Abel Məhərrəmov məhkəməni uduzdu - 800 min manat ödəyəcək
Bakı Dövlət Universitetinin sabiq rektoru, AMEA üzvü Abel Məhərrəmovdan pul iddiasına qarşı məhkəmə işi üzrə qərar elan olunub. Qərara görə, BDU-nun sabiq rektoru 800 min manatdan artıq vəsaiti ödəməli olacaq.
Gununsesi.info məhkəmə sənədlərinə istinadən xəbər verir ki, Yasamal Rayon Məhkəməsində İsimxan Mirzəyev və bir neçə nəfərin iddiası üzrə keçirilən məhkəmədə Abel Məhərrəmovun işlətdiyi usta və fəhlələrin pullarını vermədiyi üzə çıxmışdı.
Belə ki, Bakı şəhəri, Süleyman Dadaşov küçəsindəki 4-mərtəbəli villa inşa etdirən Abel Məhərrəmov müqaviləyə əsasən 71 ədəd pilləkənin hazırlanması və quraşdırılmasına görə 21300 (iyirmi min üç yüz) manat (bir ədədi 300 manatdan), mansardın quraşdırılmasına görə 15000 (on beş min) manat; qapıların hazırlanması və quraşdırılmasına görə dəyəri 20000 (iyirmi min) manat, şəbəkənin (reşyotkanın) hazırlanması və quraşdırılmasına görə dəyəri 15000 (on beş min) manat; istilik sisteminin qarşısındakı alkovun (besedkanın) hazırlanması və quraşdırılmasına görə 10000 (on min) manat, sahəsi 30 kv.m olan barın quraşdırılmasına görə 9000 (doqquz min) manat (metri 300 manatdan), ümumi dəyəri 90300 (doxsan min üç yüz) manat olan işlərə görə ödməli olduğu vəsaiti ödəməyib.
Bundan başqa rektor özünəməxsus"Mona Liza” şadlıq sarayında bar, mebel və s. işlər gördürüb. Buna görə də hesablanmış 70000 (yetmiş min) manatdan cəmi 25 min ödəyib.
Abel Məhərrəov, həmçinin Mərdəkan qəsəbəsindəki bağ evində sahəsi 44 kv. m olan kitab mebeli, mətbəx mebeli də indiyə kimi ödəniş etməyib.
Sabiq rektor daha sonra Bakı şəhəri, Şərifzadə küçəsindəki "Qlobus” bağçasında materialı ustalardan olmaqla ümumi dəyəri 80000 (səksən min) manat olan işlər gördürüb.
Burada qapıların, mebelin yığılması, çarpayıların və s. hazırlanmasına görə yalnız alınmış materialın pulu – 15000 manat ödənilib. Yerdə qalan 65000 (altmış beş min) manat ödənilməyib.
Abel Məhərrəmov ona etibar edən usta briqadasına Nabranda da "atıb”.
Belə ki, Xaçmaz rayonunun Nabran qəsəbəsinin Seyidli ərazisində "El Faro” Ailəvi İstirahət və Əyləncə Mərkəzində ümumi dəyəri 15000 (on beş min) manat olan (bir ədədi 50 manatdan) 300 ədəd qapının quraşdırılması; 4000 kv.m sahədə ümumi dəyəri 160000 (yüz altmış min) manat olan (kvadrat metri 40 manatdan) üzləmə işlərinin icrası; mebellərin yığılması üzrə ümumi dəyəri 20000 (iyirmi min) manat; barların yığılması üzrə ümumi dəyəri 15000 (on beş min) manat olan işlərin icrasına görə, ödəməli olduğu 210000 (iki yüz on min) manat əvəzinə 40 ayda cəmi 24000 manat (yemək pulu) verib. Rektor bu günə kimi isə 186000 (bir yüz səksən altı min) manat ödəməyib.
Beləliklə, bir neçə epizod üzrə Abel Məhərrəmova qarşı 800 min manatdan artıq pul iddiası irəli sürülüb.
Dünən keçirilən məhkəmədə iddia təmin olunub.
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Abel Məhərrəmovdan Ramiz Mehdiyev - Açıqlaması
25 fevral 2026 12:02
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 2026 14:32
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
