Ermənilər “Babək” filmindən nəyi SİLdiriblər
Azərbaycanın sovet dövründə çəkdiyi ən bahalı filmlərdən biri “Babək”dir. Kinomuzun canlı əfsanəsi Rasim Balayevin baş rolu oynadığı filmin ssenari müəllifi Ənvər Məmmədxanlı, rejissoru isə Eldar Quliyev idi. Film haqqında çox yazılar gedib və müsahibələr verilib. Lakin filmin gizlin qalan iki məqamı var – ermənilərin müdaxiləsi ilə bağlı.
Kult.az xəbər verir ki, bu sözləri dosent Zaur Əliyev qeyd edib.
O bildirib ki, birinci məsələ “Ərməniyyə” sözü üstündə olub, ermənilər buna etiraz edib:
“Filimdə Xəlifə Möhtəsimin sərkərdə Afşinlə görüşündə bir epizod var. Xəlifə Babəki məğlub etmək üçün Afşinə təkliflər irəli sürür və bu təkliflər içində “Ərməniyyə” adı çəkilir. Sovet dövründə rus və erməni tarixçilərin “böyük Ermənistan, Armenia” təbliğatı apardıqları bir zamanda Ərməniyyə adının belə böyük büdcəli filmdə çəkilməsi əlbəttə ki, Moskvada oturan ermənilərin və onların havadarlarının xoşuna gəlmir. Onlar Bakıya təzyiq etməyə çalışırlar ki, “Ərməniyyə” sözü yığışdırılsın və “Armenia” deyilsin. Lakin Azərbaycan tərəfi bu məsələdə geri çəkilmir və sübut kimi 1971-ci ildə Ermənistan Elmlər Akademiyasının “Xəbərləri”nin 2-ci sayında ABŞ-ın Kaliforniya Universitetinin professoru Nina Qarsayanın mənbələr əsasında ciddi araşdırması olan “Ərməniyyə IV əsrdə” məqaləsini göstərirlər və qeyd edirlər ki, erməni alimi özü buranı “Ərməniyyə” adlandırıb. Bu məqalənin fakt kimi göstərilməsi Moskvanı qane edir və ermənilərin səsini kəsir”.
Z.Əliyevin sözlərinə görə, ermənilərin müdaxilə etdiyi ikinci məsələ filmin sonunda Babəkin Səhl ibn Sunbatın evində əsir düşməsi kadrıdır:
“Ssenarist və rejissor filmin sonunda Babəki Səhl ibn Sumbat, yəni milliyətcə erməni olan insanın (əslində isə Səhl ibn Sumbat erməni olmayıb – red.) satması kadrını çəkirlər. Səhnədə göstərilirdi ki, Babək Səhl ibn Sumbatın evinə gedir ki, orada gecələsin, yenidən qoşun yığıb ərəblərlə vuruşsun. Səhl ibn Sumbat isə onu satır. Babək evdən çıxıb yola düşmək istəyəndə görür ki, artıq qılıncını da götürüblər.
Bu, o dövrün ən cəsarətli addımı idi ki, filmdə ermənilərin satqın və xain bir millət olmasını dünyaya göstərsinlər.
Lakin Moskvada bu kadrların efirə getməsinə icazə vermirlər. Deyirlər ki, Babək Azərbaycanın milli qəhrəmanıdır, bu kadrlar millətlər arasında yaxşı hadisəyə çevrilməz. Buna görə də Moskvada ermənilərin satqın simasının dünyaya göstərilməsinin qarşısı alınır”.
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Pezeşkianın oğlundan bu qadağaya - Sərt reaksiya
27 yanvar 2026 11:36
- Daşaltı əməliyyatından 34 il ötür
25 yanvar 2026 11:56
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
