Norilsk düşərgəsi ilə bağlı dəhşətli faktlar: Qiyam

Sovet ideologiyası nə qədər güclü olsa da, ölkənin hüquq mühafizə və dövlət təhlükəsizliyi orqanları nə qədər güclü işləsələr də, SSRİ-də narazı əhalini susdurmaq mümkün olmayıb. Zaman-zaman ayrı-ayrı şəhərlərdə etirazçılar baş qaldırıblar, davamlı nümayişlər, mitinqlər, qiyamlar baş verib. Bu cür hadisələr təkcə yaşayış məntəqələrində deyil, həm də tikanlı məftillərin arxasında, həbsxanalarda, koloniyalarda, düşərgələrdə də təkrarlanıb.
Baş Düşərgələr İdarəsinin (QULaq) Norilskdə yerləşən düşərgəsində isə tətillər və nümayişlər, qiyamlar 5 aya yaxın davam edib.
Qeyd edək ki, Norilskdə düşərgə 1935-ci ildə yaradılıb. İlk məhbuslar düşərgəni özləri salıblar, baraklar tikiblər və özləri-özlərini tikanlı məftillər arasına salıblar. Həmin vaxt Norilskdə bir neçə taxta daxmadan başqa heç nə olmayıb. Bu gün 180 min nəfərə yaxın əhalisi olan Norilsk şəhərini məhbuslar tikiblər. Həmçinin Dağ-mədən Kombinatının inşası da məhbusların üzərinə düşüb. Əslində nikellə zəngin olan və ölkəyə böyük maddi xeyir gətirən Norilskdə məhbusların saxlanılma şəraitinin digər düşərgələrdən yaxşı olması düşünülüb. Ən azı məhbuslar belə düşünüblər. Amma hər şey əksinə olub. Norilsk düşərgəsi sözün əsl mənasında cəhənnəmi xatırladıb.

Norilsk düşərgəsində xidmət edən əməkdaşlar məhbuslara heç qul kimi də baxmayıblar. Ümumiyyətlə, nəzarətçilər məhbusları insan saymayıblar. Nəzarətçilərin istədikləri vaxt istədikləri məhbusu güllələmək “səlahiyyəti” olub ki, onlardan heç kim bu haqda hesabat tələb etməyib.
Düşərgədə məhbusların gündəlik qida payını kəsmək adi hallardan birinə çevrilib. Daxili rejim qaydalarını pozanlar üçün xüsusi işgəncələr tətbiq edilib. Ən dəhşətli cəzalardan biri cərimə kameraları olub ki, bu kameralardan sağ çıxmaq möcüzə sayılıb.

İşgəncələr haqqında 1950-ci illərin əvvəllərində düşərgənin “sakin”i olan Afanasi Qriqoryev sonralar öz xatirələrini belə bölüşüb:
“Düşərgədə baş verənləri müşahidə etdikcə, mənə elə gəlirdi ki, sovet hökumətinin Norilskin mövcudluğundan xəbəri yoxdur. Heç bir əmr, direktiv, sərəncam olmadan düşərgədə iş vaxtı uzadılırdı. Biz ən ağır işlərə cəlb olunurduq. Bir neçə aydan sonra iş qabiliyyətimiz tamamilə itirdi. Qida rasionumuz elə bir vəziyyətdə idi ki, bu cür yeməklə ayaq üstə dayanmaq da çətin olurdu. Məhbuslar acından ölürdülər. Mən ixtisasca mühasibəm.
Arada məni öz ixtisasıma uyğun işə cəlb edirdilər, düşərgənin mühasibatlıq işinə kömək edirdim. Bu işləri görəndə aydın olurdu ki, düşərgəyə ayrılan vəsaitin heç yarısı da məhbuslara xərclənmir. Məhbuslar üçün ayrılan ərzaq məhsulları başqa yerlərə ötürülürdü. Ərzaq qıtlığı olan bir vaxtda bu məhsullardan çox asanlıqla böyük məbləğlər qazanılırdı. Bu haqda bir kəlmə danışmaq isə ölümə bərabər idi. Düşərgənin rəisi işgəncə metodunu özü müəyyən edirdi. Bəzən isə özü məhbusun ayağını, yaxud qolunu tapançası ilə yaralayırdı. Sonra həmin məhbusu atırdılar cərimə kamerasına. Heç bir tibbi xidmətdən də söhbət gedə bilməzdi. Beləliklə də, yaralı məhbus əzab və ağrı çəkərək ölürdü...”

