İcra başçısı qazimizə süpürgəçilik təklif etdi (FOTO)
Cəmiyyət7 may 2021 11:18
Pirallahı rayon İcra başçısı Vətən Müharibəsində qəhrəmancasına döyüşmüz zabitə süpürgəçi işləməyi təklif edib.
Bu barədə İkinci Qarabağ müharibəsi iştirakçısı, taqım komandiri, baş leytenant İqbal Səfərov özü məlumat verib:
"Vətən müharibəsindəki qələbəmizdən sonra ordudan tərxis olundum. Müxtəlif tarixlərdə Pirallahı rayon İcra basçısı Vasif İmanovla iki dəfə şəxsən gorüşmüşəm. İlk görüşümüz Xəzər rayon Hərbi Səfərbərlik İdarəsinin məni çağırıb, Cənab Prezidentimizin Sərəncamı ilə İcra hakimiyyətlərində yeni yaradılan Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə işin təşkili şöbəsində şöbə rəisi kimi mənə iş təklifi etməsindən sonra baş verib. Tam səmimi şəkildə qeyd edim ki, hər iki görüşümüzdə cənab başçı həqiqətən məni yüksək şəkildə qəbul edib. Səmimi söhbətlər aparmışıq, mənim döyüş yolumdan, torpaqlarımızın azad olunmağından və ümumiyətlə bir çox mövzularda bir saata yaxın söhbətləşmişik. Mənə yaraşmaz indi deyəmki, məni qəbul etməyib, ya hörmətsizlik edib. Xeyr, düzü necədirsə, elə də qeyd etmək borcumdu. Mənimlə fəxr elədiyini, hətta bundan sonra onu özümə arxa-dayaq, böyük qardaş bilməyimi söylədiyini də xatırlatmaq boynumun borcudu. Bundan artıq nə istəyə bilərdim ki... Sevincli idim, ona dərin təşəkkürümü bildirdim.
Məni Fəxri Fərmanla təltif etdi, şəkillər çəkdirdik. Hətta xatirimdədi mənə "sən kişi kimi döyüşmüsən, kişi kimi də iş istəyirsən, halal olsun” söylədiyini də unutmuram. Görüşdən iki gün əvvəl mənim sənədlərim, şəxsi işim cənab başçıya kadrlar rəisi tərəfindən təqdim olunmuşdu. Sənədlərimin çox gözəl olduğunu, bəyəndiyini, mənim özümü də şəxsən ona görə çağırdığını, canlı tanış olmaq istədiyini bildirdi. Və mənə dedi ki, "səni heç yerə buraxan deyiləm. Mənə lazımlı kadrsan. Hər şey çox yaxşı olacaq”. İnsanıq, sözlər bir balaca bəzəkli olanda tez inanırıq. Səmimi qəbul edib, inanmışdım”.
Baş leytenantın sözlərinə görə, rayondan döyüşlərdə cəmi iki zabit komandir kimi iştirak edib:
"Biri mənəm, Allahın qisməti sağ qayıtmışam, digəri isə haqqı rəhmətinə qovuşub, Şəhidlik məqamındadır. Allah rəhmət eləsin qardaşıma!
Cənab Prezidentin Sərəncamına əsasən, sözü gedən şöbəyə yerli sakinlərdən və ən əsası döyüşlərdə iştirak etmiş komandir heyətindən bir nəfəri şöbə rəisi kimi təyin etmək gərəkdiyini mənə Hərbi Səfərbərlik İdarəsi bildirəndə, mən də bununla şərəf duyacağımı demişdim. Həm də başqa namizəd yox idi, tək mən idim. Bu işi həm təklif, həm də xahiş etmişdilər.
Yaxın günlərdə Pirallahı rayon icra başçısı Vasif İmanov tərəfindən başqa rayondan olan bir qardaşımız mən rayonda ola-ola müvafiq şöbəyə rəis təyin edildi. Eybi yox, buna bir söz demirəm. Problemim yeni təyin olunan şəxslə bağlı deyil. Ola bilər, məndən daha savadlı, daha qabiliyyətli, daha münasib şəxsdir ki, mən burda ola-ola onu başqa rayondan gətirdilər. Ona bu şərəfli, məsuliyyətli işdə uğur arzu edirəm, yolu açıq olsun.
