Rus mayoru Qarabağ xanını qətlə yetirdi...-Düz 215 il
Maraqlı13 iyun 2021 02:00
Qisasını isə Terek çayı sahilində çeçen bəyi aldı...
*** ***
"Bu gün Şuşa əlimizdə olsa da, erməniləri himayə edən Rusiya ordusunun nəinki mayoru, polkovnikləri, generalları da Xankəndində, Qəmlo demiş, düz burnumuzun dibindədirlər..."
...Atası Pənahəli və qardaşı Mehrəli bəydən sonra 1763-1806-cı illərdə Qarabağ xanlığının xanı İbrahimxəlil xan Cavanşir əsasən vəziri Molla Pənah Vaqifin siyasəti sayəsində Qarabağın müsəlman Azərbaycan türk- qacarların hökmran olduğu İran, yaxud Osmanlı dövlətinə yox, məhz Rusiya impeiyasına birləşdirilməsinə razılıq verir. Elə bu işğalda olan böyük roluna görə Kreml xüsusən SSRİ dövründə Vaqifin orta və ali məktəblərdə geniş tədrisinə, xalq arasında təbliğinə şərait yaradır, həmçinin 1982-ci ildə Şuşada onun xatirəsinə böyük məqbərə ucaldılmasına razılıq verir. Heç Pənahəli xanın sarayının bərpasına, yaxud Şuşada və ya Ağdamda heykəlinin ucaldılmasına qol qoyardımı Moskva?..
Rusiyaya bağlılığın “mükafatı” olaraq 12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında 17 nəfər ailə üzvü ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirilir...
Türkoloq alim, professor Minəxanım Təkləli “Mən aşiqəm Qarabağ...” silsiləsindən olan “İbrahim xanın qatilinin son aqibəti” yazısında Qarabağ xanının qatili haqqında ətraflı məlumat verir:
“Rus qoşunları Gəncəni işğal edib Qarabağ üzərinə yeriyəndə Dmitri Lisaneviç (1773-1825) mayor rütbəsində idi. Lisaneviç serbəsilli ruslardandır. Serblər rus ordusunda gözəçarpacaq saya və mövqeyə malik idilər. Vətən, din təəssübünü çəkməkdə heç nə ilə ruslardan geri qalmazdılar. Vaxtilə imperatiriçə Yekaterinanın sevgililərindən biri olan Zoriçə görə (qeyri-adi gözəlliyi ilə bir sırada qılıncoynatma, sərrast atıcılığı və cıdır hünərlərilə seçilsə də, ağlında və davranışında bu gözəllikdən əsər-əlamət yox idi. Odur ki, o ağıllı Yekaterinanın gözündən çox tez düşmüşdü) mühüm mövqelərdə bulunurdular. Həqiqətdə isə əsl səbəb xristian təəssübkeşi Yekaterinanın türklərə qarşı onları alət olaraq işlətməsində idi. Odur ki, serblərin həssas nöqtələrinin qıdıqlanması I Pyotrun əli ilə başlasa da, əslində Yekaterinanı Rus-Türk müharibələrində istifadə etmək üçün serblərdən xüsusi alaylar təşkil etməyin ilk təşəbbüsçüsü saymaq olar.
General Pavel Sisiyanovun “dəli” Lisaneviçə böyük etimadı var idi. Sisiyanov maraqlı olduğu Gəncə üzərinə hücumda ona bərk güvənirdi. Və gümanında yanılmadı; Cavad xanı qala bürcündən (deyilənlərə görə, Gəncənin ikiqatlı qala divarlarındakı qüllələrdən biri olan bu bürc Hacı Qala adı daşıyırdı) sərrast güllə atəşi ilə o vurub salmışdı. Tarixi sənədlər də bunu təsdiq edir; Cavad xanın ölümünün Lisaneviçin əli ilə olduğu göstərilir: Cavad xan ortancıl oğlu Hüseynqulu ağa ilə birlikdə ümumi hücumda qala divarları üzərində mayor Lisaneviç tərəfindən öldürüldü (Bax: AKAK, ll c, sənəd 1189) deyə göstərilir.
