“Dünyanın sonu”nu gətirən fateh - Öləndə Vatikanın zəngi üç gün susmadı
Reportaj3 iyun 2021 19:16
II Mehmet 1453-cü ildə Konstantinopolu (İstanbul) fəth etməklə dünya tarixində yeni dövrün başlanğıcını qoydu. Beləliklə, Bizans İmperiyasının 1000 illik hökmranlığı başa çatdı. Bu hadisə bir çox tarixçi tərəfindən "orta əsrlərin sonu, yeni dövrün başlanğıcı” kimi qəbul edilir. Fateh Mehmet İstanbulu fəth etməklə həm də İslam peyğəmbəri Məhəmmədin bir hədisini də həyata keçirdi.
Məhəmməd peyğəmbərin həmin hədisi belədir: "İstanbul mütləq fəth ediləcək. Onu fəth edən komandan nə gözəl komandan, o ordu nə gözəl ordudur”.
Bir çox tarixi mənbələrdə onun adı "Məhəmməd” kimi çəkilir, vəfat edənə qədər 30 il Osmanlı İmperiyasını idarə etdi. İstanbulun fəthindən sonra "Fəthin Atası” mənasını verən "Əbü'l-Fəth”, sonrakı dövrlərdə isə "Yeni dövr başladan hökmdar” adlarıyla xatırlandı.
İstanbul qüllələri
Osmanlının yeddinci hökmdarı II Mehmet 1432-ci il martın 30-da Ədirnədə anadan oldu. Atası II Murat Xandır. Fateh Sultan Mehmet hələ 12 yaşında olarkən atasının istəyi ilə taxta çıxdı. Ancaq o dövrdə Osmanlı İmperiyasının şərtləri və gənc yaşı səbəbiylə iki il sonra - 1446-cı ildə yenidən könüllü olaraq taxtını atasına təhvil verdi. İkinci dəfə taxta çıxanda 19 yaşlı gənc idi. Müslühəddin, Saruca Sərxan və Macar Urban kimi Osmanlı mühəndislərinə İstanbulun fəthi üçün Ədirnədə "şahi” adlanan toplar tökdürdü. İstanbulu fəth edəndə cəmi 21 yaşındaydı. İstanbulun fəthi ilə orta əsrləri bağlayıb yeni dövrün başlanğıcını qoyan Sultan Mehmet bundan sonra "Fateh” adını aldı.
İstanbulun fəthindən sonra bir çox nüfuzlu Bizans dövlət adamı Fatehin tərəfinə keçdi. Yunan yazıçısı İmrozlu Kritovulos həmin şəxslərdən biridir. Şəhər ələ keçdikdən sonra Fateh Romadan Bizansa qədər olan şəhər divarlarının İstanbulu müdafiə etmək üçün yetərli olmadığını gördü. Buna görə müşahidəni gücləndirmək üçün daha üç qüllə inşa etdirdi və qüllələrin sayını yeddiyə çatdırdı.
Təbrizli alim sultanın sarayında
Son Bizans imperatoru Konstantinin övladı yox idi. Qardaşı Teodorun üç oğlu vardı. Fateh bu uşaqları Topqapı Sarayına apardı. Uşaqlardan biri sədrəzəm (baş vəzir) Xas Murad Paşadır, digəri yenə baş vəzir Məsih Paşadır. Üçüncüsü, Osmanlıya xidmət edən Palioloqos adlı varlı bir xristiandır. İstanbul fəth edilməsəydi, bu uşaqlardan biri imperator olacaqdı.
Fateh eyş-işərti, kef məclislərini xoşlamırdı. Vaxtının böyük hissəsini dövlət və hərbi işlərə ayırmışdı. Elmə böyük önəm verirdi. Dövrünün nüfuzlu alimlərinin bilik və fəaliyyətlərindən faydalanmağa çalışırdı. Elmə həvəs göstərirdi. Bir çox nüfuzlu alimi İstanbula gətirmişdi
Azərbaycan türkü olan astronom Əli Quşçunu Təbrizdən İstanbula gətirdi və onu sarayının baş astronomu təyin etdi. Əli Quşçu "Risalət-ül-Məhəmədiyyə” və İstanbula səyahəti zamanı yazdığı riyaziyyat kitablarını Fatehə verdi. Osmanlı hökmdarı coğrafiya və tarixlə də maraqlanırdı.
Bir çox dildə danışırdı. Türk dilindən əlavə yunan, ərəb, latın, fars və ibrani dillərini bilirdi. Serb dilində danışdığı da ehtimal olunur.
