Bütün sahələrdə monopolistlər var, arxasındakılar da elə-belə adamlar deyil
Hadisə2 iyun 2021 22:41
Qaynarinfo Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədovun modern.az-a müsahibəni təqdim edir:
- Vahid müəllim, 31 maydan etibarən Azərbaycanda sərt karantin rejiminin yumşaldılmasına start verilib. Bunun iqtisadi fəallığa təsirlərilə bağlı fikirləriniz maraqlıdır.
- Çox şükür, metronun açılması ilə insanlar normal şəkildə işə gedib-gəlir. Düzdür, şəhərdə bəzi yolların bağlı olması müəyyən çətinliklər yaradır, amma bu da müvəqqətidir. Yumşaldılmalarla pandmeiya zamanı müəyyən sahələrdə yaranmış problemlər, bəzi insanların əməkhaqlarındakı narazılıqlar öz həllini tapacaq. Təsərrüfat, istehsal sahələrindəki fəaliyyət davamlı olacaq. Təbii ki, bu da Azərbaycan iqtisadiyyatına öz müsbət təsirlərini göstərəcək. Amma biz qəti şəkildə arxayınlaşmamalıyıq. Çünki dünyadakı pandemiya, lənətə gəlmiş virus hələ tam lokallaşdırılmayıb. Ona görə də gigiyenik qaydalara, təmizliyə, qapalı məkanlarda tibbi maskadan istifadəyə diqqət etməliyik. Bəzi xarici ölkələrdə yoluxma sayında artımlar müşahidə olunur. Sevindiricidir ki, bizdə kifayət qədər azalma var, amma dediyim kimi, bu, bizi arxayın salmamalıdır. Pandemiya dövründə Azərbaycan sərt, qapalı dövlət də olmadı, müəyyən qadağalarla vəziyyət nəzarət altına alına bildi və hazırda müsbət dinamika davam edir. Bunun davamlı və dayanıqlı olması üçün hamımız səy göstərməliyik.
- İqtisadi fəallıqdan söz düşmüşkən, xoşumuza gəlsə də, gəlməsə də toylar Azərbaycan iqtisadiyyatının əsas sütunlarındandır. O şəkildə ki, bu sahə ilə əlaqəli olan hər kəs bir-birini dolandırır. Gözəllik salonları, şadlıq sarayları, bazarlar, müğənnilər, musiqiçilər, müxtəlif xidmət sahələri və s. toy biznesindən qidalanır. Yumşalmalar fonunda toyların keçirilməsilə bağlı yenilik gözlənilə bilərmi?
- Yoluxma saylarındakı azalmalar toyların keçirilməsinə imkan verir. Ona görə də toylar bərpa olunmalıdır. Bunun üçün müəyyən qaydalar işlənib hazırlanmalıdır. Təbii ki, söhbət 1000, 500 nəfərlik toylardan getmir. Açıq havada 100-150 nəfərlik toylara icazə verilməlidir. Həm də siz deyən kimi, toy insanlar üçün iş yeridir. Yəqin ki, növbəti yumşaldılmalarda buna gediləcək. Çünki toy, yeni ailələrin qurulması vacib məsələlərdən biridir. İnsanlar var ki, pandemiya başlayandan toy gözləyir, nişanlı qalıblar, yaşları ötür.
- Elə dediyiniz insanlardan gizli toy edənlər də var..
- Mən o insanları başa düşürəm. Amma bu, qanun pozuntusudur. Gənc qızlar, oğlanlar ailə qurmaq istəyirlər. Onları da başa düşmək lazımdır. Ona görə insanların bu istəklərinə qanuni şəkildə icazə vermək lazımdır ki, sabahısı gün toya basqın edilməsin, qan-qaraçılıq olmasın. Mənim fikrimcə, toylarla bağlı Operativ Qərargah tərəfindən qərarlar veriləcəyi gözlənilir. Şəxsən mən bunun tərəfdarıyam. Toylar olsun, amma pandemiya gözlənilmək şərilə. Bu barədə həmkarlarım tərəfindən parlamentdə də məsələ qaldırılıb, düşünürəm ki, müsbət həllini tapacaq.
