Şuşa şəhəri bizdə, 37 kəndi isə ermənilərdədir ŞOK
Mayın 27-də Milli Məclisin növbəti plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. İlk olaraq "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.
Deputat Tahir Rzayev bildirdi ki, Şuşa şəhəri haqqında qanun layihəsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının ürəyindən xəbər verir. T.Rzayev Şuşaya qəhrəman şəhər adının verilməsini təklif etdi. "Şuşada həm böyük itkilər verdik, həm də böyük qələbələr qazandıq. Cənab İlham Əliyev başda olmaqla, Şuşanın görkəmli yerində qəhrəman əsgərlərimizin şərəfinə abidə qoyulmasını təklif edirəm”, - deputat bildirdi.
Deputat Vahid Əhmədov dedi ki, "Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası qanununun qəbulu müstəsna əhəmiyyətə malikdir. Millət vəkili qeyd etdi ki, Şuşa rayonu 30-cu ildə yaradılıb, hazırda 37 kəndi var. "Hazırda bu kəndlərdə ermənilər yaşayır, o cümlədən Rusiya sülhməramlıları fəaliyyət göstərir. Vaxtilə Şuşanın əhalisinin 96 faizi azərbaycanlı, yalnız 4 fazi ermənilərdən ibarət olub”, V.Əhmədov xatırlatma etdi. Deputat dedi ki, Şuşa şəhərinin kəndlərinin bu gün işğal altında olması gələcəkdə Şuşanın mədəniyyət paytaxtı kimi mövcud olmasına təhlükələr yaradıla bilər. Şuşa şəhəri Şuşa rayonuna daxildir. Ona görə Şuşanın kəndləri ilə bağlı müddəa bu qanunda əksini tapsa, yaxşı olar. Belə çıxa bilər ki, biz Şuşa şəhərini mədəniyyət paytaxtı elan etdik, 37 kənd bizə lazım deyil. .
Deputat Fəzail Ağamalı Şuşa Dövlət Mədəniyyət və İncəsənət Universitetini təsis etməklə bağlı maddə əlavə etməyi zəruri saydı. "Həmçinin qanunun preambula hissəsində qeyd edilməlidir ki, Şuşa 18-ci əsrdən etibarən Azərbaycanın mədəniyyət paytaxtı kimi fəaliyyət göstərir. Bu vaxtdan bəri digər şəhərlərin mədəniyyətə töhfələrini müqayisə etdikdə görünür ki, Şuşanın xidmətləri daha üstündür”, F.Ağamalı əlavə etdi. Deputat Şuşanın ən görkəmli yerində silahlı qüvvələrimizin şərəfinə xatirə kompleksinin yaradılmasını da təklif etdi.
Deputat Qüdrət Həsənquliyev komitədə qaldırılan məsələlərə aydınlıq gətirilmədiyini bildirdi. Bildirdi ki, layihəyə əsasən, şəhər publik hüquqi şəxs tərəfindən idarə olunacaq. Konstitusiyada isə idarəçiliklə bağlı konkret müddəa var. "İcra hakimiyyəti qalacaqmı, bələdiyyə olacaqmı, sualına aydınlıq gətirilməyib. ”İdarəetmənin formasını dəyişmək Milli Məclisin səlahiyyətində deyil. Amma yerlərdə idarəetməni həyata keçirən İcra hakimiyyəti və bələdiyyələrin aqibətinin necə olacağı aydın deyil", deputat bildirdi. "Milli Məclisin idarəetmənin formasını dəyişmək səlahiyyəti yoxdur, bu məsələyə aydınlıq gətirilməlidir”, - Q.Həsənquliyev əlavə etdi. Əlavə etdi ki, Şuşa şəhərində giriş-çıxışın tənzimlənəcəyi barədə müddəa var: "Bütün Azərbaycan xalqı, içi mən qarışıq Şuşaya getmək istəyir. İnsanların giriş-çıxışı tənzimlənsə, orada elə tıxaclar əmələ gələ bilər ki. Seçmə üsulu ilə onları Şuşaya buraxmaq düzgün deyil. Tənzimləmə zamanı pul alınacaqmı, buna da aydınlıq gətirilməlidir”.
Q.Həsənquliyev Şuşada mövcud olacaq dövlət qurumları ilə bağlı məsələdə də aydınlığa ehtiyac olduğunu vurğuladı. Əlavə etdi ki, qoruq elan olunmaqla oranın sakinləri olan insanların yaşayış statusu aradan qalxmır. Deputat işğaldan azad edilmiş hər bir rayon mərkəzində, Şuşa daxil olmaqla, bir universitetin yaradılmasını zəruri saydı. Bildirdi ki, onsuz da əhali sayına görə Azərbaycanda universitetlər sayca azdır. "Universitetlərin bəzilərini Bakıdan çıxartmaq da olar, amma yeni universitetlərin yaradılması da lazımdır”, Q.Həsənquliyev bildirdi.
