Kəmaləddin Heydərovla Ramin Bayramlı niyə susur?

Bir neçə gündür ki, “Yeni Klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin həbsi sosial şəbəkələrdə vətəndaşlar tərəfindən müzakirə olunur. Maraqlıdır ki, Baş Prokurorluğun istintaqla bağlı açıqlamasından sonra bu prosesdə məsul olan heç bir qurum bu məsələyə aydınlıq gətirmədi.
“Qafqazinfo” xəbər verir ki, artıq bu mövzu mətbuatda, sosial şəbəkələrdə geniş müzakirə olunur. Lakin bu məsələ cəmiyyət üçün yad mövzu deyil. Çünki pandemiya dövründə dəfələrlə müxtəlif şəxslər sosial şəbəkə hesablarında “COVID-19” virusuna yoluxan şəxsin xəstəxanaya yerləşdirilməsi üçün həkimlərin rüşvət tələb etdiyini bildirmişdi. Elə həmin zaman vətəndaşların açıqladığı rəqəmlər rəsmi məlumatda qeyd olunan rüşvətin məbləği ilə üst-üstə düşür. Xəstə yaxınları bu barədə dəfələrlə TƏBİB-ə və FHN rəhbərliyinə müraciət edərək şikayət etdiklərini də bildirmişdilər.
Lakin bu günədək nə TƏBİB, nə də FHN bununla bağlı ya daxili araşdırma aparmayıb, yaxud da aparıbsa, zəhmət çəkib ictimaiyyətə bu barədə məlumat verməyib. Əgər aylar öncə bu şikayətlər istiqamətində araşdırma aparılsaydı, bu gün istintaqın ortaya çıxardığı məqamlar elə həmin zaman da aydın olardı.
Ya bu iki qurumun rəhbər şəxsləri məsələni araşdırmaqda maraqlı olmayıb, yaxud araşdırma aparılıbsa da, bu gün istintaqın gəldiyi nəticədən “fərqli” nəticə əldə ediblər. Yoxsa, adıçəkilən şəxslər qolları qandallanadək kresloda qalmazdı.
Pandemiya dövründə ilk aylarda olan psixoloji sarsıntı cəmiyyətin böyük kəsimini əhatə etmişdi, psixoloqlar kütləvi depressiya halları ilə bağlı həyəcan siqnalı çalırdılar. Bu zaman xəstəxanalarda yerlərin tapılmaması insanlarda bir neçə ay öncə monitorlardan izlədikləri “İtaliya variantı”nın bizdə də yaşanacağı qorxusunu artırırdı.
Belə bir məqamda, dövlətin böyük həcmli “Yeni klinika”nı müasir avadanlıqlarla təchiz edərək istifadəyə verməsi, qısa müddətdə modul tipli xəstəxanaları hazırlaması vətəndaşları neqativdən pozitivə doğru çəkdi. Artıq tibb sahəsinə düşən yük xeyli azaldı və çarpayı fondu artdı. Bu prosesin vaksinin hazırlanması qədər önəmli bir iş olduğunu desək, yanılmarıq. Çünki bununla da əhali psixoloji çöküşdən xilas edildi. Lakin bunun ardınca müəyyən vəzifəli şəxslərin tamahkarlıq niyyətləri insanlarda yenidən bu prosesə, dövlətin həyata keçirdiyi işlərə inamı şübhə altına almağa başladı. Burada həbs edilən şəxslər cinayət məsuliyyəti daşısalar da, onların rəhbərləri də ictimai məsuliyyət daşıyırlar.
Dövlətin hələ 2020-ci ilin yanvar ayından pandemiyaya hazırlaşdığı, müasir laboratoriyalar əldə etdiyi, beynəlxalq bürokratik əngəllər fonunda testləri ilk olaraq aldığı, tibb işçilərinin gecə-gündüz boğulan xəstələri xilas etməyə çalışdığı, aylarla ailə üzvlərini görə bilmədiyi bir məqamda kimlərinsə öz ciblərini doldurması bu prosesdəki hər bir şəxsin əziyyətini kölgə altına alır.
Bu sadalananları nəzərə alaraq, Kəmaləddin Heydərov və Ramin Bayramlının tabeliklərindəki şəxslərin dövlətə və cəmiyyətə vurduğu mənəvi zərərin nəticələrinin aradan qaldırılması üçün gördükləri və ya görəcəkləri işlər barədə açıqlama verərək bu “inam şübhəsi”ni darmadağın etməlidirlər. Pandemiyanın hələ bitmədiyini nəzərə almalıyıq.
