“O, həm də Qafqazın mehriban simasıdır”
Gürcüstanda siyasi elmlər doktoru, professor Vaqif Abdullayevin “Azərbaycanın Mehriban Siması” kitabının gürcü dilində təqdimat mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, V.Abdullayev Tiflis şəhərində baş tutan təqdimat mərasimi ilə bağlı təəssüratlarını bölüşüb.
"Bu günlərdə Gürcüstan Elmlər Akademiyasının dəvəti ilə Tiflis şəhərində olduq. Səfərimizin məqsədi “Azərbaycanın Mehriban Siması” kitabımın gürcü dilində təqdimat mərasiminin keçirilməsi idi. Tədbirdən öncə, millət vəkili, akademik Nizami Cəfərov, sabiq deputat, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Tiflisdə Ulu öndər Heydər Əliyevin adına olan parkda olduq, abidəsi önünə güllər qoyduq.
Tədbir Gürcüstan Yazıçılar Birliyinin akt zalında keçirildi. Tədbiri giriş sözü ilə Gürcüstan Elmlər Akademiyasının prezidenti Giorgi Kvesitadze açaraq ölkələrimiz arasında dostluq və qardaşlıq, strateji müttəfiqlik münasibətlərdən söz açdı. Kitabın əhəmiyyətindən danışan Kvesitadze Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanı tək Azərbaycanın yox, Qafqazın Mehriban Siması adlandırdı.
Sonra çıxış üçün söz Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevə verildi. Səfir qeyd etdi ki, regionun yaxın müttəfiq ölkələri olan Azərbaycan və Gürcüstan arasında bütün sahələrdə yaxşı əməkdaşlıq qurulub, humanitar sahədə əlaqələr uğurlu inkişaf edir. Cənab Prezident İlham Əliyevin tapşırığı ilə bu ölkədə çoxmiqyaslı layihələr həyata keçirilməkdədir. Sosial-humanitar layihələrin həyata keçirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri vardır. Fondun bu ölkədə elm, təhsil, səhiyyə, idman və digər sahələrdə həyata keçirdiyi mühüm layihələr minlərlə insanın həyatında dərin izlər buraxmışdır. Hazırda bu istiqamətdə səmərəli əməkdaşlıq davam etməkdədir.
Tədbirdə çıxış edən Gürcüstan Milli Elmlər Akademiyasının vitse-prezidenti Roin Metreveli müstəqil ölkələr olan Azərbaycan və Gürcüstan Respublikaları arasında münasibətlərin yüksək səviyyəyə çatmasında dahi siyasətçilər Heydər Əliyevin və Eduard Şevardnadzenin əvəzolunmaz xidmətlərindən danışdı. Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycanın böyük uğurlar qazandığını, möhtəşəm iqtisadi inkişaf gücünə malik ölkəyə çevrildiyini qeyd edərək Cənab Prezidentlə birgə bu misilsiz tərəqqinin əldə olunmasında Mehriban xanımın yorulmaz fəaliyyətini yüksək qiymətləndirdi. Vitse-prezident kitabın gürcü dilinə tərcünə olunmasını böyük əsər kimi qiymətləndirdi.

Akademik Nizami Cəfərov çıxışı zamanı iki ölkə arasında dostluq əlaqələrindən və bir çox sahələrdə əldə edilmiş örnəkverici uğurlardan danışdı. Mehriban xanım Əliyevanın dövlət adamı, həm də qayğıkeş xanım kimi Gürcüstanın ictimai-humanitar həyatında oynadığı xüsusi rola diqqət çəkərək Onun misilsiz xidmətlərinin və bənzərsiz yorulmaz fəaliyyətinin gürcü xalqı tərəfindən rəğbətlə qarşılandığını xatırlatdı.
