Prezident Xanım İbrahimovanı geri çağırdı- O kimdir
Dünya24 aprel 2021 13:10
Azərbaycanın İsveçrə Konfederasiyasında və Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri Xanım Məmməd qızı İbrahimova vəzifələrindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Səfir Xanım İbrahimova beynəlxalq münasibətlər və diplomatiya sahəsində 20 illik iş təcrübəsinə malikdir.
X.İbrahimova Azərbaycan Dövlət İqtisad Universitetindən beynəlxalq maliyyə ixtisası və dünyanın nüfuzlu təhsil ocaqlarından olan ABŞ-ın Kolumbiya Universitetindən beynəlxalq sosial inkişaf ixtisası üzrə iki magistr dərəcəsinə malikdir.
1998-ci ildə o, Avropa İttifaqının Azərbaycan bölgələrinin inkişafını nəzərdə tutan birgə proqramında işləyib.
2000-ci ildə X.İbrahimova BMTİP-nin Azərbaycan Nümayəndəliyində Azərbaycan Hökuməti ilə birgə Fövqəladə halların idarə edilməsi layihəsi üzərində çalışıb. Qeyd olunan layihə sonralar təsis edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əsasını təşkil edib.
Azərbaycanda diplomatik xidmət sıralarına qoşulmadan əvvəl o, 2003-cü ildə BMT-nin Nyu-Yorkda yerləşən Baş Qərargahında İnkişaf Siyasəti Bürosunda layihələndirmə mütəxəssisi və 2004-cü ildə isə ən strateji bürolardan birində - Böhranların Qarşısının Alınması və Bərpa Bürosunda layihə meneceri (P-4) vəzifəsində işləyib. X.İbrahimova burada minalardan əziyyət çəkən ölkələr üçün böhranın qarşısının alınması və ərazilərin bərpası istiqamətində vəsaitin toplanması üzrə iş aparıb.
O, 2006-cı ildə xarici işlər nazirinin də dəstəyi ilə Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) konsepsiyasını hazırlayıb və həyata keçirib. Qeyd olunan agentlik hazırda Azərbaycanın beynəlxalq yardım sahəsində fəaliyyət göstərən əsas qurumudur. Bu qurumun həm strategiya, həm də hüquqi bazasının müəllifi kimi Xanım İbrahimova BMT-nin İnkişaf proqramı çərçivəsində topladığı vəsait hesabına Azərbaycan Diplomatik Akademiyası ilə birgə ilk texniki yardım layihələrini hazırlayıb və həyata keçirib. Peşəkar fəaliyyəti dövründə o, eyni zamanda Azərbaycan Diplomatik Akademiyasında beynəlxalq tələbələrlə bağlı müxtəlif layihələrin müəllifi və icraçısı olub.
X.İbrahimova, həmçinin Azərbaycan Respublikasının Avstriyadakı Səfirliyi və ATƏT yanında Daimi Nümayəndəliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Fəaliyyəti dövründə o, ATƏT çərçivəsində keçirilmiş müzakirələrdə Azərbaycanı təmsil edib, Azərbaycan Respublikası Prezidentinin başçılığı ilə geniş tərkibli ilk Azərbaycan-Avstriya Biznes Forumunu təşkil edib.
Səfir təyin olunmadan əvvəl o, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir vəzifəsində işləyib. Nümayəndəlikdəki fəaliyyəti dövründə X.İbrahimova dəfələrlə BMT üzvü olan dövlətlər tərəfindən BMT-nin müxtəlif komitələrinin sədr müavini seçilib. BMT-nin siyasi cəhətdən mühüm bir bəyannaməsinin BMT üzvü olan 150 ölkə arasında konsensus yolu ilə qəbul edilməsinə nail olduğuna görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bunadək o, xarici işlər naziri tərəfindən "Təşəkkür məktubu” verilmiş və "Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif olunmuş səfirlər də daxil olmaqla on ən yüksək səviyyəli diplomatdan biri olub.
O, 2017-ci ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Xanım İbrahimova Bakı şəhərindən anadan olub. Evlidir, iki övladı var.
Oxşar xəbərlər
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
Xəbər lenti
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
Video & Fotoqalereya
Video
Fotoqalereya