Parlamentin birinci vitse-spikeri Əli Hüseynli isə deputatın sualına cavabında qeyd edib ki, həminqurumların fəaliyyəti yerində qalacaq: "Şuşa şəhərində hazırda prezidentin xüsusi nümayəndəsi idarəçiliyi həayata keçirir. Eyni zamanda publik hüquqi şəxs yaradılıb. Bu təsisat yalnız qoruğun idarəçiliyinə məsuldur”.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə dedi ki, Şuşa İcra Hakimiyyəti ləğv olunmayıb və bu gün də fəaliyyət göstərir. Q.Paşayeva qanun layihəsinin müzakirəsində aktiv iştirak edən həmkarlarına təşəkkürünü bildirdi.
Bundan sonra qanun layihəsi ikinci oxunuşda maddələr üzrə səsə qoyularaq qəbul edildi.
Milli Məclisin plenar iclasında 2020-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi ilə bağlı çıxış edib. Komitə sədri büdcənin icrası ilə bağlı bir sıra rəqəmləri səsləndirib: "Müharibə şəraiti, döyüşün maliyyələşdirilməsi, şəhid ailələri və qazilər üçün həssaslıq dövlət büdcəsi qarşısında vacib məsələlərdən biri olub. Bununla yanaşı, bir sıra xərclərin dövlət büdcəsində icrası 99,1 %-ə çatıb. Pandemiya səbəbindən iqtisadi aktivlik, əhalinin hərəkəti məhdudlaşdırılıb. Son 5 ildə sosalyönümlü xərclərin dövlət büdcəsində xüsusi çəkisi 5 dəfə artıb. Ölkədə koronavirus pandemiyası ilə mübarizədə 2 milyard manata yaxın vəsaitin icrası təmin edilib”. T.Mirkişilinin sözlərinə görə, 2020-ci il dövlət büdcəsinin icrası zamanı bəzi çatışmazlıqlar müəyyən edilib: "Komitədə aparılan təhlillər o qənaətə gəlməyə imkan verir ki, ”Büdcə sistemi haqqında" qanunun təkmilləşməsinə ehtiyac var. Yaxud bununla bağlı yeni qanunun qəbulu daha çevik qərarların qəbul edilməsinə səbəb ola bilər. Dünyada son zamanlar böhranlı durumların baş verməsi bu sahədə yeniliklərin təkmilləşməsini tələb edir". Komitə sədri bildirib ki, Azərbaycanda yeni Büdcə Məcəlləsinin hazırlanmasına da ciddi ehtiyac var.
"Ötən ilin əvvəlindən başlayaraq Azərbaycan iqtisadiyyatı şokla üzləşib. Bu, Ümumi Daxili Məhsulun azalmasına təsir göstərib”. Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2020-ci il dövlət büdcəsinin icrası ilə balı qanun layihəsinin müzakirəsi zamanı bildirdi. "2020-ci ildə Azərbaycan iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb. Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır”, maliyyə naziri əlavə etdi.
S.Şərifov qeyd etdi ki, bu məqamlar iqtisadiyyata mənfi təsir göstərib: "Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq. Dünya üzrə qlobal iqtisadi artım göstəricisi 3,3 faiz bənd azalıb. Ortalama bu göstəricinin bir qədər yuxarı olması Cənub-Şərqi Asiya dövlətlərində iqtisadi tənəzzül tempinin aşağı olması ilə bağlıdır”.
Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva maliyyə naziri Samir Şərifova aviareyslərin qiymətləri iIə bağlı sual ünvanladı. Millət vəkili bildirdi ki, Türkiyədə yaşayan və təhsil alan həmyerlilərimizin tez-tez ünvanladığı bir sual var: "Soruşurlar ki, niyə qardaş ölkədən digər ölkələrə uçuşların qiyməti ”bir millət iki dövlət" olan Azərbaycandan Türkiyəyə uçuşlardan ucuzdur? Vətəndaşlarımız maraqlanır ki, bu məsələyə baxılıbmı?" Q.Paşayeva qiymətlərin yüksək olmasının xüsusilə də tələbələri narahat etdiyini vurğuladı.
Deputat Tahir Kərimli maliyyə naziri Samir Şərifova partiyaların maliyyələşməsi ilə bağlı sual ünvanladı. 2020-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Tahir Kərimli parlamentdə azlıqda olan partiyaların dövlət tərəfindən maliyyələşməsinin məhdud olduğunu söylədi: "Mən öyrənmək istəyərdim ki, Milli Məclisdə azlıqda olan siyasi partiyalara dövlət tərəfindən ayrılan vəsaitin məbləği niyə bu qədər azdır? 2020-ci ildə büdcədən siyasi partiyalara 4 milyon manat vəsait ayrılıb. Sonuncu seçkilərdə daha iki siyasi partiya parlamentdə təmsil olunmaq hüququ qazandı, qeydiyyatdan keçdi. Bizə deyilirdi ki, bu, siyasi partiyalara verilən pulun həcmində azalmaya səbəb olmayacaq. Amma bizə hər rüb 5000 manat az ödənilir. Bunun səbəbi nədir?”
"Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı artıb. Həmin siyasi partiyalara deputat sayına görə vəsait verilir. Ona görə də vəsait az ödənilir. Vəhdət Partiyasına və 6 siyasi partiyaya 3008 manat ötən illə müqayisədə daha az vəsait ödənilir”.