Ali təhsilliyəm, iki diplomum var, xarici dil bilirəm, ATƏT-dən, İngiltərədən, Amerikadan sertifikatlarım, Fəxri Fərmanlarım və ən əsası Cənab Ali Baş Komandanımız tərəfindən Füzuli, Xocavənd və Şuşanın azad edilməsinə görə medallarım var. Bu özü Prezidentimiz tərəfindən bizlərə ayrı bir diqqətdir. Medal üçün getməmişdik ki, amma diqqət ayrı şeydir!”.
Keçmiş taqım komandiri qeyd edib ki, həmin şöbəyə başqa adam təyin etdikdən sonra, mayın 5-də icra başçısından ona rayonda süpürgəçi işləməyi təklif edib:
"Cənab başçı, mənə küçədə süpürgəçilik işini hansı əsaslarla rəva bilirsiz? Yəqin, sənədlərimə baxıb son nəticə olaraq qərar verdiniz ki, mənim yerim Cənab Prezidentin Sərəncamı ilə yaradılan yeni şöbə yox, məhz küçələrdir. Anlamaqda çətinlik çəkirəm. Anlayan varsa, mənə də izah etsin, mən də anlayım. Bu nə deməkdir?
Nəyə əsaslanıb qərara gəldiniz ki, məhz mən buna layiqəm. Yoxsa, mədəni üslubda bizi təhqir etdiyinizin fərqində deyilsiniz? Ola bilər ki, həqiqətən fərqində olmamısınız. Siz o qədər əminsiniz ki, özünüzdən məni bu yolla, üzümə gülə-gülə təhqir edirsiniz?
Döyüşçüyə, zabitə, komandirə süpürgəni necə rəva bilirsən? Axı, bizlər bu çətin imtahanı canımızla vermişik. Ayıb deyilmi sizcə də?
Bizlərin əli silah tutub, çox şükür 30 ilin həsrətini canlarımızla ödəyərək son vermişik.
Paltarlarımız qan içində evlərimizə dönmüşük. Aylarla xəstə yatmışam, bəlkə bir dəfə qapımızı açmısınız? Bəlkə hansısa bir müalicəmizdə köməklik göstərmisiniz? Mənim sol qolum, sağ ayağim hələ də hərəkət çətinliyi çəkir. Bəlkə bircə dəfə olsun ağzımı açıb ya sizdən, ya hansısa bir qurumdan köməklik istəmişəm?
Axı, mən bunu niyə etməliyəm ki, şükürlər olsun, müalicəmə öz imkanım çatır. Amma bəs imkanım çatmasaydı, halım necə olacaqdı? Nə olardı ki, bizim də qapılarımız açıla, bizlə də maraqlanalar... Axı biz də bu Vətənin övladlarıyıq. Bu tarixi, şanlı qələbəmizi ucuzlaşdırmayaq. İnsan bir baxar, ən azından nəyi, kimə təklif etdiyinə. Olmaz belə cənab başçı, olmaz! Biz bu Vətənin keşikçiləriyik. Vətənimi qoruduğum kimi yeri gələr süpürərəm də... Həm də sevə-sevə edərəm. Amma bunun üçün sizin köməyiniz gərəkmir. Bu işi tapmaq elə də çətin deyil”.
İ.Səfərov şəxsən Prezidentə şikayət edəcəyini deyib:
"Mən ona güvənirəm. Buradan müraciət edirəm, rəsmi olaraq da müraciət edəcəyəm. Necə ki döyüşlərdə bizi tək buraxmadı, Komandirlik etdi, əl-ələ verdik, qələbə qazandıq, eləcə də indi bizi bu və bu kimi hallarda öz taleyimizlə baş-başa, tək buraxmasın. Döyüşçüyəm, zabitəm, zabit şərəfim var. Komandirəm və öz komandirimə şikayət edirəm. İnciməyin, cənab başçı!”
Pirallahı RİH-dən isə bu barədə məlumatsız olduqlarını dedilər./Bakupost.az
Oxşar xəbərlər
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 2024 10:29
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 2024 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 2024 11:05
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 2024 09:56
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 2024 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 2024 11:29
Xəbər lenti
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
Video & Fotoqalereya
Video
Fotoqalereya