Bakıda tanınmış avtoriteti öldürən DANIŞDI - ŞOK
Kriminal24 may 2021 22:47
Bakıda "Mayıl Naxçıvanski”, "Hövsanlı Mayıl” kimi tanınan kriminal avtoritet Mail Mustafayevi öldürən Aslan Sadıqovun istintaqa verdiyi ifadələr məlum olub.
A. Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ifadə verməkdən imtina edib. O bunu psixoloji problemləri və yaddaşının pozulması ilə əlaqələndirib. Belə olan halda məhkəmə A.Sadıqovun ibtidai istintaqa verdiyi ifadəni elan edib.
A.Sadıqov ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə hadisə barədə ətraflı ifadə verərək bildirib ki, törətdiyi əməldən peşman deyil, nalayiq sözlərlə təhqir etdiyinə və tanışlarının yanında aşağıladığına görə Mail Mustafayevi öldürmək istədiyindən bıçaq zərbələri vurub.
Təqsirləndirilən şəxs bildirib ki, 1989-cu ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda anadan olandan sonra əvvəlcə 1 il Gəncə şəhərində, sonra isə Bakı şəhərinə gələrək Suraxanı rayonu Hövsan qəsəbəsində yaşayıb. Ailəlidir, 3 övladı var. Özündə isə uzun illərdir ki, psixi problemlər olduğundan hərbi xidmətdə olmayıb, xəstəliyi ilə əlaqədar əvvəlcə "Montin” qəsəbəsindəki psixi xəstəxanada, sonra isə Nəsimi rayonu ərazisində yerləşən psixi xəstəxanada müxtəlif vaxtlarda müalicələrdə olub:
"Tanışlarım və digər yaxın olan şəxslərə qarşı haqsızlıqlar olanda bunlarla barışa bilmədiyimdən qıcıq yaranaraq sanki həmin vaxt "başımda qurdlar qaynaşmağa başlayır” və artıq özümü idarə edə bilmirəm. Bəzən də əsəbimdən başımı divara çırparaq xəsarətlər yetirmişəm”.
A. Sadıqov hadisə ilə bağlı danışarkən deyib ki, həmin günü Hövsan qəsəbəsində «Köhnə bazar» adlanan yerdə artezianın yanındakı tualetə daxil olub və oradan çıxanda qəsəbə sakini kimi tanıdığı Mail ağ rəngli maşınla dayanıb:
"Maşından düşən kimi "sən nəyə görə qəsəbədə narkotik satanlara və satdıranlara nalayiq söyüşlər söymüsən, qəsəbədə uşaqlara narkotik maddə satdıran mənəm, sən mənə qarşı söyüşlə ifadə etdiyini edə bilərsən?” sözlərini deyərək məni nalayiq ifadələrlə təhqir etdi. Mən isə öz növbəmdə Mailə "mən sənin narkotik satdırmağını bilmirəm, əgər bilsəydim, sənə söyüş söyməzdim” sözlərini dedim. O da "axşam Abidənin yanına gələrsən, səninlə söhbət edəcəm” deyərək maşınına oturub oradan getdi. Mailin bu sözləri mənə çox pis təsir etdi, stressdən çıxmaq üçün evdən itimi götürüb, dənizkənarına getdim və orada əlimdə 1 butulka pivə içə-içə gəzişdim”.
Qətl törədən şəxs qeyd edib ki, 14-15 radələrində çoxdan tanıdığı və ailəvi münasibətləri olan Nüsrətə zəng vuraraq onu dənizkənarına çağırıb: "Nüsrət oraya gələndə ona Mailin axşam məni görüşə çağırdığını dedim və bir neçə dəqiqədən sonra birlikdə oradan çıxaraq, Nüsrət qəsəbəyə tərəf, mən isə öz evimə getdim. Saat təxminən 16 radələrində tanışım Tərlana Əliyevə zəng vurdum, ondan maşını ilə qəsəbəyə gələcəyi təqdirdə mənimlə görüşmək imkanının olub-olmadığını soruşdum. O isə maşının təmirdə olduğunu, tanışının maşınını götürüb qəsəbəyə gələ biləcəyini dedi. Bir neçə saatdan sonra Hövsan qəsəbəsində "Köhnə park” adlanan ərazidə olduğum vaxt Tərlanla görüşdüm. Daha sonra maşın tapdıq. Daha sonra bizə Etibar, Nüsrət və Emin də qoşuldu. Birlikdə Mailin çağırdığı yerə getdik. "Abidə” deyilən yerdə Mailə zəng vurdum, "Hövsan” marketin qabağına çağırdı. Həmin vaxt Maili "Hövsan” marketlə üzbəüz yolun o biri tərəfindən özünə məxsus olan "Kia-Optima” markalı avtomobilə söykənən gördük. Hamılıqla maşından düşüb Mailə yaxınlaşaraq onunla salamlaşdıq. Mail həmin vaxt Tərlanı, Etibarı və Emini qucaqlayıb öpüşərək onlarla mehribancasına görüşdü, lakin üzünü mənə çevirərək "nəyə görə gözlərini bərəldib mənə baxırsan” dedi. Mailə hansı səbəbə görə mənə belə aqressiv formada danışmasını soruşanda, Mail