Molla öldürdüyü qadının dəfnində dua oxuyub, qatili söyübmüş
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Lerik rayonunun ucqar Barzavu kəndində 40 yaşlı kənd sakini Zəkifə Feyruz qızı Fərziyeva yaşadığı evində kənddə mollalıq edən Murad Əsgərov adlı şəxs tərəfindən qətlə yetirilib.
“Qafqazinfo” xəbər verir ki, mərhumun doğmaları hadisənin bəzi detallarını Sputnik Azərbaycan-ın əməkdaşları ilə bölüşüblər.
Zəkifə Fərziyevanın atası Feyruz Fərziyev xəbəri eşidib hadisə yerinə gedəndə kəndin mollasının özünü şübhəli apardığını və çox həyəcanlı olduğunu görüb:
“Gördüm ki, bu Murad həyətdə qalıb, mənim ona baxdığımı görüb özünü itirdi və ərazidən uzaqlaşdı. Qətli onun törətdiyini düşündüm, çünki bir müddət əvvəl rəhmətlik qızım bu “molla”nın nalayiq davranışından bizə şikayət etmişdi. Murad bir dəfə qızımgilin həyətinə gedib, uzanıb cavan uşaqlarla bir yerdə siqaret çəkməyə başlayıb. Zəkifə də: “Sən molla adamsan, burada sənin tay-tuşun yoxdur. Gəlib burada niyə uzanmısan?” - deyə irad bildirib. Sonra isə bu hadisəni gəlib öz anasına danışıb. Yoldaşım da gedib Muradın həyat yoldaşına deyib və mollanı biabır edib.
Fotoda: Feyruz Fərziyev
Hadisəni törədən gün isə molla evə girib, qızıma: “Ya mənim olacaqsan, ya da səni öldürərəm”, - deyib. Həmin an Zəkifəgilin qonşuluğunda yaşayan bir gəlin onların həyətinə gəlib. Qızım haray salıb kömək çağırmaq istəyəndə molla onun ağzını əli ilə tutub, əlindəki bıçaqla boğazını kəsib.
Sonradan kənddə istintaq gedəndə Muraddan: “O gəlin də içəri girsəydi, nə edəcəkdin?” - soruşublar. “Heç nə, onu da öldürəcəkdim və hər ikisinin əlinə bıçaq qoyacaqdım ki, sanki bunlar özləri biri-birilərini vurublar", - cavabını verib. Bu da kəndin “molla”sının gördüyü iş”.
Qətlə yetirilən Z.Fərziyevanın qardaşı İsmayıl Fərziyev qatilin əlcək geyərək mərhum bacısının evinə gəldiyini vurğulayır: “Gözləyib, evdə heç kim olmayandan sonra evə girib. Bacıma əxlaqsız təklif edib, o, təklifi rədd edəndən sonra boğazını kəsərək onu qətlə yetirib. Sonra isə bu M.Əsgərov evdə törətdiyi cinayətin izini itirməyə başlayıb. Həyətdə olan araq butulkalarını, enerji içkisinin dəmir bankasını silib və gətirib evdə qoyub ki, sanki bacım oğlu araq içib sərxoş olandan sonra anasını öldürüb. Bacım oğlunun paltarını gətirib mərhumun əlinə verib, evdə olan bıçaqlardan birini gətirib qana bulayıb, qoyub orada. Yəni o, həmin evə tam hazırlıqlı gəlib. Bacımın dəfn mərasimində də iştirak edib. Üzünü təraş edib gəlmişdi. Hətta rəhmətlik bacımın ruhuna da dualar oxuyub, sonra isə bu qətli törədəni söyüb, qarğış edərək məclisi tərk edib”.
İsmayıl Fərziyev
Zəkifə Fərziyeva kənddə böyük oğlu İgid Fərziyevlə yaşayırmış. Mərhumun meyitini də elə ilk İ.Fərziyev aşkar edib: “Həmin gün səhər oyandım, gördüm, anam artıq oyaqdır. Mənə atası evinə gedəcəyini və sonra da elektrik enerjisinin pulunu ödəyəcəyini dedi. Təxminən 20 dəqiqə sonra qayıtdı və mənim üçün yemək qoydu, mən də anama meşəyə gedəcəyimi dedim. Yeməyimi yeyəndən sonra təxminən səhər 11-ə işləmiş olardı, evdən çıxdım, bir də günorta 4-ə işləmiş gəldim evə. Həmişə oturduğumuz otağa girdim və anamın orada olmadığını gördüm.
İgid Fərziyev
Sonra çölə çıxıb çağırdım, hay vermədi. Həmin gün yağış yağırdı, dəsmalı götürüb başımı qurulayanda digər otağa girdim, anamın yerdə uzandığını gördüm. Amma elə uzanmışdı, üzünü görmürdüm. Dedim, bəlkə, huşunu itirib, özümə tərəf çəkdim. Gördüm ki, ağzı açıq qalıb, gözləri bərəlib və boğazı kəsilib. Qorxdum və çölə qaçıb qohum-qonşunu çağırdım. Cinayəti törədən də elə etmişdi ki, bu cinayət mənim boynuma qalsın. Molla hətta evin damına çıxıb evi yandırmaq istəyib, amma alınmayıb”.
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 2024 17:29
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 2024 21:20
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- MASAZIRDA hoteldə qadını 150 manata görə öldürübmüş - 19 il cəza
22 mart 2024 09:10
- Həkimlər 45 yaşlı qadının gözündən səkkiz santimetrlik budaq çıxarıb - FOTO
22 mart 2024 00:05
- Bab və babilik: Bir tarixi hadisənin izi ilə
21 mart 2024 23:10
- Səməd Vurğunun qeyri-adi DƏFNİ
21 mart 2024 21:47
- Doldur piyaləmi Arazdan mənim - Sənət yoldaşları Rübabə Muradova haqqında
17 mart 2024 21:21
- Adların mənası – TAM SİYAHI
12 mart 2024 21:50
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06