- Vahid müəllim, parlamentdə vəziyyət necədir, ötən ilin büdcəsinin icrası ilə bağlı aparılan müzakirələr nə dərəcədə qənaətbəxş oldu? Ümumiyyətlə, pandemiya dövründəki büdcənin icrasını necə qiymətləndirirsiniz?
- Bilirsiniz, 2020-ci ilin dövlət büdcəsi ən çətin dövrü əhatə etdi. Bir tərəfdən pandemiya, bir tərəfdən də 44 günlük Vətən müharibəsinin büdcə xərcləmələrinə çox təsiri oldu. Bütün bunlara baxmayaraq istər Maliyyə Nazirliyi, istər İqtisadiyyat Nazirliyi büdcənin gəlir hissəsinin artırılmasını təmin etdi. 24.6 milyard manata yaxın vəsaitlə faktiki olaraq, əvvəlcədən planlaşdırılmış xərclərin ödənilməsi təmin olundu. Hələ 2 milyarda yaxın vəsait COVID-19-la mübarizəyə sərf edildi. Bunun da bir hissəsi tibb işçilərinin əməkhaqlarının ödənilməsinə, bir hissəsi avadanlıqların alınmasına, bir hissəsi modul tipli xəstəxanaların təşkilinə xərcləndi, 276 milyon manat da sahibkarlara dəstək məqsədilə ayrıldı və s. Bir sözlə, dövlət büdcəsinin 35 faizinin sosialyönümlü olmasını nəzərə alsaq, Azərbaycan hökuməti 2020-ci ildə qarşıya qoyulan sosialyönümlü məsələlərin öhdəsindən gəldi.
- Büdcəsi hələ də neftdən asılı olan ölkə üçün hazırda "qara qızıl”ın qiymətləri çox əlverişlidir. Bu günə olan məlumata görə dünya birjalarında 1 barrel neftin qiyməti 70 dolları ötüb. Hər nə qədər qeyri-neft sektorunu dirçəltməyə çalışsaq da, neft qiymətlərinin yüksəlməsi bizə həm də bir rahatlıq verir.
- Əslində buna rahatlıq verir demək olmaz, rahatlıq verməməlidir də. 2020-ci ilin dövlət büdcəsinin gəlirlərində neft gəlirləri 14 faiz idi. 12.2 milyard manat Dövlət Neft Fondundan transfert idi, 1.8 milyard manat da neft pulları idi ki, bu da ümumilikdə 14 milyard manat edirdi. Neft əsas ixrac potensialımızı təşkil edir. Son vaxtlar İqtisadiyyat Nazirliyi tərəfindən yeni iş yerlərinin açılması istiqamətində çox ciddi işlər həyata keçirilir. Ümid edək ki, yaxın gələcəkdə qeyri-neft sektorunun inkişafını əyani şəkildə daha geniş görəcəyik.
- Vahid müəllim, bura həm də ölkə başçısının da dediyi kimi, işğaldan azad edilmiş ərazilərimizdə yaradılacaq sənaye parkları hesabına minlərlə iş yerlərinin açılacağını əlavə etmək olar.
- Bəli, cənab Prezident Ağdama sonuncu səfəri zamanı iqtisadi zona yaradılacağını elan etdi. Ərazidə fabrik və zavodlar, sənaye müəssisələri istifadəyə veriləcək. Bu isə yüzlərlə, minlərlə insanın işlə təmin edilməsi deməkdir. İşğaldan azad edilmiş ərazilərdə iqtisadi zonalar yaradılır. Bu çox böyük əhəmiyyət kəsb edir. Təbii ki, neftdən asılılığın qalması bizi də narahat edir. Neft qiymətləri yüksək olanda müəyyən arxayınlıq da yaranır. Amma hökumətin iqtisadi qurumları qeyri-neft sektorunun inkişafı ilə bağlı qarşıya qoyulmuş məqsədə çatmaq üçün səyləri davam etdirəcəklər. Qarabağ bu xüsusda böyük əhəmiyyət kəsb edəcək.