Dözülməz şərait nəhayət, 26 may 1953-cü ildə partlayışa səbəb olub. Hər şey düşərgənin nəzarətçisi kiçik serjant Dyatlovun heç bir səbəb olmadan 5-ci düşərgə bölməsində 7 nəfər məhbusu güllələməsindən sonra başlayıb. Bu hadisədən sonra düşərgənin ayrı-ayrı bölmələrində olan məhbuslar bir-birləri ilə əlaqə yaradaraq qiyam qaldırıblar. Qiyamçıların sayı 16 min nəfəri keçib. Etirazçılar eyni zamanda işə çıxmaqdan da imtina ediblər.
Qiyamçılar düşərgə rəhbərliyinin heç bir təklifini, şərtini, vədlərini qəbul etməyərək tətili davam etdiriblər və Moskvadan xüsusi komissiyanın gəlməsini tələb ediblər. Onlar Baş Düşərgələr İdarəsinin qarşısında aşağıdakı tələbləri qoyublar:
-İş saatının 12 saatdan 8 saata endirilməsi.
-İşə görə aldıqları əmək haqqının yarısının şəxsi hesaba köçürülməsi, yarısının isə nağd şəkildə verilməsi.
-Tibbi xidmətin və saxlama şəraitinin yaxşılaşdırılması.
-Siyasi məhbusların işinə yenidən baxılması.
-Ailələrinə ildə cəmi 2 dəfə məktub göndərmək məhdudiyyətinin aradan qaldırılması.
-Əlillərin düşərgədən azad edilməsi.
-Daxili rejim qaydalarının pozulmasına görə cəza tədbirlərinin yumşaldılması.
Norilsk düşərgəsində tətil və qiyamın baş verməsini eşidən Maqadan və Vorkuta düşərgələrində də tətillər başlanılıb. Məsələnin kütləvi hal alması Moskvanı ciddi narahat edib.