Fateh şairlər, sənətkarlar və alimlərlə tez-tez görüşür, söhbət edirdi. Xüsusilə müəllimi Ağşəmsəddin ən çox dəyər verdiyi alimlərdən biriydi.
Venesiyalı rəssamın fırçası
İtalyan mədəniyyəti ilə maraqlanırdı. 1479-cu ildə portretlərini məşhur venesiyalı rəssam Centil Bellini tərəfindən çəkildi. Hazırda ən məşhur portretlərindən biri Londondakı Milli Portret Qalereyasında nümayiş olunur. Saqqalsız bir gəncə baxarkən çəkilmiş digər portreti də, 1950-ci illərdə İsveçrədə xüsusi bir kolleksiyada tapılıb. Gəncin o vaxt 20 yaşında olan Cem Sultan olduğu düşünülür. Çünki digər oğlu II Bəyazidin o vaxt 32 yaşı vardı. Fatehin oğlu II Bəyazid çox dindardı. Bellininin Topqapı Sarayındakı məşhur rəsmini və digər əsərlərini çıxardı. Eləcə də, məşhur rəssamın sarayın bəzi divarlarına çəkdiyi freskləri suvadı.
II Mehmet "Avni” təxəllüsü ilə divanlar yazıb. Sarayındakı 185 şairdən 30-na maaş verib. Fateh oxumağı çox sevirdi. Sultan Süleyman Qanunidən əvvəl qanunnamə və konstitusiyanə o hazırlamışdı.
Fateh fars və ərəb dillərində yazılan əsərləri orijinaldan oxuya bilirdi. 1466-cı ildə Ptolomeyin xəritəsini ərəb dilinə tərcümə etdirdi. Fəlsəfə ilə də maraqlanırdı. Trabzon Yunan İmperiyasını Osmanlı torpaqlarına birləşdirdikdən sonra filosof Amirutsini sarayına apardı. Onunla tez-tez fəlsəfədən danışırdı.
Topqapı Sarayında Aristotel və Tomas Akvinasın da əsərləri daxil olmaqla, böyük bir kitabxana qurmuşdu. Bir çox araşdırmaçıya görə, müasir tarixin yazılması Fatehin Osmanlı İmperiyasındakı hakimiyyəti dövründə başlayıb.
Professor Süheyl Ünvər 1940-cı ildə Topqapı Sarayında bir dəftər tapdı. Bu dəftər Fatehin uşaqlıq dövrünə aid idi. Dəftərdə at başları, leylək, bayquş və qartal fiqurları vardı. Fateh müəllimlərinin və ya ətrafındakıların karikaturalarını çəkmişdi. Dəftərdə yunan hərfləri, çiçək motivləri və fars qoşmaları da vardı. Osmanlı sultanının bioqrafiyası və 17 ilindən bəhs edən əlyazması Topqapıda saxlanılır.
Fateh Osmanlı təbəəliyində olan bütün xalqların dinlərinə bərabər münasibət göstərmişdi.
Mustafanın ölümü
Osmanlının yeddinci hökmdarı 1481-ci ilə qədər taxtda qaldı. 25 yürüşdə şəxsən iştirak etdi.
Otluqbeli döyüşündə Ağqoyunlu hökmdarı Uzun Həsəni məğlub etdikdən sonra zəfərini qeyd etmək üçün 40 min əsiri azad etdi. Ağqoyunlu ilə gərgin münasibətlərə baxmayaraq, onun xanımlarından biri Əminə Gül Bahar Xatun II Bəyazid dövründə Ağqoyunlu sarayına gəlin gedən Gövhərxan Sultanın anası idi. Gövhərxan Xatun Uzun Həsənin oğlu Uğurlu Məhəmməd Bəylə evlənmişdi.
II Mehmet fəthləri sayəsində Osmanlı torpaqlarını 900 min kvadrat kilometrdən 2 milyon 214 min kv.km-ə qədər artırmışdı.
Hakimiyyəti illərində iki imperiya, dörd krallq və 11 qraflığı Osmanlıya tabe etdi. Sultan Mehmet ehtiyatlıydı, amma verdiyi bütün qərarları mütləq həyata keçirirdi. İrəli getmək istəyən əsgərləri savaşa təşviq edirdi və dövlət idarəçiliyi məsələsində olduqca sərt anlayışı vardı.