“Tarixi-Safi”nin müəllifi əslən erməni olan Mirzə Yusif Qarabaği gizlətmək istəmədiyini sevinclə xəbər verir: “Şiddətli vuruşma əsnasında rus zabitlərindən biri olan mayor Lisaneviçin gülləsi Cavad xanı həyat divarından (yəni ömrünü kəsdi-müəl.) kəlləmayallaq(?) yerə endirdi”. (“Qarabağlı” Mirzə Yusif əslən Cənubi Azərbaycanın Əhər şəhərindəndir. İranda müsəlmanlığı qəbul edərək oradan Mirzə Yusif adı altında böyük iddialarla – artıq Rus idarəsinə keçən “vətənə” –Qarabağa dönür).
İndi Mirzə Yusifə çevrilən erməni müəllifimiz yarısərxoş, yarımanyak bir həzz ilə “beləliklə, rus ordusu hər tərəfdən qalaya daxil olub onların “orucluq bayramını qurban bayramına çevirdilər” və “işıqlı günlərini zülmətə döndərdilər; sərdar camaatı qırmağa əmr verdi...” deyə qanlı istilanı nəşəli - obrazlı tərzdə müjdələməkdədir...
...İbrahim xanla onun öz gələcək qatili mayor Lisaneviçin ilk görüşü müxtəlif müəlliflərdə eyni cür təsvir olunub: “1805-ci ilin mayında Kürəkçay sahilində sülh müqaviləsi bağlanan kimi general Pavel Sisiyanov mayor Lisaneviçi 500 soldatla Qarabağa göndərir”(Mirzə Yusif Qarabaği. “Tarixİ-Safi”); Sərdar Sisiyanov mayor Lisaneviçi beş yüz yeger adlanan dəstə və topxana ilə Qarabağa – İbrahim xanın yanında olmağa təyin elədi (Mirzə Mehdi Xəzani. “Kitabi-Tarixi Qarabağ”) və s.
İbrahim xanı düz bir il sonra ailəsi ilə qətlə yetirən Lisaneviç əslində burada özü xan idi. Vəziyyət isə hər yöndən mürəkkəbləşib, müdhiş hadisələrə yol açmaqda idi... Kürəkçay müqaviləsinin imzalanmasından hirslənib qızışan gənc şahzadə Abbas Mirzə hərbi yürüşə başlayır. Rus qüvvələrinin azlığı və Araz sahillərinə yanaşmaması (müharibələrə “aludə” olan Rusiya bu zaman eyni vaxtda Avstriya, Fransa, Osmanlı dövləti ilə ayrı-ayrılıqda qəsbkar müharibələrini aparırdı) və həmçinin Qızılbaş qoşunu ilə vuruşmağa ruslar tərəfindən məcbur edilən yerli əhalinin ürəksiz vuruşu nəticəsində Şuşada da həyəcan anbaan artmaqda idi. Həm də 1806-cı il fevralın 20-də əli qanlı general Sisiyanovun Bakı qala divarları önündə başının kəsilməsi xalqı bu qəsbkarların Azərbaycandan nəhayət çıxıb gedəcəklərinə inanmağa ruhlandırdı. Vəziyyəti yerli erməni məlikləri, o cümlədən Məlik Şahnəzər də bir yandan körükləyirdi. İbrahim xan əslində onunla qohum idi; Məlik Şahnəzərin qızını almışdı. Lakin o, indi xanın qatı düsməninə çevrilmişdi...
Mirzə Adıgözəl bəyin “Qarabağnamə”sində oxuyuruq: “Mərhum Pənah xan və İbrahim xanın mehribanlıq nəzəri, hörmət və mərhəmət gözü həmişə Məlik Cümşüdün üstündə olmuşdu...”
İndi isə belə qeyri-müəyyən vəziyyətdə ermənilərin, xüsusən Məlik Cümşüd Şahnəzərovun məkrli, gizli donosları öz işini görüb qurtarmışdı. Hələ sonra Türkmənçay sülhü ərəfəsində və sonra Rusiyanın İranda səlahiyyətli səfiri Aleksandr Qriboyedovu əhatələyən ermənilərin içində onun tərcüməçisi və kuryeri iki Şahnəzərovu – bu ailənin nümayəndələrini görürük. Daha irəli gedib deməliyik ki, Qarabağın yeni hakimi erməni general Valerian Madatov (əsil adı Rüstəm) Peterburqa köçən və orada məskunlaşan Cümşüd Şahnəzərovun qızı ilə evlənmişdi. Xanın qətlindən sonra çar idarəçiləri onun varisi Mehdiqulu xanın könlünü almağa çalışmış, üstü almazlarla bəzədilmiş qələm də bağışlamaqla sanki onu qələm-möhür sahibi hakim kimi tanımışdısa da, sonralar məhz erməni general Madatov Qarabağın qanuni hakimi Mehdiqulu xanı perikdirib Qarabağdan qovmuşdu. Cümşüd Şahnəzərovun Peterburqda təhsil alan və xidmətə girən oğulları artıq yeni əsrdə – günümüzdə Mixail Qorbaçovun sağında daim “Qarabağ uğrunda” fəaliyyətdə gördüyümüz onun müşaviri, bizimsə müasirimiz həmin Şahnəzərovun ulu babasıdır.