Bu fikirləri maliyyə naziri Samir Şərifov T.Kərimlinin fikirlərinə reaksiyası zamanı söylədi. Nazir dedi ki, hər bir partiyaya müvafiq açıqlama verilir: "Orada konkret məlumatlar qeyd edilir”.
Komitə sədri Zahid Oruc təklif etdi ki, məşğul əhalinin dövlət və özəl sektorda payına yenidən baxılsın: "İcra sənədində göstərildiyi kimi, 53 və 47 faiz nisbəti kimidir. Konkret desək, muzdla çalışan işçilərin sayı 1 milyon 691 min nəfərdir və onun tərkibində 910 min nəfər dövlət, 781 nəfər isə qeyri-dövlət sektorunda çalışır. Bu isə aydındır ki, ən azı rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşmasına mənfi təsir edir. Gəlin, rəsmi səviyyədə mötəbərliyinə etibar etdiyimiz Dünya İqtisadi Forumunun hesabatında 69-cu yeri tutdugumuz halda hansı sahələrdə vəziyyətin ürəkaçan olmamasını göstərək”.
Müzakirələrdən sonra büdcə ilə bağlı layihə ilk oxunuşda təsdiqləndi.
İclasda banklarla bağlı müzakirələrdə deputatlar vətəndaşları narahat edən məsələlərdən danışdılar. Komitə sədri Siyavuş Novruzov dedi ki, Azərbaycan müstəqillik əldə edəndən bəri çox sahələrdə islahatlar aparıldı, amma bu kredit məsələsi düzəlmir ki, düzəlmir: "Qanunun fəlsəfəsində o dayanır ki, biz kredit alanı yoxlayırıq, kredit verəni yox. Kredit verən təşkilatların fəaliyyəti yoxlanılmadığına görə günün günorta çağı qərar qəbul edirlər - 4 bank bağlanır. Hesab edirəm ki, müqavilə imzalananda kredit alanla bərabər, kredit verənin də yoxlanışları bəlli olmalıdır”. Deputat qeyd etdi ki, problemlərdən biri də kredit faizləridir: "Kredit faizləri ilə depozit arasında 10-12 faiz fərq var. Kredit vətəndaşa 15-24 faizə təqdim edilir. Yoxlamalarda qeyd edilməlidir ki, 24 faizə kredit götürən şəxsin bunu qaytarmaq imkanı varmı? Girovlarla bağlı da problem var. Vətəndaş müəyyən miqdarda kredit götürürsə, 2-3 qat baha girovu necə qoya bilər. Nəticədə qohum-əqrəbanın evini, əmlakını girov qoyurlar. Bu da problemə gətirib çıxarır”.
Deputat Fəzail Ağamalı həmkarı Siyavuş Novruzovun banklar haqqında ittihamlarını dəstəklədi: "Siyavuş Novruzov tamamilə düzgün qeyd etdi. Banklar bütün dəyərləri tapdalayıb, insanların nəfəsini kəsirlər. Təklif edirəm ki, bank haqqında qanun yenidən müzakirəyə çıxarılsın. Bankların özbaşına fəaliyyətinə imkan verməyən məsələlər hazırlansın. İnzibati Xətalar Məcəlləsində məsələ qeyd edilsin. Bankların şəffaflıq hesabatlılığı yoxdur. Bir bank 24, digər 30, BOKT-lar 35 faizlə kredit verir. Belə şey olar?! Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat həmkarımız Zahid Oruc dedi ki, əgər bu gün Azəbaycanda ”Banklara etibar varmı" sualını qoysa, azəbaycanlılar birmənalı "yox” cavabı verəcək: "Mən bu qanuna səs verməyəcəm".
Deputat Tahir Kərimli də həmkarlarının fikirlərini müdafiə etdi: "Yüz milyonlarla insana kredit faizi ilə əzab verməkdə məqsəd nədir?! İnsanlara bu dərəcədə şiddət göstərmək olmaz. Bu insanlar yazıq deyilmi?! Azərbaycanda İslam bankçılığı niyə yoxdur? Nə zaman küçələrdə olan bər-bəzək xalqımızın ailəsinin içində görünəcək?!”
Deputatların banklarla baglı tənqidlərinə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili cavab verdi. Komitə sədri qeyd etdi ki, kredit olmayan bank təşkilatı - "Lombardlar haqqında” qanun layihəsi Milli Məclisin iş planında var: "Yaxın vaxtlarda bu qanunu parlament qəbul edəcək. Burada sələmçiliklə də bağlı məsələ öz həllini tapacaq. Qeyd etməliyəm ki, banklarla bağlı da qanun layihəsi hazırlanır. Onun üzərində hökumətdə iş gedir”.
İclasın sonunda spiker Sahibə Qafarova 28 May Respublika günü münasibətilə təbriklərini çatdırdı. Həmçinin parlament adından Azərbaycan Prezidenti və Birinci vitse-prezidenti təbrik etdi.
musavat.com
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Bakıdan Laçına ilk avtobus marşrutu yola düşdü - Fotolar
25 fevral 2026 10:50
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