Bu xoşagəlməz halların ardından səhiyyə naziri Oqtay Şirəliyev 16 ildən sonra vəzifəsindən uzaqlaşdırıldı. Məsələyə şərh verən ekspertlər bu qərarın da bu prosesin davamı olduğu qənaətindədirlər. Görünür, cəzalandırma prosesi müxtəlif yollarla davam edəcək.
Deputatlar, həkimlər, ictimaiyyət nümayəndələri pandemiyanın hökm sürdüyü bir vaxtda bu şəxslərin vəzifələrindən sui-istifadə etmələrini, insanların acısı, kədəri üzərindən pul qazanmalarını sərt tənqid edirlər.
Bu arada qeyd edək ki, pandemiyanın ölkədə yayılmasının ilk günlərindən dövlət başçısı tərəfindən “COVID-19” infeksiyasının qarşısının alınması üçün çox böyük fədakarlıqlar edilib, bütün iqtisadi zərərlər gözə alınıb və insan həyatı və sağlamlığı prioritet kimi qəbul edilib. Bütün bunların fonunda ölkənin ən böyük tibb müəssisəsinin rəhbərləri tərəfindən belə addımın atılması həm dövlət siyasətinə, həm də səhiyyə sisteminə kölgə salır. Hətta ehtimal olunur ki, son vaxtlar ölkədə koronavirusa yoluxanlar arasında ölüm hallarının çoxalmasına da bu kimi xoşagəlməz hallar yol aça bilər.
Son hadisələr göstərdi ki, uzun müddətdir xəstələrdən pul alıb xəstəxanaya yerləşdirməklə bağlı gedən müzakirələrdə həqiqət payı var. Sosial şəbəkələrdə gedən müzakirələrdən belə aydın olur ki, əhali tərəfindən həmin xəstəxanalardakı vəziyyətlə bağlı həm TƏBİB-ə, həm də FHN-ə indiyə qədər müraciətlər olunub. Bəs sözügedən dövlət qurumları bu şikayətlər daxil olarkən onları araşdırıblarmı? Məsul şəxslərlə danışılıbmı, hansı tədbirlər görülüb?
TƏBİB-ə ünvanlanan sualımıza birbaşa cavab ala bilmədik:
“Bu barədə dəfələrlə mətbuat vasitəsilə ictimaiyyətə müraciət etmişik ki, vətəndaşlarımız hər hansı neqativ halla rastlaşdıqda hüquq mühafizə orqanlarına müraciət etsinlər”.
FHN-dən isə məlumat almaq mümkün olmadı.
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 2025 22:37
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 2025 11:03
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 2025 01:02
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 2025 15:08
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- PƏRİ ÇINQIL - Süleyman Rəhimovun hekayəsi
12 oktyabr 2025 12:22
- Sabiq səfir ELMİRA Axundova ilə şıdırğı gedən dələduzun ölkədən çıxışına -STOP- qoyuldu - VİDEO
11 oktyabr 2025 10:58
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Bakı Dövlət Sirkinin DİREKTORU olmaq istəyən Murad Abdullayev KİMDİR ?
6 oktyabr 2025 09:56
- Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? - ARAŞDIRMA
4 oktyabr 2025 23:29
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 21:54
- Elmira Axundova dünən =ağsaqqalım= dediyi Ramiz Mehdiyevin bugünkü taleyinə münasibətini açıqladı
15 oktyabr 16:11
- Prezident ATƏT sədrini qəbul etdi (YENİLƏNİB)
15 oktyabr 16:03
- Ramiz Mehdiyevin MAA NƏ DAXLI VAR ? )) - Əli Həsənov
15 oktyabr 13:54
- Ramiz Mehdiyev YAP-da QALA BİLMƏZ - Arif Rəhimzadə )))
15 oktyabr 13:45
- General Hüseynov vəzifəsindən azad olundu
15 oktyabr 13:22
- İlham Əliyev NUFA3 iştirakçılarına müraciət ünvanladı
15 oktyabr 13:11
- Bu gün Putinlə görüşəcək
15 oktyabr 11:24
- 14 yaşlı məktəbli dərs zamanı sinifdə DOĞDU
15 oktyabr 11:13
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 11:03
- Metroda növbəti problem - Qatar tuneldə qalıb ÇIXA BİLMİR
15 oktyabr 10:35
- Azərbaycanın Xalq artisti vəfat etdi
15 oktyabr 10:16
- Mehdiyevin Kəmaləddin Heydərovun müavini olan general oğlunun aqibəti necə olacaq?
15 oktyabr 01:02
- 9-cu sinifdə oxuyan oğlan 8-ci sinif şagirdi olan sevgilisini və qonşusunu öldürdü
15 oktyabr 00:25
- Ramiz Mehdiyevin cinayət maddələri: 193-1.3.2, 278.1 - DÖVLƏT ÇEVRİLİŞİ
14 oktyabr 23:16