“Azərsu” hara birləşdiriləcək?
"Azərsu” ASC-yə iki həftədən çoxdur rəhbər təyin olunmayıb. Qurumda islahatların gedəcəyi və kommunal xidmət müəssisəsinin hansısa quruma və ya nazirliyə birləşdiriləcəyi ilə bağlı söyləntilər var.
İddia olunur ki, "Azərsu” ASC İqtisadiyyat Nazirliyinə, yaxud İnvestisiya Holdinqinin səlahiyyətlərinə veriləcək. Digər məlumatlara görə isə Meliorasiya və Su Təsərrüfatı ASC ilə birləşdiriləcək.
Ekspertlərin fikrincə, bütün kommunal təsərrüfatların birləşdirilməsi ideyası da gündəmdədir. Yəni, "Azərsu”, "Azəriqaz”, "Azərişıq”, "Azəristilik” kimi şirkətlər bir mərkəzdən idarə olunacaq.
Qeyd edək ki, "Azərsu” ASC yeyinti və şikayətlərə görə tənqid olunan müəssisələrdəndir.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Rəşad Həsənovun sözlərinə görə Azərbaycanda su infrastrukturunun idarə edilməsi və əhalinin su təminatının həyata keçirilməsi istiqamətində iki qurum mövcuddur:
"Ola bilsin ki, bu qurumların birləşdirilməsi və vahid siyasətin həyata keçirilməsinə, eyni zamanda problemlərin daha çevik şəkildə həll edilməsinə imkan yarada bilər. Amma bir məqamı da nəzərə alaq ki, bu yaxınlarda Melorasiya və Su Təsərrüfatına yeni rəhbər təyin edilib. Orada dəyişikliklər baş verərkən, məhz "Azərsu” ilə bağlı məqamların daxil edildiyi və ya birləşdirilməsi ehtimalları görünmürdü. Ola bilsin ki, hələki burada kadr məsələsi rol oynayır”.
Ekspert vurğulayıb ki, "Azərsu” kifayət qədər korrupsiyalaşmış və ötən dövr ərzində böyük dövlət vəsaitlərinin mənimsənilməsi müşahidə olunan qurumlardandir:
"Qurum yeyinti müşahidə olunan, eləcə də uğursuz və səmərəsiz layihələrin həyata keçirilməsinə, nəticədə də əhalinin su təminatının keyfiyyətinin ciddi şəkildə yüksəldilə bilməməsinə gətirib çıxaran işlər görüb. Ola bilsin ki, bu istiqamətdə tədqiqatlar və yoxlamalar aparılır. Bu nəticələrdən sonra artıq təhvil, təslimlə bağlı mühit yaranacaq və ora rəhbər təyin ediləcək. Azərbaycan artıq su problemi ilə üzləşmiş ölkələrdəndir. Ötən il bunun ən ağır dövrünü yaşadıq. Bəzən problrmin səbəbində komunikasiyanın düşgün qurulmaması dayanır. Bəzən gühanı qurum digər qurumun üzərinə atmaqla yola verir. Rayonlarda daha çox bu problem müşahidə olunur. Su problemi ilə bağlı "Azərsu”ya müraciət edilir. Hansı ki, təminatçı Melorasiya və Su Təsərrüfatıdır. Yəni funksionallığın qarışdığı məqamlar da var. Bu problemin və çevikliyin həll edilməs, eləcə də kordinasinın sürətləndirilməsi sözügedən iki qurumun birləşdirilməsi daha yaxşıdır. Bu zaman ictimai nəzarətin təmin edilməsi, ən əsası isə yeyintinin aradan qaldırılması imkanı yaranar.
İqtisadçı alim Nazim Bəydəmirlinin fikrincə, rəhbər vəzifədə kimin olmasından asılı olmayaraq şəffaflıqla bağlı hər hansı addım atılacağı daha vacibdir:
"Təbii ki, "Azərsu” ciddi islahat aparılacaq bir müəssisədir. Bu dövlət şirkətinin kifayət qədər xarici, həm də daxili borcu var. Monopolist olmasına baxmayaraq tariflər şişirdilir. Belə qurumların adətən rəhbərləri indiyədək hamısı bir-birlərindən fərqli olmayaraq korrupsiya mexanizmləri ilə dövlət büdcəsinin vəsaitlərini mənimsəyiblər. Qorxmaq Hüseynov da bu mənada gündəmdədir. Əslində o da bu tipli dövlət qurumlarının başında duranlardan fərqlənmir. Azərbaycanda sanki vəzifə yalnız korrupsiya sxemlərinə xidmət etmək üçün düşünülüb. Dövlət resursları şəxsi resurslar kimi istifadə olunur”.
Ekspert bir çox ölkələrdə kommunal xidmət qurumlarının Şəhər Bələdiyyəsinin tərkibində fəaliyyət göstərdiyini bildirib. O, deyib ki, yaxşı olar ki, Azərbaycanda da Şəhər Bələdiyyəsi yaradılsın və kommunal xidmət qurumlarının fəaliyyətini həyata keçirsin:
"Əslində "Azərsu” tipli qurumların səlahiyyətinin yerli icra hakimiyyətlərinə və ya bələdiyyələrə verilməsi daha məqsədəuyğundur. Amma yenə də o şəhər rəhbərliyi təyinatlı deyil, seçkili yolla seçilsə, müsbət addımlar atıla bilər. Çünki vətəndaşlar öz idarəçilərinin fəaliyyətinə nəzarət etməlidir. Hesab edirəm ki, rayon idarəetmə sistemi ləğv olunmalı, yerində bələdiyyələr və ya Böyük Şəhər Bələdiyyəsi fəaliyyət göstərməlidir. Məsələn, böyük şəhərlərdə kommunal xidmət qurumları meriyanın tabeliyindədir”, deyə iqtisadçı əlavə edib.
Xatırladaq ki, mayın 4-də Prezident İlham Əliyevin sərəncamı ilə Qorxmaz Cavanşir oğlu Hüseynov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib. O, bu vəzifədə 2011-ci ildən çalışırdı. Qurum rəhbərliyinə hələki təyinat olmayıb.
Oxşar xəbərlər
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 2026 13:12
- 1799-cu ildə Suvorov Alpları niyə aşmışdı? - Rusiyanın köləlik naminə qanlı savaşları
10 yanvar 2026 11:21
- YAPON HOKKULARI - İLQAR TAĞI
26 dekabr 2025 16:51
- Mikayıl İsmayılova məxsus MODERN HOSPİTAL-da nələr baş verir ?
26 dekabr 2025 23:18
- Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın doğum günüdür.
17 dekabr 2025 00:12
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
7 dekabr 2025 14:09
- Antarktidanın ən yüksək zirvəsini fəth edən azərbaycanlı: Dağlara Allahın köməyi ilə gedirəm
6 dekabr 2025 21:37
- Sabiq millət vəkili yeni həbslərin anonsunu verdi: sırada kimlərdir?
6 dekabr 2025 12:50
Xəbər lenti
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 12:26
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
