Arutyunyan qovulur: Xankəndidə istefa
Qondarma “artsax parlamentinin” üç fraksiyası Araik Arutyunyanın istefaya çağırıb və bununla bağlı bəyanat yayıblar.
Bəyanatı imzalayanlar öncə ötən ilin aprel-may aylarında keçirilmiş “prezident və parlament seçkilərini”nin nəticələrinin ədalətli olmasını şübhə altına aldıqlarını qeyd ediblər. “Seçkilərin təşkili, seçkiqabağı təşviqat və seçki nəticələri ilə bağlı siyasi qiymətləndirmələrimizi bir kənara qoyaraq, keçən ilin bir çox sınaqlarla və fəlakətli hadisələrlə yadda qaldığını vurğulamalıyıq” deyə, üç partiya təmsilçiləri Qarabağ müharibəsini yada salıblar. Qeyd ediblər ki, müharibə humanitar böhran yaradıb, minlərlə adam ölüb, “artsax ərazisinin” əksər hissəsini itirib, on minlərlə adam Qarabağı tərk edib. Bəyanat müəllifləri qeyd ediblər ki, müharibədə ağır məğlubiyyətdə Ermənistan və “artsax”ın faktiki liderləri məsuliyyət daşıyırlar və hələ noyabrın 10-da onların istefasını(Nikol Paşinyan və Araik Arutyunyan) tələb edən sənəd qəbul ediblər.
“Ötən ilin dekabr ayının 16-da Arutyunyan yaxınlaşan islahatlara işarə etdi, lakin sonrakı proseslər göstərdi ki, o, vəd etdiyi dəyişiklikləri yerinə yetirməkdə maraqlı deyil və yalnız Ermənistanın nüfuzdan düşmüş rəhbərliyinin göstərişlərini yerinə yetirir. Alçaldıcı üçtərəfli bəyanatın imzalanmasından keçən son altı ayda da bu fəlakətdən çıxmaq üçün hazırlanmış proqramı yoxdur. Əksinə, Arutyunyan və komandası anlaşılmaz bir təbliğat kampaniyasına başladılar- müharibədəki məğlubiyyətdə və uğursuzluqlarda bütün günahları keçmiş hakimiyyət orqanlarına, orduya, ehtiyatda olanlara və könüllülərin üzərinə atdılar” deyə, bəyanatda bildirilir.
Bəyanatı imzalayanlar Arutyunyanın istefası ilə bağlı 10 noyabr 2020-ci il tarixli tələblərini yenilədiklərini, onu vəziyyəti qiymətləndirərək dərhal istefa verməyə və “erkən seçkilərə” hazırlıq prosesinə başlamağı tələb ediblər.
Qeyd edək ki, Araik Arutyunyan bir müddət əvvəl "prezident" postundan getməklə yanaşı, ümumiyyətlə, siyasətdən gedəcəyini açıqlamışdı. O bildirmişdi ki, "erkən seçkilər" olacaq, amma bu seçkilərdə namizədliyini irəli sürməyəcək. "Məqsədəuyğun bir zaman çərçivəsində erkən seçkilər keçirəcək, amma mən o seçkilərdə iştirak etməyəcəyəm və siyasətdən gedəcəyəm",- deyə separatçı lider bildirmişdi.
Məlumat üçün bildirək ki, Araik Arutyunyan 14 dekabr 1973-cü ildə Xankəndi şəhərində anadan olub. 1992-ci ildə Dağlıq Qarabağda yaradılan qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycan Ordusuna qarşı döyüşüb. 1995-97-ci illərdə separatçı rejimin “İqtisadiyyat və maliyyə nazirinin” köməkçisi olub. 1999-2004-cü illərdə “Armaqrobankın” Xankəndi filialının rəhbəri olub. 2005-ci ildə “Azad Vətən” adlı partiyanın sədri kimi separatçı rejimin “parlamentinə” seçilib. 2007-ci ildən 2017-ci ilə kimi separatçı rejimin “baş naziri” olub.
Araik Arutyunyan kasıb Qarabağda böyük sərvət sahibi olması ilə bağlı da tez-tez tənqidlərə məruz qalıb. Yerli sakinlər onu bizneslə siyasəti birləşdirərək sərvət toplamaqda, 2018-ci ildə Paşinyanın hakimiyyətə gəlişindən sonra dərhal düşərgəsini dəyişməkdə ittiham ediblər.
Qarabağ separatçılarının başçısı Araik Arutunyan haqqında Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi açılıb. O, Azərbaycanda dinc əhaliyə qarşı terror törətməyə əmr verən şəxs olaraq müharibə cinayətləri törədib. A.Arutyunyanın istintaqa cəlb edilmələri barədə müvafiq qərar qəbul edilib. Onun həbs edilməsi üçün İnterpola məlumat verilib. /Musavat.com
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 2026 11:46
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- OĞLU Fəzail Ağamalını məhkəməyə verdi
24 yanvar 2026 16:15
- Ermənilər barışığa can atır, amma heç vaxt inanmaq olmaz – Xankəndili sabiq deputat
21 yanvar 2026 17:09
- Hava sabahdan mülayimləşəcək - Temperatur yüksələcək
2 yanvar 2026 11:30
- 44 günə Ermənistanı böyrü üstə qoyduq - Prezident
25 dekabr 2025 21:27
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