- Qəribə bir paradoks var: inkişaf gedir, Azərbaycan yenidən qurulur. Amma bu inkişafla bərabər korrupsiya da qol-qanad açır. İcra başçılarının, ayrı-ayrı rəsmi qurumların rəhbər şəxslərinin, hətta pandemiya dövründə baş həkimlərin həbsi hansısa nəticə çıxarılmadığı qənaətinə varmağa vadar edir. Çünki yüksək postda təmsil olunan bəziləri hələ də xalqın olanını, dövlətin büdcəsini talamaqda davam edirlər.
- Bu istiqamətdə proses davam edir. Dövlət başçısı öz qəti mövqeyini bildirib. O deyib ki, Azərbaycanda korrupsiyaya yox deyilməlidir. Bunu hamı başa düşməlidir, istər nazir olsun, istər icra başçısı olsun, istər komitə sədri olsun, istər şirkət rəhbəri olsun, istərsə də baş həkim olsun. Kimliyindən asılı olmayaraq, pulu hər şeydən üstün tutanlar, korrupsiyaya bulaşanlar, xalqı incidənlər mütləq bir gün cavab verməli olacaq.
Bir vaxtlar Azərbaycanda vergi siyasətində çox ciddi problemlər vardı, sahibkarlar çox əziyyət çəkirdi. Mikayıl Cabbarov vergi sahəsinin şəffaflaşdırılması üçün ciddi islahatlara getdi. Faktiki olaraq sahibkarlardan tələb olunan odur ki, vaxtında ödənişlərini etsinlər, sənədləri qaydasında olsun. Ümid edək ki, digər sahələrdə də bu şəffaflığa nail olunacaq. Bu gün "Azərbaycanda korrupsiya yoxdur” deyilə bilməz. Bu dəqiqə Azərbaycanda çox ciddi inhisarçılıq, monopoliya var. Hansı sahədə desəniz, monopolistə rast gəlmək mümkündür, özü də arxasındakılar elə-belə adamlar deyil. O insanlar ki, korrupsiyaya qurşanırlar, onların axırı yaxşı olmayacaq. Çünki ölkəmizdə korrupsiyaya qarşı Prezident, Prezident Adminstrasiyası, Dövlət Təhlükəsizliyi Xidməti, hüquq-mühafizə orqanları səviyyəsində mübarizə aparılır. Ona görə də etimad sahibi olan, vəzifə etibar edilən hər kəs bunu dərk etməlidir.
"Vəzifəyə gəlməklə böyük pullara sahib olacağam” düşüncəsi çox geridə qalıb. Son həbslər də bunu diqtə edir. O fikirlə gələnlər, elə o fikrə də qurban gedirlər. Biz cənab Prezidentin rəhbərliyilə müasir, modern Azərbaycan qururuq. Əksini düşünənlər, elə əks qütbdə qalmalı olacaqlar. Və təəəssüf edirəm ki, onların sayı kifayət qədər çoxdur. Baş verənlərdən dərs çıxarmırlar, büdcəni talaya-talaya öz sonlarını hazırlayırlar. Bəzi icra başçıları, dövlət qurumlarının sədrləri, şirkət rəhbərləri elə bilirlər ki, vəzifəyə rüşvət yığmaq üçün təyin ediliblər. Bunların hamısının qarşısı alınacaq.
Oxşar xəbərlər
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
4 aprel 2026 10:58
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
4 aprel 2026 00:20
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
Xəbər lenti
- Xocalı soyqırımının təşəbbüskarlarından olan Zori Balayan ÇEZDİ
05 aprel 12:04
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
Video & Fotoqalereya
Video
Fotoqalereya