Sonra çıxış edən Gürcüstan Beynəlxalq Münasibətlər və Poltologiya Akademiyasının prezidenti Simon Kobadze Mehriban Əliyeva haqqında sanballı kitabın gürcü dilində tərcümə edilməsini ölkələr arasında ictimai-siyasi, elmi-mədəni əlaqələrin qürurverici nümunəsi kimi qiymətləndirərək elm və təhsil sahəsində əməkdaşlığın münasibətlərimizin möhkəmlənməsinə verdiyi sanballı töhfələrdən bəhs etdi. Mehriban xanımın gürcü xalqının elm və mədəniyyət irsinə göstərdiyi diqqət və qayğısına görə, minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Çingiz Qənizadə Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətində humanizmin xüsusi yer tutduğunu, insan hüquq və mənafelərinin qorunmasında, layiqli həyatlarının təmin edilməsində və Mehriban xanımın bilavasitə təşəbbüsü ilə son 15 ildə qəbul edilmiş çoxsaylı əfv və amnistiya aktlarının əhəmiyyətindən danışdı.
“SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov da çıxışı zamanı Azərbaycanın Gürcüstanda uğurla icra etdiyi çoxsaylı layihələrdən, qazlaşdırma, elektrik enerjisi, su təminatı, digər böyük infrastruktur və sosial tədbirlərdən bəhs etdi. Bildirdi ki, Azərbaycanın dəstəyi ilə Gürcüstanda 100-lərlə tələbəyə təqaüdlər verilir, müxtəlif tədris müəssisələri kompüter və digər vəsaitlərlə təmin olunur.
Türkiyənin Gürcüstandakı səfirinin birinci müavini Onur Sezin Azərbaycan-Gürcüstan-Türkiyə mehriban qonşuluq siyasətinin regionun təhlükəsizliyi, sabit və davamlı inkişafında mühüm rol oynadığını, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars və digər birgə həyata keçirilən layihələrin bölgədə geniş əməkdaşlıq mühiti yaratdığını qeyd etdi. Bildirdi ki, 3 dost və qardaş ölkənin strateji müttəfiqliyi bölgə ölkələri üçün yaxşı əməkdaşlıq nümunəsinə çevrilib. Cənab Sezin Mehriban xanımın humanitar sahələrdəki çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdi.
M.F.Axundov adına Mədəniyyət Mərkəzinin direktoru Leyla Əliyeva Azərbaycanın Gürcüstanın ictimai-sosial həyatında yaxından iştirak edərək davamlı dəstək göstərdiyini, bu ölkədə yaşayan azərbaycanlıların sosial-mədəni inkişafına əvəzsiz töhfə verdiyini, Axundovun və Nərimanovun ev muzeylərinin təmir edilməsində böyük xidmətlərini alqışladı. Bu cür həssas diqqət və qayğıya görə, Azərbaycan dövlətinə dərin hörmətini ifadə etdi.
Tədbirin yekununda çıxış edərək Gürcüstan Elmlər Akademiyasının rəhbərliyinə, tədbir iştirakçılarına dərin minnətdarlığımı bildirdim. Qeyd etdim ki, mənim üçün əlamətdar olan bu gündə Gürcüstan Beynəlxalq Münasibətlər və Politologiya Akademiyasının Fəxri üzv diplomu və vəsiqəsi ilə təltif olunuram. Bu diplom mənim kiçik əməyimə verilən böyük dəyərdir, Heydər Əliyev siyasətinin təşviqi və təbliği istiqamətində fəaliyyətimə, Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uğurla həyata keçirdiyi möhtəşəm dövlət siyasətindəki xidmətlərimə və bu siyasəti əks etdirən elmi-siyasi əsərlərimə verilən sanballı qiymətin nəticəsidir".


- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- İlham Əliyevin Efiopiyanın Baş naziri ilə təkbətək görüşü oldu
27 fevral 2026 11:10
- Kəlbəcərə, Xocavəndə və Horovluya 100-dən çox ailə köçürüldü
27 fevral 2026 11:04
- Xocalı Soyqırımı Memorialının açılışından - Fotolar
26 fevral 2026 22:18
- Prezident və birinci xanım Xocalı Soyqırımı Memorialının açılışında iştirak etdi
26 fevral 2026 13:36
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Prezident ailə üzvləri ilə Xocavənd və Xocalıya səfər edib
25 fevral 2026 18:53
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
