“Şuşaya ermənilərin içindən keçib getdik, xəbərləri olmadı” - Video
Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşanın azad olunmasından 6 ay keçir.
“Qafqazinfo” bu məqamda ötən ilin dekabrında Şuşa şəhərinə ilk daxil olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərindən biri, Vətən Müharibəsi qazisi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı MAXE-si Samir Baxşəliyevin evindən hazırladığı reportajı oxuculara bir daha təqdim edir:
O, Şuşa şəhərinə ilk daxil olan Xüsusi Təyinatlı Qüvvələrin döyüşçülərindən biridir. Avtomatlarla küçə döyüşlərində döyüşən, “RPG-7”lərlə düşmən zirehli texnikalarını vuraraq partladan 100 nəfərlik dəstənin üzvü olub.
S.Baxşəliyev deyir ki, sentyabrın 28-dən təlimlərə cəlb edilib və Hadrut uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Hadrutdan Füzuli şəhəri istiqamətində hücuma keçiblər, orada pusquya düşsələr də, döyüşərək düşmən əsgərlərini məhv edib və pusqudan çıxıblar.
Bundan sonra isə onlar Şuşa şəhərini işğaldan azad etmək üçün yola çıxıblar. Yolun bir qədər hissəsini maşınla getsələr də, bir yerdən sonra piyada davam etməli olublar. Çünki həm ərazinin relyefi, həm də onlar üçün komandanlığın müəyyən etdiyi marşrut avtomobillə hərəkət üçün uyğun deyildi. Samir və döyüş yoldaşları beş gün, beş gecə piyada yol gedərək Şuşaya istiqamətləniblər.
Həmin vaxt Şuşaya qədər bütün ərazilər işğaldan azad edilmədiyi üçün onlar ermənilərin nəzarətində olan yerlərdən keçiblər. Lakin yüksək peşəkarlıqla hazırlanmış hərəkət zolağı və təcrübəli bələdçi sayəsində onlar yol boyu heç bir erməni hərbçisi ilə rastlaşmayıblar. Dağlar və meşələrlə gedərək Şuşanın ətrafına çıxıblar.
Samir deyir ki, xüsusi təyinatlı zabit olan bələdçinin seçdiyi yerlərə heç ermənilər ömrü boyu ayaq basmayıblar. Şuşanı azad etmək üçün 400 xüsusi təyinatlı ayrılıb və döyüş tapşırığı ilə yola çıxıblar. Onlar 100 nəfərlik dəstələrə bölünərək Şuşaya 4 fərqli istiqamətdən hücuma keçiblər. Bir dəstə Laçın dəhlizindən Şuşaya girişdə dayanaraq ermənilərin əlavə canlı qüvvə və silah gətirməsinin qarşısını alıb. Digər dəstə Daşaltını aldıqdan sonra həmin istiqamətdə Şuşaya zərbələr endirib.
Digər XTQ döyüşçüləri isə şəhərin arxa tərəfinə, sıldırım qayalar olan hissəyə gedərək qalaya dırmanıblar. Ermənilər həmin istiqamətdən hücum olacağını ağıllarını gətirmədikləri üçün sıldırım qayaların üzərinə ağır texnika yerləşdirilməyib.
Samir Baxşəliyev bildirir ki, Şuşaya daxil olduqdan sonra avtomatlarla 20 metrlik məsafədən erməni hərbçiləri ilə döyüşüblər. Lakin erməni silahlı qüvvələri 3 minlik canlı qüvvə ilə xeyli sayda zirehli texnika və dronları da döyüşə cəlb ediblər. Azərbaycanın cəsur XTQ mənsubları “RPG-7” silahları ilə düşmənin tank və BMP-lərini məhv edib. Lakin tankın atəşlərindən biri Samir Baxşəliyev və iki döyüşçü dostunun olduğu səngərə düşüb. Bu zaman Samir hər iki ayağından qəlpə yarası alıb, sol budundan qəlpə sümüyü sındıraraq digər tərəfdən çıxıb. Sağ ayağında isə diz oynağına girən qəlpə hələ də çıxarılmayıb. Həkimlər bildirib ki, qəlpəni çıxarmaq Samirin həmin qəlpə ilə gəzməsindən daha təhlükəlidir.
Bu zərbə nəticəsində bir XTQ mənsubu şəhid olub, digəri isə əl barmaqlarını itirib. Daha sonra döyüş yoldaşları Samiri oradan çıxararaq Şuşa qalasının yaxınlığında yerləşən villaya aparıblar. Samir 3 gün orada qalaraq döyüşlərin səsini izləyib. Noyabrın 8-də Şuşa tam olaraq işğaldan azad edildikdən sonra noyabrın 9-da onlar təxliyyə edilərək müalicə olunublar.
Murad Əhməd
Foto-Video: Nuran Məmmədov
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 2024 13:01
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 2024 18:45
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 2024 12:48
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 2024 22:31
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 2024 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 2024 15:41
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 2024 20:32
- Rusiyanın sülhməramlı kontingenti Azərbaycanı tərk edir - Video
17 aprel 2024 11:26
- Dubayda qızıldan hazırlanan alt paltarları satışa çıxarıldı
14 aprel 2024 20:39
- İlham Əliyev həmkarına Qarabağ atı hədiyyə etdi - Fotolar
25 aprel 21:20
- Elmira Süleymanova vəfat etdi
25 aprel 14:50
- Məhkəmə Rauf Nağıyevin vəzifəsinə bərpası ilə bağlı qərar verdi- ÖZƏL
25 aprel 14:30
- Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
25 aprel 13:05
- Mikayıl İsmayılov gəlininə qarşı hegemonluğunu davam etdirir FOTO/VİDEO
25 aprel 13:01
- Təkcə başçı Zakir Fərəcov deyil, onun vəzifə başındakı əlaltıları da...
25 aprel 11:47
- Dedik ki, bir neçə saata Xankəndiyə daxil olacağıq - Prezident
25 aprel 11:35
- Xadimə məktəb direktorunu niyə bıçaqlayıb?
25 aprel 11:07
- Keçmiş başçının hospitalından şikayət
24 aprel 21:35
- BAKCELL bütün ölkəni Bulvardakı konsertə çağırır
24 aprel 21:20
- Onu oğlum yandırmayıb, şantaj üçün özü üzərinə benzin töküb - Yenilənib
24 aprel 20:57
- Prezidentlərin məhdud tərkibdə görüşü oldu - Foto
24 aprel 20:28
- Japarov Azərbaycandadır - Yenilənib
24 aprel 11:42
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20