BNA-da 7 milyonluq yeyinti: Vüsal Kərimliyə 1 həftə vaxt (VİDEO)
Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan yoxlama nəticəsində qurumda 7 milyon manatlıq yeyinti aşkarlanıb.
Yenicag.az-a daxil olan məlumata əsasən, fəaliyyəti dövründə barəsində narazılıq və şikayətlərin səngimədiyi BNA-nın sədri Vüsal Kərimliyə yoxa çıxarılmış iri həcmdə dövlət vəsaitinin geri qaytarılması üçün 1 həftə vaxt verilib.
BNA-da aparılan yoxlamalarla əlaqədar qeyd olunur ki, qurumun büdcə vəsaitləri hesabına həyata keçirdiyi miqyaslı layihələrin icrası zamanı külli miqdarda mənimsəmələrə yol verilib.
Konkret olaraq bildirilir ki, yolların çəkilişi və təmiri çərçivəsində quraşdırılmalı olan və hərəkətin təhlükəsizliyini təmin etməli olan 5 kilometr uzunluğunda xüsusi metal məhəccərlərin çatışmazlığı aşkar olunub.
Bundan başqa, səkilərin kənarına düzülən bordyur daşları isə sənədləşmədə BNA-nın özünə məxsus materialı kimi rəsmiləşdirilib. Həmçinin səkilərə döşənən tamet örtüyünün altına vurulmalı olan möhkəm beton təbəqənin də yalnız kağız üzərində mövcud olduğu üzə çıxarılıb.
Bu və digər faktlar BNA rəhbərliyini olduqca çətin vəziyyətə salmaqla yanaşı, qurumun sədri Vüsal Kərimlinin başı üzərindəki "qara buludları” xeyli sıxlaşdırıb. Əldə olunan məlumata görə, Vüsal Kərimli işdə yol verdiyi ciddi nöqsanlar və aşkarlanan yeyinti faktları səbəbindən yuxarı instansiyaların qəzəbinə tuş gəlib və o, artıq iki aydır, vəzifəlin şəxslərin qəbuluna düşə bilmir.
Bildirilir ki, əl atdığı ciddi qanunsuzluqlar üzündən bağışlanması istisna edilən Vüsal Kərimliyə gələn həftənin sonuna kimi vaxt verilib: BNA sədri ya talanan dövlət vəsaitlərini yerinə qaytarmalı, ya da aşkara çıxarılan faktlar araşdırılmaq üçün prokurorluğa göndəriləcək.
Amma bunlar da BNA və Vüsal Kərimli ilə bağlı son məlumatlar deyil. Yayılan digər məlumatlarda isə BNA ilə Vüsal Kərimlinin aqibətinin artıq geniş mənada müəyyən edildiyi bildirilir. Bakupost.az-ın əldə etdiyi informasiyaya əsasən, BNA-nın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi nəzərdə tutulur.
Bu isə özünü doğrultmayan daha bir dövlət qurumunun sonu olmaqla yanaşı, korrupsiyaya qurşanmış yüksək məqamlı məmurun həbsi və ya çox sərt şəkildə cəzalandırılması anlamına gəlir.
Qeyd edək ki, BNA-nın fəaliyyəti artıq uzun müddətdir, ictimaiyyətin ciddi narazılığı ilə müşayiət olunur. Tıxacların qarşısını ala bilməyən, yalnız kosmetik işlərlə məşğul olan bu qurumun son zamanlar qeyri-şəffaf fəaliyyəti də hökumətin ciddi reaksiyasına səbəb olub. Təsadüfü deyil ki, BNA-nın daxilində olan ən böyük qurum – "Baku Bus” MMC qurumdan alınaraq, İnvestisiya Holdinqinə verildi və "Baku Bus” MMC-nin Müşahidə Şurası yaradıldı. Müşahidə Şurasının yaradılması isə bu qurumun maliyyə əməliyyatları ilə bağlı ciddi şübhələrdən irəli gəlir.
BNA-nın illik gəlirləri barəsində açıqlaması da ictimaiyyət və ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə BNA-nın keçirdiyi şübhəli tenderlər, sürücülər üçün uniformaya həddən artıq şişirdilmiş məbləğdə pul xərclənməsi medianın aramsız tənqidlərinə səbəb olub.
Oxşar xəbərlər
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 2024 10:49
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 2024 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 2024 14:05
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 2024 13:47
- Hitlerin aqibəti – Müəmmаlаr dumаnındа GİZLƏDİLƏN HƏQİQƏTLƏR + FOTOLAR
25 mart 2024 10:54
- Bu günlə bağlı VACİB XƏBƏR - Saat 13:32-də...
25 mart 2024 10:04
- 1970-ci ildə Bakıda qeyd olunan Novruz şənliyindən görüntülər (VİDEO)
25 mart 2024 09:51
- Hindistanın Baş naziri SSRİ-də Novruz Bayramını necə bərpa edib? –Bakıda ilk Novruz şənliyi Moskvanı nə üçün qorxudub?
25 mart 2024 00:52
- DTK-nın ən qəddar generalı – o, Andropovu da susdurmağı bacarıb
24 mart 2024 20:07
Xəbər lenti
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20
- Prezident və xanımına qarşı sui-qəsd cəhdinin detalları 28 il sonra açıqlandı - Əl-Qaidə-nin planı
25 mart 16:06
- Moskvadakı teraktın başçısı AĞACDA gizlənibmiş – VİDEO
25 mart 14:05
- Kramarenkonun yumruq davası, Banişevskinin etiraz çağırışları – Neftçini cəzadan Brejnev xilas edib
25 mart 13:59
- Kirkorov Bakıya kimin TOY MƏCLİSİNƏ gəlib ?
25 mart 13:54
- Rusiyanın 8 PUA-sı vuruldu - 11 yaralı
25 mart 13:49
- Diş ağrısı ilə yatıb 32 il sonra oyandı
25 mart 13:47
- Azərbaycanda icra başçısını öldürmək istəyən şəxs həbs edildi - DTX-dan açıqlama
25 mart 11:35
- Taleh Qaraşovu öldürmək istəyiblər
25 mart 11:29
Video & Fotoqalereya
Video
Fotoqalereya