Astarada gündə 12 saat tarlada və.. 25 QƏPİK
Azərbaycanda çayçılığın yenidən dirçəldilməsi son illər həyata keçirilən kənd təsərrüfatının inkişafı və şaxələndirilmiş iqtisadiyyat strategiyasının istiqamətlərindən biridir.
Bu yaxınlarda virtualaz.org Azərbaycanın cənub bölgəsində çayçı fermerləri narahat edən məsələlər, çayın emal fabrikləri tərəfindən alış qiymətinin aşağı olması və sahənin digər problemləri haqda yazmışdı. İndi çay yığımı başlayıb və "Azadlıq” radiosunun bölgə müxbiri Astarada çay plantasiyalarına baş çəkib, çay becərənlərin və onu yığan fəhlələrin güzəranı ilə maraqlanıb.
Sahələrdən birində çay yarpağı toplayan orta yaşlı, işləməkdən yorğun düşən və günəşdən qorunmaq üçün başına kepka qoyan kişi deyir ki, plantasiyada işləyən torpaq sahibləri ilə yanaşı adi fəhlələr də var. Və yaxınlıqda yaşıl çay yarpağı toplayan qadınları göstərir.
O, adi fəhlə ilə torpaq sahibi arasındakı fərqi belə izah edir: "Hər ikisi sahədə yaşıl çay yarpağı toplayır. Amma fabrik yaşıl çay yarpağının 1 kiloqramını torpaq sahibindən 1 manat 20 qəpikdən, torpaq sahibi isə fəhlədən 25 qəpikdən götürür.”
Gündən qorunmaq üçün üzünü örtən və çay yarpağı dərən qadın da qiymətdən narazlığını gizlətmir: "Bu çay sahələri Astara rayonunn Kijabə qəsəbə və Lovayin kənd sakinlərinindir. Sakinlərin əksəriyyəti ehtiyac üzündən sahələrini satıblar. Biz də satmışıq. İndi çay sahəsini əlində saxlayan həmkəndlimin plantasiyasında çalışıram. Qızımla hər gün gəlib hər birimiz 100 kiloqrama qədər yaşıl çay yarpağı toplayırıq. Sahibkar məhsulun hər kiloqramına 25 qəpik verir. ”
O, yığılan hər kiloqram çaya görə 25 qəpiyin az olduğunu düşünür: "Sahibkar deyir ki, xərcim çox çıxır. İstəmirsən çıx get. Gərək qiyməti fabrik qaldırsın, mən də qaldırım. Günəmuzd işləyirik. Yenə fikirləşirsən ki,iş var. Fabirk pulu ödəyəndə, bizim də haqqımızı verirlər.”
Və işinə davam edir. Deyir ki, günün sonuna qədər normanı yerinə yetirməlidir. Digər bir qadın söhbətə müdaxilə edir: "Çay sahəsindən ildə 5 dəfə yaşıl çay yarpağı tədarük edilir. Məhsul yığımı 10-15 gün çəkir. Elələri var ki, təkbaşına 200 kiloqram yaşıl çay yarpağı toplaya bilir. Yaşıl çay yarpağın qiyməti bizi qane etmir. Mağazalarda ən ucuz quru çayın kiloqramı 10 manatdan yuxarıdır. Bizdən yaşıl çayı ucuz götürürlər, satışda isə quru çay dəfələrlə bahadır. İşə səhər saat 7-də gəlirik, axşam saat 8-də çıxırıq. Sahibkarlardan soruşun. Odur, özü də çay yığır. ”
Sahibkar qadın da yaşıl çay yarpağına fabriklərin qoyduğu qiymətdən narazı olduqlarını deyir Onun sözlərin görə, bu barədə etirazlarını bildiriblər: "Qiyməti onlar müəyyənləşdirir, biz yox. Lənkərandan da gəlirilər. Hansı fabrik istəyir gəlib aparır ”
Nənəsinə kömək etməyə gəldiyini deyən oğlan bütün gününü plantsiyada keçirdiyini bildirir.
