Azərbaycanda şok hadisə: 15 yaşlı qız ana oldu (VİDEO)
İqtisadiyyat1 iyun 2021 20:53
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı qız ana olub.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə , hamilə vəziyyətdə xə
stəxanaya gətirilən 2006-cı il təvəllüdlü Səbinə Namiq qızı Hüseynovanın övladı dünyaya gəlib.
Xəstəxananın doğum şöbəsinin müdiri Nəzakət Quliyeva bildirib ki, körpənin çəkisi 2 kiloqram 800 qramdır: "Mayın 31-də günorta saat 12:20-də doğum şöbəsinə ağrılarla, dölyanı mayenin artması ilə azyaşlı Səbinə Namiq qızı Hüseynova daxil olub. Xəstə müayinə olunub. Xəstədə dar çanaq olduğu müəyyən olunub. Xəstəyə qeysəriyyə əməliyyatı məsləhət görülüb. Xəstə əməliyyat olunub. Hal-hazırda ana və uşağın vəziyyəti normaldır”.
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, 16 yaşdan aşağı şəxslə cinsi əlaqədə olmaq cinayət sayılır. Nikaha girməyə isə 18 yaşı tamam olmuş şəxslərə icazə verilir. Bəs o zaman 15 yaşlı qız necə ailə qurub? Məsələni araşdırmaq üçün üz tutduq Səbinə Hüseynovanın ailə üzvlərinin yanına.
Nənəsi Şərəf Hüseynovanın sözlərinə görə, Səbinə ilə onun həyat yoldaşı, 24 yaşlı Sadiq Cəfərov xalauşağıdırlar. Onlar bir-birini seviblər və ailələr arasındakı razılaşma belə olub ki, xalaoğlu ilə xalaqızını evləndirsinlər. "Vallah, xalası oğluna hərisinİ vermişdik. Yəni 18 yaş toy etmək məqamı idi o vaxtlar. Sonra bu oğlanın anası rəhmətə getdi, 3 kişi qaldı evdə yaman günə. Çörəyini verən olmadı, çayını verən olmadı, paltarını yuyan olmadı. Getdi uşaq da gördü xalası uşaqlarının vəziyyətini. Öz könlü ilə… Yəni burda başqa bir problem ola bilməz. Sonra da gəldi ilişdi uşağa. Mən bunu neyniyə bilərdim?”.
Şərəf Hüseynova deyir ki, Səbinə xalası oğlu və onun ailəsinə görə elə onlarda qalmalı və izdivaca girməli olub. Ailə azyaşlının hamilə olmasını hər kəsdən nə az, nə də çox - düz 9 ay gizlədib: "Evin içində qaldı düz 9 ay. Həkim onu nə vaxt bildi. Ağır vəziyyətdə gətirəndə bildi ki, bu azyaşlıdır. Vəsiqə dedi, dedim vəsiqə yoxdur”.
Nənə baş verənlərlə bağlı özünə bəraət qazandırmağa da çalışıb: "Qohum olduqlarına görə gedib gətirə də bilmədim. 15 yaşında ailə qurub. İndi də 16-ya keçib”.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib ki, hadisə ilə bağlı Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. Faktla bağlı ilkin araşdırma tədbirləri başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 2025 00:28
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 2025 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 2025 11:42
- Bakı metrosunda qadının bədəninə toxundu - 15 gün Həbs olundu
10 dekabr 2025 11:03
Xəbər lenti
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
Video & Fotoqalereya
Video
Fotoqalereya