4 avqust 1953-cü ilə qədər davam edən tətillər sonda silahlı müdaxilə ilə yekunlaşıb. Qiyamın yatırılması zamanı 104 məhbus (bəzi mənbələrdə 221) ölüb, 1000-ə yaxın məhbus isə yaralanıb. Qiyamın təşkilatçıları isə ciddi rejimli həbsxanalara göndərilib.
Norilsk qiyamı az da olsa effektli nəticələr verib. Belə ki, qiyamdan sonra düşərgədə saxlanılma və məişət şəraiti, tibb xidməti yaxşılaşdırılıb.
Qeyd edək ki, Norilsk düşərgəsinin fəaliyyətinə 1956-cı ildə son qoyulub. Fəaliyyət göstərdiyi 21 il ərzində düşərgədə 72 min məhbus cəza çəkib.(Musavat.com)
Oxşar xəbərlər
- Bu qəndləri almayın - AQTA-dan xəbərdarlıq
13 avqust 2022 20:48
- Ukraynadan qayıdan rus desant Rus ordusu haqda miskin reallığı-ŞOK
13 avqust 2022 12:36
- Şəmkirdə "Əməkçi qadın" heykəli dağıdılıb - FOTO
13 avqust 2022 11:00
- Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - Video
13 avqust 2022 09:07
- “350 min casus olar?”- Bəhai icmasının təmsilçisi ilə müsahibə
12 avqust 2022 22:28
- Qəbələdə Qarabağ qazisi özünü asdı....
12 avqust 2022 21:44
- Niyə Avropada 50 manata olan dərman Bakıda 100 AZN-dən bahadır?
12 avqust 2022 18:44
- Prezidentlə xanımı “Diri Baba”da yenidənqurma işləri ilə tanış oldu
12 avqust 2022 11:04
- Aqil Əliyevin nəvəsi Riyadın əmlaklarını kim ələ keçirib?
12 avqust 2022 10:41
- Oğlu özünə qəsd etdi, İranın ilk taclı qadını - Azərbaycanlı şahzadə...
12 avqust 2022 08:12
Xəbər lenti
- Sabiq nazir müavinin biznesmen oğlu... FOTOFAKT )
13 avqust 21:43
- Bu qəndləri almayın - AQTA-dan xəbərdarlıq
13 avqust 20:48
- Ukraynadan qayıdan rus desant Rus ordusu haqda miskin reallığı-ŞOK
13 avqust 12:35
- Şəmkirdə "Əməkçi qadın" heykəli dağıdılıb - FOTO
13 avqust 11:00
- Ağalıda ilk ailə təsərrüfatları yaradıldı - Video
13 avqust 09:07
- Nursultanda Orta Asiyanın ən böyük məscidi açıldı- Nazarbayev açılışda
13 avqust 00:19
- Bakıda 27 yaşlı qadın 4 oğul 1 qız doğub - Beşəm
12 avqust 23:26
- 1 kilosu MİLYON dollara - Dünyanın ən bahalı çayları (VİDEO)
12 avqust 22:35
- “350 min casus olar?”- Bəhai icmasının təmsilçisi ilə müsahibə
12 avqust 22:28
- Qəbələdə Qarabağ qazisi özünü asdı....
12 avqust 21:44
- Niyə Avropada 50 manata olan dərman Bakıda 100 AZN-dən bahadır?
12 avqust 18:44
- Rusiyalı sülhməramlı Xocalıda qəza törətdi - 4 dənə erməni gəbərdi
12 avqust 16:16
- Şəmkirdə əməliyyat keçirildi - həbslər
12 avqust 14:12
- Bakcell qazi və şəhid övladları üçün kurslar təşkil edib
12 avqust 12:47
- Prezidentlə xanımı “Diri Baba”da yenidənqurma işləri ilə tanış oldu
12 avqust 11:04
- Gədəbəyin tazə icra başçısı Orxan Mürsəlov kimdir?
12 avqust 10:48
- Aqil Əliyevin nəvəsi Riyadın əmlaklarını kim ələ keçirib?
12 avqust 10:41
- Oğlu özünə qəsd etdi, İranın ilk taclı qadını - Azərbaycanlı şahzadə...
12 avqust 08:12
- Cavid Qurbanov Prezidentə məktub yazdı
12 avqust 07:21
- Mehdiyev özünə və ailə üzvlərinə gülləkeçirməz maşınları necə alıb?
11 avqust 13:12
- Prezidentin hədiyyə etdiyi evi satıb oğluma və özümə maşın aldım...
11 avqust 12:59
- Avropanın ən əsəbi ölkləri- Siyahıda Türkiyə 1-ci
11 avqust 10:43
- İnternetin qiyməti bahalaşdı
11 avqust 10:38
- Tovuzda partlayış oldu - Video
10 avqust 22:18
- Hakimin köməkçisi Şəki Regional Mədəniyyət İdarəsinin rəisi oldu
10 avqust 13:49
- Nar” şəhid övladları üçün təşkil olunan “YAŞAT” Düşərgəsinə dəstək oldu
10 avqust 13:35
- “Qaçaq” səfirlər:Elmira Axundovadan sonra Süleymanov da Bakıya qaçdı
10 avqust 13:09
- Elman Nəsirov şəklindən danışdı - “Fotoşop deyil...”
10 avqust 10:44
- “Qarabağ” Vətənə qayıtdı
10 avqust 07:54
- Karnaval kraliçası yandırılaraq ÖLDÜRÜLDÜ
09 avqust 22:53
Video & Fotoqalereya
Video
Fotoqalereya