isə "sənin mənimlə danışmağa haqqın çatmır” dedi. O, mənimlə daha sonra söhbət edəcəyini məni və Nüsrəti narkoman adlandıraraq nəyə görə onun üzərinə gəldiklərini soruşdu. Həmin vaxt yaxınlıqdakı "Hövsan” marketi işlədən İlqar adlı şəxs də bizə yaxınlaşan zaman mən Mailin yanından aralanaraq onun sol tərəfinə keçdim. Nüsrət isə Mailə "sən bizim qardaşımızsan, biz sənə qarşı heç vaxt hörmətsizlik etmərik, bizim narkoman olmağımız barədə sənə yalan məlumat veriblər” sözlərini dedi. Mailin məni əvvəlcə "Köhnə bazar” adlanan yerdə təhqir etdiyinə, sonra da "Hövsan” marketin qarşısında uşaqların yanında kobud rəftar edərək təhqiramiz formada davrandığına görə əsəbiləşərək üzərimdə gəzdirdiyim bıçaqla Mailin sifət və ürək nahiyələrindən zərbələr vuraraq qaçdım. Qaçarkən hadisə yerindən bir qədər aralandıqdan sonra bıçağı yolun kənarına atdım”.
A.Sadıqovun ifadəsinin davamında bildirib ki, yoldan keçən tanımadığı taksiyə əyləşərək onu cənub bölgəsinə gedən maşınlar olan yerə aparmasını xahiş edib: "Taksi məni cənub bölbəsinə gedən maşınların getdiyi yerə apardı. 15 manat verib, aşağı düşdüm. Daha sonra bir "Mercedes” gəldi. Əl eləyib onu saxlatdım. Maşının sürücüsü Astaraya getdiyini ora qədər aparacağını dedi. 20 manat verib Astaraya getdim. Gecə saat 4-5 radələrində ünvana çatdım. Qaranlıq olduğundan küçələrdə, insanlardan kənar ağaclıq və kolluq olan yerlərdə gecələyərək, bu minvalla Astara rayonunda təxminən 3-4 gün qaldım. Astarada mağazadan çörək alanda Biləsuvar rayonunda karantin rejiminin olmadığını eşitdim və Biləsuvara getmək qərarına gəldim. Sonra hadisə vaxtı əynində olan paltarları dəyişmək üçün Astaradan Biləsuvara gedən yolda yolun kənarındakı mağazalardan birindən uzunqol qara rəngli köynək, qara şapka və bir ədəd maska aldım. Adamların olmadığı yerdə əynimi dəyişdikdən sonra həmin paltarları bükərək yol kənarındakı zibil qabına atdım. Biləsuvara çatanda mağazadan kolbasa, çörək aldım. Təxminən 3-4 gün Biləsuvarda çöllərdə gecələdim. Lakin həm küçələrdə yatmaq, həm də yuyunmaq üçün otelə getdim. Otelin qeydiyyat yerində adımı və soyadımı fərqli dedim. Otelə daxil olub axşam otelin hamamından istifadə etdikdən sonra gecə saat təxminən 03 radələrində qaldığım otağa polislər daxil oldu və yaxalandım”.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Sadıqov 18 il müddətə azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, qətlə yetirilən Mail Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl”, "Mayıl Naxçıvanski” kimi tanınıb. O, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. M.Mustafayevin mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.
(Lent.az)
Oxşar xəbərlər
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 2024 21:14
- İlham Əliyevə telefon açıb xahiş etdi
17 aprel 2024 10:38
- Hadi Rəcəbli vəfat etdi - Yenilənib
17 aprel 2024 10:29
- Tanınmış həkim telefon nömrəsini satışa çıxardı – 26 min manat
16 aprel 2024 11:16
- İrandan qovulan, Fransada səfil vəziyyətinə düşən, Amerikada ömürlük cəza alan erməni qatilin faciəli sonluğu...
14 aprel 2024 15:24
- Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər
12 aprel 2024 11:30
- Bakıda yanacaqdoldurma məntəqəsində benzinə su qatılıb? - Rəsmi açıqlama
11 aprel 2024 20:25
- Bakıda 800 minlik dələduzluq: Üç dövlət qurumu zərər gördü, dörd nəfər həbs olundu
9 aprel 2024 05:47
- Qırğızıstan cinayətkar qrupun 5 üzvünü Azərbaycana təhvil verdi - Video
8 aprel 2024 10:29
- Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi - Əkrəm Həsənov
8 aprel 2024 10:14
Xəbər lenti
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
- Sülhməramlıların Qarabağdakı missiyası başa çatıb - Rusiya KİV
19 aprel 11:56
Video & Fotoqalereya
Video
Fotoqalereya