...İbrahim xanın isə belə şəraitdə Şuşadan çıxıb Xan Səngər adı ilə məşhur olan qalada qərar tutması şübhələr doğururdu; artıq onun ruslarla ittifaqa girmədən peşman olması aydın görünürdü. Çoxları da güman edirdi ki, İranda şah sarayında yaşayan oğlu Əbülfəth ağanın (o Fətəli şahın qaynı idi) Qızılbaş qoşunu başında Qarabağa girməsi İbrahim xanın buyruğu ilədir.
Beləliklə İbrahim xanın rus dövlətinə olan sədaqəti – Kürəkçay müqaviləsinin etibarlılığı artıq şübhə altına alınmışdı... Odur ki, bir an belə ləngimədən dəli mayor Lisaneviç 100 soldatla 1806-cı ilin 11 iyun gecəsi qaladan çıxaraq xan düşərgəsinə yaxınlaşır və onu mühasirəyə alır. İbrahim xanı öz əyanları və ailəsi ilə birlikdə öldürür.
Lisaneviç dərhal polkovnik rütbəsinə qaldırılır. Mirzə Adıgözəl bəy 1816-cı ildə Qarabağ hakimi Mehdiqulu xanın yanında işə başlayarkən Lisaneviçin yanında podporuçik rütbəsində tərcüməçi işləyib. Ehtiyatla olsa da, bu qətilin aradakı çuğulların fitnəsi ilə baş verdiyini göstərir. Canyanğısı və təəssübünə görə yenə sağ olsun... Bu zaman erməni fəallığı açıq-aşkar hiss olunduğu şəraitdə çuğulların kimliyi də o zaman da, indi də aydın olur ...
...1824-cü ildən Lisaneviçin fəaliyyət meydanı Şimali Qafqaza keçir. O, 1825-ci il iyulun 16-da Qumuqlu knyaz, dağların şərəfli oğlu Musa Xasıyev tərəfindən döyüşdə öldürülür. Babaları Qafqaz canişini general Yermolovun şəxsi tərcüməçi Mirzə Yenikolopov və İran şahının baş müşaviri erməni Mötəmüddövlə Mənuçöhr xan olan yazıçı İvan Yenikolopov isə başqa cür göstərir: Lisaneviç və qaniçənlikdə ondan geri qalmayan general Nikolay Qrekovun əslində şair Lermontovun Hacı Abrek surətinin proobrazı olan çeçen mücahidi Bey Bulat Taymazov tərəfindən Terek çayı boyundakı döyüşdə öldürüldüyünü yazır. Nəhayət, intiqam alınır...”
XX əsrin əvvəllərindən bəri Qarabağda, Zəngəzurda, Göyçədə, Bakıda, Şamaxıda, Qubada və s. Rusiyanın, Fransanın himayə etdiyi erməni terrorçularının başmıza gətirdiyi faciələr, eləcə də bu gün – 30 illik növbəti işğal və 44 günlük müzəffər savaşımızdan sonra hələ də yaşadığımız problemlər məhz dədə-babalarımızın dünənki, o günkü tarixi səhvlərinin nəticəsidir... İbrət götürmək borcumuzdur... Bu gün Şuşa əlimizdə olsa da, yenə də faktiki erməniləri himayə edən Rusiya ordusunun nəinki mayoru, polkovnikləri, generalları da Xankəndində, elə Qarabağ xanını qətlə yetirdikləri Xanbağı deyilən məkanda, “Axırıncı aşırım” filmində Qəmlo demiş, düz burnumuzun dibindədirlər...
Oxşar xəbərlər
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
Xəbər lenti
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
Video & Fotoqalereya
Video
Fotoqalereya
