ABŞ “Taliban”ı NİYƏ gücləndirir ? (TƏHLİL)
"Taliban”ın güclənməsi ABŞ-ın Rusiya və İrana qarşı hazırladığı meqalayihədir.
Bir müddətdən sonra belə davam edəcəyi təqdirdə, "Taliban” İran və Rusiya ilə qarşı-qarşıya gələcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev ABŞ qoşunlarının Əfqanıstandan çıxması məsələsinin gündəmə gəlməsindən sonra, bu ölkədə "Taliban” hərəkatının yenidən güclənməsinin arxasında hansı planların dayandığına aydınlıq gətirərkən deyib. Həmsöhbətimiz bildirib ki, "Taliban”ı gücləndirməkdə Vaşinqtonun əsas məqsədi onu Rusiya və İrana qarşı qaldırmaqdır:
"Bu günlərdə Əfqanıstan prezidnti Abdulqani ABŞ Prezidenti Co Baydenlə görüşüb. Görüşdə Bayden üzdə Əfqanıstan hökumətini dəstəkləyəcəklərini bəyan edib. Amma hələlik heç bir real dəstək verilmir. ABŞ qoşunlarının oradan çəkilməsilə artıq Əfqanıstan yenidən qarışıb. Lakin burada əsas məqsəd heç də Əfqanıstanda qarmaqarışıqlıq yaradılmasına hesablanmayıb. Əsas məqsəd Rusiya ilə bağlıdır. "Taliban” Əfqanıstanda gücləndikcə, Orta Asiya, xüsusən də Rusiya qoşunlarının yerləşdiyi Tacıkistan qarışacaq. Məqsəd də "Taliban”la Rusiyanı üz-üzə qoymaq və şimal ölkəsini çökdürməyə hesablanıb”.
C. Nuriyev düşünür ki, bu qarşıdurma uzunmüddətli proses üçün nəzərdə tutulub:
"Burada dövlətlər arasında müharibə getməyəcək. Sadəcə çəkişmə "Taliban” qrupu ilə Tacikstandakı rus hərbi qüvvələri arasında olacaq. Layihə məhz bu məqsədə hesablanıb və deyərdim ki, siyasi-hərbi cəhətdən uğurlu layihədir. Ona görə də Vaşinqtonun istəyinə uyğun "Taliban”ın getdikcə əvvəlki tək güclənəcəyi gözləniləndir. Bir müddətdən sonra belə davam edəcəyi təqdirdə, "Taliban” İran və Rusiya ilə qarşı-qarşıya gələcək. Proses uzunmüddətli və ağır olacaq. ABŞ heç nəyi təsadüfi etmir. Hər şey əvvəlcədən planlaşdırılıb”.
Politoloqun fikrincə, "Taliban” güclənsə də, Əfqanıstandakı Türkiyə qüvvələrilə qarşı-qarşıya gəlməyəcək:
"Türkiyə qoşunları Əfqanıstanda ancaq Kabul aeroportunun təhlükəsizliyini qoruyacaq. Qardaş ölkə qoşunları bu işin öhdəsindən gələ biləcək. Çünki "Taliban” qüvvələri hələlik ancaq kənar ucqar rayonları nəzarətə götürür. Digər tərəfdən, "Taliban” bu və ya digər formada Pakistanla bağlıdır. Bu ölkədə dövlət səviyyəsində müəyyən qüvvələr "Taliban”a ciddi dəstək verir. Pakistanla Türkiyə isə yaxın dost ölkədir. Deməli, Türkiyə burada "Taliban”la ciddi şəkildə üz-üzə gəlməyəcək”.
Oxşar xəbərlər
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 2024 18:53
- Üçüncü dünya müharibəsi İrana görə başlayacaq… İmam Əlini gördüm –İran Şahının 1973-cü ildə verdiyi MÜSAHİBƏ
14 aprel 2024 17:25
- Günəş "öləndə" nələr baş verəcək?
