ABŞ tarixi boyu yalnız Osmanlıya xərac verib – Detallar
Dünya9 may 2021 10:19
ABŞ tarixi boyu yalnız Osmanlıya xərac verib – Detallar
ABŞ yarandığı vaxtdan demək olar ki, heç bir ölkəyə vergi verməyib. Tək bir faktı çıxmaq şərti ilə.
ABŞ-ın tarixində ilk dəfə yalnız Osmanlı İmperiyasına xərac verməsi haqda maraqlı məlumatları təqdim edir:
18-ci əsrin sonlarında Aralıq dənizi vasitəsilə ticarət çox qazanclı olduğundan Amerika Birləşmiş Ştatlarının gəmiləri bu bölgəyə yönəlmişdi. Həmin vaxtlar Balkanlardan tutmuş Şimali Afrikaya qədər Aralıq dənizinin sahilləri Osmanlı İmperiyası və onun vassallarının nəzarətində idi. Gəmilərinin təhlükəsizliyini təmin etmək üçün Osmanlı İmperiyasına Fransa 200 min, İngiltərə isə 280 min ispan dolları xərac ödəyirdi. Amma həmin dövrdə Osmanlı İmperiyası ilə Amerika Birləşmiş Ştatları arasında hər hansı bir müqavilə olmadığından türk gəmiləri qarşılarına çıxan bütün Amerika gəmilərini ələ keçirirdi.
25 iyun 1785-ci ildə Birləşmiş Ştatlar bayrağı altında üzən Boston limanına aid məşhur İsak Stivensin kapitanı olduğu “Mariya” gəmisi Əlcəzair sahillərində Osmanlı donanması tərəfindən ələ keçirilir. Bu proses uzun müddət davam edir. Osmanlı İmperiyasının vassalı olan Əlcəzair hakimi Qazi Həsən Paşa təkcə 1793-cü il oktyabr və noyabr aylarında 11 amerikan gəmisini əsir götürür.
Amerika Birləşmiş Ştatları üçün əməlli-başlı problemə çevrilən bu vəziyyətdən çıxış yolu kimi Konqres Prezident Corc Vaşinqtona 700 min qızıl xərcləməklə hərbi donanma qurmağa səlahiyyət verir. Lakin qurulan donanmanın ard-arda Aralıq dənizində Qazi Həsən Paşa tərəfindən məğlubiyyətə uğradılması Amerika hakimiyyətini də Fransa və İngiltərə kimi Osmanlı İmperiyasına xərac verməyə məcbur edir.
5 sentyabr 1795-ci ildə Osmanlı İmperiyası (Əlcəzair hakimi Qazi Həsən Paşa) ilə Amerika Birləşmiş Ştatları (admiral Cozef Donaldson) arasında 22 maddədən ibarət olan “Tripoli” razılaşması imzalanır.
Müqavilənin şərtlərinə görə, ABŞ gəmilərdə ələ keçirilən vətəndaşlarının azadlığa buraxılması üçün Osmanlı İmperiyasına 642 min 500 dollar məbləğində xərac ödəməyə məcbur olur. Bundan başqa Birləşmiş Ştatlar gəmilərinin Aralıq dənizində təhlükəsiz şəkildə üzə bilməsi üçün hər il Osmanlı İmperiyasına 21 min 600 dollar vergi verməyi üzərinə götürür.
7 mart 1796-cı ildə Konqresdə təsdiqlənən anlaşma 1824-cü ilə qədər qüvvədə qalıb və Amerika Birləşmiş Ştatları düz 28 il Osmanlı imperiyasına vergi ödəyib.
Qeyd edək ki, “Tripoli” müqaviləsi Amerika Birləşmiş Ştatları tarixində xarici dövlətə vergi ödəməyi qəbul etdiyi tək müqavilədir.
Oxşar xəbərlər
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
Xəbər lenti
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
Video & Fotoqalereya
Video
Fotoqalereya
