurdum, evə bazarlıq edirdim. Dükan-bazar hamısı üstümdə idi. Elə gün olub ki, 300 kilometr maşın sürmüşəm”
Bunu Moderator.az-a açıqlamasında aktrisa Məsumə Babayeva bildirib. Aktrisa avtomobildən uzaq düşməsinin səbəblərindən də danışıb.
“Yadımdadır, o vaxt avtomobilimi həyat yoldaşımla birlikdə almışdım. Maşını o qədər çox sevirdim ki, heç vaxt ağlıma gəlməzdi ki, ondan bu qədər uzaq qalacam. İndi isə sevmirəm, nifrət edirəm. İndikindən uzaq, nəvəm avtomobil qəzasında dünyasını dəyişəndən sonra maşına əzrail gözü ilə baxıram. Hər il dünyada, ölkəmizdə avtomobil minlərlə insanların həyatına son qoyur. İndi maşınsızam, ya avtobusdan, ya da taksidən istifadə edirəm. Vaxtilə mənə çox yaxın yoldaş olan olan maşın indi mənim düşmənimdir. Bundan sonra avtomobil idarə etməyi düşünmürəm” deyə aktrisa bildirib.
Aktrisa hal-hazırda Gənc Tamaşaçılar Teatrında çalışdığın bildirib.
“Biz sənətçilər sənətsiz yaşaya bilmərik. Hal-hazırda pandemiya hökm sürür. Mən teatrda müqavilə ilə çalışıram. Zəng edirlər ki, Məsumə xanım sabaha tamaşanız var, mən də onda gedirəm. Teatrların pərdələri tamaşaçı üçün darıxıb. Mən teatra gələndən fəaliyyətdə olmuşam. İstedadıma görə işlərim də çox olub. Hər zaman da teatrda baş rollar, xarakterik obrazları canlandırmışam. Öncə oğlan, sonra isə ana və nənə rolları. Hər zaman tələb olunan aktrisa olmuşam. İş olanda yaşama stimulum artır” deyə Məsumə Babayeva deyib.
Oxşar xəbərlər
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 2024 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 2024 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Bu gün ilk Qədr gecəsidir
28 mart 2024 17:37
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 2024 12:47
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 2024 08:37
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 2024 10:10
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
Xəbər lenti
- Nazir sabiq rəisə yeni vəzifə verdi - Polkovnik özünə xidməti maşın aldı
29 mart 16:41
- Nobel mükafatı laureatına Azərbaycanda vəzifə verildi
29 mart 16:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 16:26
- Papa qadın məhbusların ayaqlarını yuyub öpdü
29 mart 10:44
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
Video & Fotoqalereya
Video
Fotoqalereya