Dəvə ətinin faydaları - İNANMAYACAQSINIZ
Milli mətbəximizdə özünəməxsus yer tutan dəvə qutabının hazırlanmasında geniş istifadə olunan dəvə ətinin biokimyəvi tərkibi heyvanın yaşı, növü, cinsi, çəkisi və bəslənməsindən asılıdır. Dəvə ətinin tərkibi 66-79 % su, 20-23 % protein, 3.5-4.0 % yağ, azotsuz ekstraktiv maddələr və digər bioloji aktiv maddələrdən təşkil olunub.
AQTA-dan Lent.az-a verilən məlumata görə, dəvə əti qidalılıq dəyərinə görə mal ətinə yaxın olsa da, tərkibində yağların, xüsusilə xolesterolun miqdarının nisbətən az olması ilə fərqlənir ki, bu da dəvə ətinin müsbət bioloji xüsusiyyəti kimi qiymətləndirilə bilər. Dəvə orqanizminin anatomik-fizioloji quruluşuna uyğun olaraq yağın çox hissəsi (30 % və daha çox) hürgücdə toplandığından, dərialtı yağ təbəqəsində yağın miqdarı azlıq təşkil edir. Dəvə ətinin tərkibində olan əzələdaxili yağlar isə əzələ liflərinin arasında incə təbəqə şəklində yerləşməklə, onun diyetik xüsusiyyətə malik olmasını təmin edir.

Dəvə ətinin enerji dəyəri 160-230 kkal/100 q arasında dəyişir. Ətin konsistensiyası möhkəm və şirəli, rəngi tünd qırmızı və ya qəhvəyi-qırmızı çalarlı olub, pH dəyəri 5.7-6.0 arasında dəyişir. Dəvə ətinin spesifik xüsusiyyətindən biri də şirintəhər dada malik olmasıdır. Bu da onun tərkibində qlikogenin (əzələ şəkəri) digər ət növlərinə nisbətən çox olması ilə əlaqədardır. Dəvə ətinin tərkibindəki zülallar demək olar ki, bütün əvəzolunmaz aminturşu dəstini özündə ehtiva edir. Xüsusilə argininin miqdarı dəvə ətində çoxluq təşkil edir. Histidin, triptofan, valin, leysin və izoleysin kimi əvəzolunmaz aminturşularının miqdarı baxımından dəvə əti ilə quzu əti arasında oxşarlıq vardır. Mal əti ilə müqayisədə dəvə ətinin əzələ liflərində fibrilyar quruluşa malik proteinlər üstünlük təşkil etdiyindən, heyvanın yaşının artması bu ət növünün sərt xüsusiyyət almasına səbəb olur. Odur ki, ət istehlakı məqsədilə dəvənin 1-3 yaş arasında kəsilməsi məqsədəuyğun hesab olunur.
Dəvə ətinin yağ-turşu tərkibində doymuş turşularla yanaşı, həmçinin mono- və polidoymamış yağ turşularına rast gəlinir ki, onlar arasında laurin (C12:0), miristin (C14:0), palmitin (C16:0), stearin (C18:0), palmitolein (C16:1), olein (C18:1), linol (C18:2), linolen (C18:3), araxidon (C20:4) turşuları çoxluq təşkil edir. Ətin yağ-turşu tərkibi bilavasitə heyvanın yaşından asılı olmaqla, bir yaşdan kiçik heyvanların ətində doymamış yağ turşularının miqdarı çox, doymuş yağ turşularının miqdarı isə azlıq təşkil edir. Eyni zamanda dəvə ətinin tərkibində essensial linol turşusu metabolitlərinin linolen turşusu metabolitlərinə nisbəti dana, quzu və oğlaq əti ilə müqayisədə daha yüksəkdir ki, bu da onun keyfiyyətli ət növü olmasına dəlalət edir.

Dəvə ətinin tərkibi digər qırmızı ət növlərində olduğu kimi makroelementlər (Fe, Ca, P, Mg, K, Na və s.) və mikroelementlərlə (Se, Zn, Mo, Co, Cd, Cr, Ni və s.), həmçinin B1, B2, B9, PP, C, A və E vitaminləri ilə zəngindir. Bir çox hallarda mal əti ilə müqayisədə dəvə ətində kalsiumun miqdarı çox, E vitamininin miqdarı isə azlıq təşkil edir.
Dəvə ətinin tərkibində koenzim Q10, L-karnitin, karnozin, anserin, qlutation, essensial yağ turşuları və digər unikal bioloji aktiv maddələrə də rast gəlinir. Metabolik inert olan karnozin və onun analoqu anserin insan orqanizmində güclü antioksidant və pH bufer funksiyası yerinə yetirməklə, beyin hüceyrələrinin sərbəst radikallar tərəfindən zədələnməsinin qarşısını alır. Dəvə əti L-karnitinin miqdarı baxımından keçi ətindən sonra ən zəngin ət növü hesab olunur. Məlum olduğu kimi, iri molekullu yağ turşularının hüceyrə mitoxondrilərinə nəqlolunması prosesini yerinə yetirən L-karnitin insan orqanizmində lipoliz prosesinin sürətlənməsinə və nəticə etibarilə artıq çəkinin azalmasına tənzimləyici təsir göstərir.
Dəvə əti aztapılan qida maddələri kompleksini özündə cəmləşdirməklə yanaşı, immun sistemin möhkəmlənməsində, vitamin çatışmazlığının və müxtəlif etiologiyalı anemiyaların aradan qaldırılmasında, həmçinin ürək-damar xəstəliklərinin və iltihabi proseslərin qarşısının alınmasında faydalı hesab olunur. Odur ki, dəvə ətindən maksimum faydalanmaq üçün onun baytarlıq-sanitariya və sanitar-gigiyenik tələblər çərçivəsində tədarük və istehlak olunması tövsiyə edilir.
Oxşar xəbərlər
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Ramin Nur şadlıq evində camış əti dana əti adı ilə təqdim edilir (FOTO)
17 dekabr 2025 20:07
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Kəklikotunun möcüzəvi faydaları
1 noyabr 2025 09:44
- Altı ölkədə hələ də it əti yeyilir
5 oktyabr 2025 23:43
- Xurmanın orqanizmə faydaları
30 sentyabr 2025 10:29
- Camaat ƏT ALA BİLMİR, çox bahadır - VİDEO
9 sentyabr 2025 10:14
- Azərbaycanda ət bahalaşdı
7 sentyabr 2025 12:34
- Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır - Həkimdən ciddi xəbərdarlıq
7 avqust 2025 09:43
- Elçin Əfəndiyev VƏFAT ETDİ
3 avqust 2025 14:49
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