12 aprel 2024 21:03
- Vaqif Səmədoğlu niyə hirslənmişdi? - Firuz Mustafa yazır
10 aprel 2024 22:53
- MƏN BUNU DEMƏKLƏ MÜKƏLLƏFƏM QISAQAPANMA-REKLAMLAR
7 aprel 2024 21:05
- Türkiyədə ən az səsi bu partiya topladı
2 aprel 2024 10:35
- "Xoxan" Zərdüşt Əlizadə: "Prezident ola bilərdim, xalq kal, onlar isə Şeyx Nəsrullah idi" (MÜSAHİBƏ)
29 mart 2024 16:26
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 2024 15:31
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 2024 22:27
- İtaliyada XVI əsrə aid qadın VAMPİR-in siması bərpa edildi
25 mart 2024 10:42
Xəbər lenti
- MM-də iki deputat arasında gərginlik
23 aprel 22:43
- Oğluma Ali Baş Komandanın adını verəcəyik - Fotolar
23 aprel 18:36
- NAR Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
23 aprel 18:28
- Heydər Əliyev əlindən gələni əsirgəmirdi - Putin
23 aprel 08:45
- Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi
22 aprel 21:28
- Məktəb direktoru həmin qadından 300 min alıbmış
22 aprel 21:14
- Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib?
22 aprel 18:57
- Əliyev Putinlə görüşdü - Video
22 aprel 18:45
- Qubad İbadoğlu ev dustaqlığına buraxıldı
22 aprel 18:40
- Barəsində məhkəmə istintaqı gedən Gündüz Əliyev kimi bir vəzifə sahibi Sumqayıtda necə ..?
22 aprel 12:48
- Bəraət alan şəxs, Gömrük Komitəsindən milyon yarım təzminat istədi
22 aprel 12:39
- Gürcüstan DTX məktəblərdə mümkün terror aktı ilə bağlı hərəkətə keçdi
22 aprel 11:53
- İki Avropa ölkəsi gizli şəkildə birləşməyə hazırlaşır
22 aprel 10:24
- Ersin Tatar Azərbaycana gəlir
22 aprel 10:13
- Atatürk və Ərdoğanı təhqir edən şəxs həbs olundu
21 aprel 22:31
- Bu ölkə məktəblərdə rus dilinin tədrisindən İMTİNA EDİR
21 aprel 21:14
- SOCAR-ın sabiq vitse prezidenti Mikayıl İsmayılovun oğlu Xətai məhkəməsinə müraciət etdi – 100 min TƏZMİNAT
21 aprel 20:20
- BU BİTKİ ürəyi daim sağlam saxlayır
21 aprel 19:09
- Gündüz Əliyevin adına bağlı BUTA əməliyyatının gizlinləri...
21 aprel 18:53
- 700-dən artıq şagirdi məktəbdə yandıran general – o, Hitlerin başkəsəni olduğunu etiraf edib...
21 aprel 15:49
- Bakının bu ərazisində binalar əyildi – Hərəkətə keçildi - VİDEO
21 aprel 15:41
- Tovuz sakini Lətifə Hüseynova keçmiş vəkil Sevil Hacıyeva barəsində Prezidentə müraciət etdi
21 aprel 14:41
- Kürdə atası ilə batan uşağın meyiti tapıldı
21 aprel 11:37
- İndi çiyələk yeməyin, zəhərlidir - Ekspertdən xəbərdarlıq
20 aprel 20:31
- Bakcell 25 apreldə 100 000 GB kütləvi hədiyyə paylayır!
20 aprel 20:10
- Avqustda Milli Məclisə seçkilər keçirilə bilər
20 aprel 19:59
- İmran Əliyev həbs edildi
19 aprel 20:39
- İlham Əliyev 4 kəndi də qaytardı
19 aprel 20:32
- Əliyevlə Putin Moskvada görüşəcək
19 aprel 20:22
- Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat (FOTO)
19 aprel 12:15
Video & Fotoqalereya
Video
Fotoqalereya