Sahibkar Ramiz Hüseynov isə məhsulu ailə üzvləri ilə birlikdə topladığını deyir: "Kijabə qəsəbəsindənəm.İki uşağım var. Özümün çay sahəm var. Məhsulu özümüz toplayırıq. Qiymət bizi qane etmir. Qiyməti 2 manata qaldırsaydılar yaxşı olardı. İşləməkdən əllərimiz qabar-qabardır. Ailəmi dolandıra bilirəm.”
Yerli quru çay satan mağaza sahibinin dediynə görə, may ayında yığılan çayın qiyməti bahadır: "Ən ucuz quru çayın qiyməti 10 manatadır. May ayında yığılan çayların qiyməti daha yüksəkdir. Kiloqramı 850 manata olan yerli quru çay da var. İldə cəmi 10 kiloqram daxil olur. 100 qramı 85 manatadır, 50 qramı 45 manata.Alanlar olur...”
Astara rayonunda 3 çay fabriki məhsul qəbul edir. Adının çəkilməsini istəməyən bir çay fabrikin mütəxəssisin dediyinə görə, qiymətlə bağlı narazılıqlar hər il olur: "Bəlkə qiymətə yenidən baxdılar. Siz deyirsiz ki,mağazalarda yerli quru çayın 1 kiloqramını 850 manata satırlar? Bu ki, fantastik qiymətdir. Mayda yığılaraq emal olunan quru çayın bir kiloqramı bizə 15 manata başa gəlir. May ayında yığılan yaşıl çayın 4,2 kiloqramından 1 kiloqram quru çay əldə olunur. Bunun digər xərcləri də var.”
Amma məsələyə fabrik rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
İş adamı, iqtisadçı Rafiq Cəfərov-un sözlərinə görə, isə quru çay bazarında sabit qiymət yoxdur:
"Söhbət Azərbaycanda yığılan və emal olunan çaydan gedir. Ölkəmiz idxal məhsuldan aslıdır. Vaxtı ilə təkcə Astara rayonunda 7 min ton yaşıl çay yarpağı yığılardı. İllik gücü 3-4 min ton yaşıl çay yarpağı olan 4 fabrik fəaliyyət göstərirdi. Əmək qabiliyyətli əhalinin 30 faizi çayçılıqda çalışırdı. İndi ildə bizdə 500-600 ton yaşıl çay yarpağı istehsal olnur. Yerli quru çaylar kənardan gətirilən quru çaylardan dəfələrlə bahadır. Çaya təlabat böyükdür,istehsal isə az. Belə olan halda qiymət yüksək olmalı və bu sahədə çalışanlar yaxşı qazanc əldə etməlidirlər.”
Onun deməsinə görə, 1 kiloqram çay yarpağının toplanmasına görə,25 qəpik azdır : "Yeni əkilən çay 7 ildən sonra məhsul vermyə başlayır. Biz 30 ilə yaxındır müstəqilik. Dağıdlmış çay sahələri indiyə kimi bərpa olumayıb. Bu o deməkdir ki, çayçılıqla bağlı qanunlar qəbul edilsə də dağıdılmış çay sahələrinin bərpa olunmasına maraq azdır.”
Astara Kənd Təsərrüfatı İdarəsinin rəisi Etibar Abbasov da deyir ki, qiymətə müdaxilə edə bilmirlər: "Biz qiymətə müdaxilə edə bilmirik. Fəhlə sahibkarla, sahibkar fabriklə qiymət barəsində razılığa gəlirlər. Qiyməti onlar müıyyənləşdirir.”
Statsitik məlumata görə, ötən il Astara rayonunda 271 hektar çay sahəsindən 628 ton məhsul tədarük edilib.
Oxşar xəbərlər
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 2026 10:47
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
4 mart 2026 11:30
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Şamaxıda zəlzələ oldu
22 fevral 2026 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
Xəbər lenti
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