Fatehin ən sevimli oğlu Şahzadə Mustafa idi. Mustafanın müəmmalı ölümü onu çox kədərləndirdi. Venesiyalı səyyah və yazıçı Ancello Covanmariya Şahzadə Mustafanın xidmətində idi. O, Fatehin böyük kədəri haqda bunları yazmışdı: "Yerdəki xalçaları yığışdırdı və kirin üstündə dayanıb oğluna yas tutdu. Tozları yerdən alıb başına tökdü. Üzünü, dizini döydü, nalə çəkdi. Üç gün üç gecə belə qaldı”.
Fateh Venesiya kralı tərəfindən planlaşdırılan 14 sui-qəsd cəhdindən xilas olmuşdu.
Fatehin ölümü
Fateh 1481-ci ildə səfərə çıxdı. Ancaq yolun əvvəlində xəstələndi. Əslində, səfərə çıxmadan əvvəl də səhhəti yaxşı deyildi, həkimlər at minməyi məsləhət görməmişdilər. Buna baxmayaraq, yola çıxdı və 1481-ci il mayın 3-də Gəbzə yaxınlığındakı Hünkar düzündəki düşərgədə vəfat etdi. Vəfatından sonra ölümü gizlədildi. Sultanın hamama ehtiyacı olması adı altında gizli olaraq, cənazəsinin gizlicə saraya gətirildiyi deyilir. O dövrdə Şahzadə Bəyazid və Şahzadə Cemə xəbər göndərildi. Fatehin öldüyü xəbəri yayıldıqdan sonra sarayda çaxnaşma başladı.
Qaramanlı Məhməd Paşa Şahzadə Cemin tərəfdarı olduğu üçün edam edildi. Hər yer talan edilməyə başladı. Bu vaxt hər kəs öz tərəfdarlarını taxta çıxarmağa çalışarkən, Fatehin sarayın bir qaranlıq otağındakı cənazəsi yaddan çıxmışdı. Baltaçılar kəndxudası Qasım adlı bir şəxs II Bəyazidə yazdığı məktubda cənazənin üstündə üç gün, üç gecə şam yandırılmadığını və qoxudan cəsədə yaxınlaşmağın az qala mümkün olmadığını deyirdi. Daha sonra daxili orqanları çıxarıldı. Amma bundan əvvəl paltarı çıxarılmalıydı. Amma havanın isti olması səbəbindən cəsəd çürüyürdü və paltar bədənə yapışmışdı. Bu səbəbdən də paltarın sol qolu kəsilməli idi. Kəsilmiş paltar bu gün də Topqapı Sarayındadır. II Bəyazid paytaxta gələnə qədər bu şəkildə saxlanıldı. Ölümündən sonra oğlu Bəyazid taxta çıxdı. Sultan İstanbuldakı Fateh Məscidindəki məqbərədə dəfn olundu.
Kilsə zəngləri
Fatehin ölümündən əvvəl hara yürüş edəcəyi dəqiq bilinmir. Çünki o, bu məlumatı təhlükəsizlik baxımından çox gizli saxlamışdı və heç kimə deməmişdi. Lakin tarixçilər yürüşün Misir və ya Romaya edilə biləcəyini təxmin edirlər. Ancaq digər mənbələr və tarixçilər fərqli yerləri fəth etmək istəyində olduğuna inanırlar.
Fateh dəniz məhsullarını, xüsusən də xərçəng və kürünü çox sevirdi. Buna görə qut (podaqra) xəstəliyinə tutulduğu deyilir. Bununla yanaşı, onun zəhərləndiyini düşünən tarixçilər də var. Öləndə Papa Vatikan kilsəsinin zənglərini üç gün, üç gecə çaldırdı.
Osmanlı türklərinin İstanbulu fəth etdiyi gün xristianlar tərəfindən "dünyanın sonu” adlandırılır. Qərbdə aparılan sorğulara görə, ağla ilk gələn Osmanlı sultanı odur. /Teleqraf.com
Oxşar xəbərlər
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 2026 10:59
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
7 fevral 2026 13:28
- Ağdərili cütlüyün qaradərili körpəsi doğuldu: Bu necə baş verib?
1 fevral 2026 13:26
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
1 yanvar 2026 20:22
- Mübariz Mənsimovun Ramiz Mehdiyev ilə heç bir zaman nə biznes, nə də şəxsi münasibəti olmayıb
16 dekabr 2025 21:35
- Qonşunuz səs-küy salırsa - Nə etməli ?
16 dekabr 2025 11:26
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- SSRİ-nin sonu: 8 dekabr 1991 — tarixin qırılma nöqtəs
9 dekabr 2025 21:06
- O vaxt demişdim ki, Xalq Cəbhəsi KQB-nin oyunudur...
9 dekabr 2025 12:25
Xəbər lenti
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
